Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Azərbaycan müstəqil mövqeyini qətiyyətlə qoruyur ŞƏRH EDİLDİ

Azərbaycan müstəqil mövqeyini qətiyyətlə qoruyur ŞƏRH EDİLDİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Azərbaycan-Rusiya münasibətləri tarixən, ümumilikdə, müsbət və əməkdaşlıq fonunda inkişaf edib. Əlbəttə, zaman-zaman müəyyən fikir ayrılıqları və problemlər də yaşanıb. Lakin ümumi mənzərəyə nəzər yetirdikdə, iki ölkə arasında münasibətlərin tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq və müəyyən dövrlərdə müttəfiqlik çərçivəsində davam etdiyini söyləmək mümkündür".

Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Politoloqun sözlərinə görə, bu münasibətlərin mühüm nümunələrindən biri 2022-ci ilin fevralında Moskvada Azərbaycan və Rusiya arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasıdır:

"Həmin sənəd iki ölkə arasında siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı baxımından əhəmiyyət daşıyırdı. Bununla yanaşı, həmin dövrdə Qarabağ məsələsinin tam həll olunmaması və regionda mövcud geosiyasi vəziyyət də Azərbaycan-Rusiya münasibətlərinə təsir göstərən əsas amillərdən biri idi.

Qarabağ münaqişəsinin davam etdiyi illərdə Azərbaycanla Rusiya arasında müəyyən fikir ayrılıqları mövcud olub. Xüsusilə Rusiyanın Ermənistana silah satması və müxtəlif istiqamətlərdə dəstək göstərməsi Azərbaycan ictimaiyyətində və siyasi dairələrində ciddi suallar doğururdu.

Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllindən sonra isə iki ölkə arasında yeni müzakirə mövzuları meydana çıxdı. Xüsusilə təyyarə hadisəsi ilə bağlı Azərbaycanın Rusiyaya ciddi sualları və tələbləri oldu. Azərbaycan bu məsələdə öz mövqeyini qətiyyətlə ortaya qoydu və baş verən hadisəyə hüquqi, siyasi və diplomatik qiymət verilməsini tələb etdi.

Bu proses bir daha göstərdi ki, Azərbaycan müstəqil və suveren dövlət kimi öz milli maraqlarını qətiyyətlə müdafiə edir. Azərbaycan xarici siyasətində heç bir dövlətdən asılı olmadığını, bütün ölkələrlə münasibətlərini qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsipləri əsasında qurduğunu nümayiş etdirir.

Eyni zamanda, mövcud geosiyasi reallıqları da nəzərə almaq lazımdır. Rusiya ərazi baxımından dünyanın ən böyük dövlətidir, nüvə potensialına malik aparıcı ölkələrdən biridir və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi beynəlxalq siyasətdə mühüm təsir imkanlarına sahibdir. Bu reallıqlar Azərbaycan–Rusiya münasibətlərinin qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır.

Azərbaycanın milli maraqları baxımından Rusiya ilə münasibətlərin qarşılıqlı hörmət, bərabərhüquqluluq və əməkdaşlıq prinsipləri əsasında davam etməsi məqsədəuyğundur. Mən hesab edirəm ki, Azərbaycan bütün böyük dövlətlərlə münasibətlərində qarşıdurmadan uzaq durmalı, dialoq və əməkdaşlığa üstünlük verməlidir.

Azərbaycan nisbətən kiçik dövlət olsa da, müstəqil siyasət yürüdən, regional və beynəlxalq proseslərdə mühüm rol oynayan ölkədir. Böyük dövlətlərlə sabit, qarşılıqlı faydalı və mehriban münasibətlərin qorunması Azərbaycanın təhlükəsizliyi, iqtisadi inkişafı və beynəlxalq mövqeyinin möhkəmlənməsi baxımından müsbət əhəmiyyət daşıyır.

Bu baxımdan, Azərbaycan-Rusiya münasibətlərini də məhz qarşılıqlı hörmətə, milli maraqlara və konstruktiv əməkdaşlığa əsaslanan münasibətlər kimi qiymətləndirmək lazımdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 İyul 2026 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri