Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Azərbaycan müstəqil siyasətini uğurla davam etdirir ŞƏRH EDİLDİ

Azərbaycan müstəqil siyasətini uğurla davam etdirir ŞƏRH EDİLDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra həm xarici, həm də daxili siyasətində tam müstəqil siyasət həyata keçirir. Bu siyasət həm iqtisadi, həm də siyasi sahələrdə özünü göstərir. Bildiyimiz kimi, iqtisadiyyatla siyasət bir-biri ilə sıx bağlıdır və bu iki istiqamət qarşılıqlı şəkildə bir-birini tamamlamalı, balanslaşdırılmalıdır".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan bir çox sahələrdə balanslaşdırılmış siyasət həyata keçirir: "Xüsusilə xarici siyasətini iqtisadi maraqları ilə uzlaşdırmağa çalışır. Ölkəmiz Avropa ilə enerji təhlükəsizliyi sahəsində mühüm əməkdaşlıq qurub və Avropa İttifaqına üzv olan bir sıra dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Eyni zamanda Azərbaycan neft, qaz və yaşıl enerji sahələrində geniş fəaliyyət göstərir.

Azərbaycanda keçirilən Enerji Həftəsi və bu tədbir çərçivəsində Prezidentin çıxışı da ölkəmizin mövcud reallıqlarını özündə əks etdirən mühüm mesajlar daşıyır. Azərbaycan yalnız regionda deyil, regiondan kənarda da enerji təhlükəsizliyi sahəsində öz mövqeyini açıq və şəffaf şəkildə nümayiş etdirir. Dövlət və milli maraqlarından çıxış edərək regionda müxtəlif güclərin maraqlarının uzlaşdırılmasına töhfə verir.

Azərbaycanda keçirilən Enerji Həftəsi ölkənin xarici siyasətinin məntiqi nəticələrindən biri kimi qiymətləndirilə bilər. Çünki siyasət və iqtisadiyyat bir-birini tamamlayan sahələrdir. Bu cür beynəlxalq tədbirlər vasitəsilə Azərbaycan öz imkanlarını və reallıqlarını dünya ictimaiyyətinə təqdim edir.

Söhbət yalnız Enerji Həftəsindən getmir. Azərbaycan son illərdə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın sabit, təhlükəsiz və hüquqi dövlət olduğunu nümayiş etdirir. Azərbaycana gələn xarici qonaqlar burada özlərini təhlükəsiz hiss edir, ölkədəki inkişaf proseslərini yaxından müşahidə etmək imkanı qazanırlar.

İstər Bakı şəhərində həyata keçirilən yenidənqurma işləri, istərsə də işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq layihələri Azərbaycanın inkişaf modelini əyani şəkildə göstərir. Enerji Həftəsi çərçivəsində təqdim olunan layihələr də ölkəmizin enerji siyasətinin praktik nəticələrini əks etdirir.

Bu cür tədbirlərin keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə daha yaxşı tanınmasına, dostlarının və tərəfdaşlarının sayının artmasına xidmət edir. Eyni zamanda, Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Hesab edirəm ki, Prezidentin həmin tədbirdəki çıxışı Azərbaycanın mövqeyini, regionda baş verən siyasi və iqtisadi proseslərə münasibətini aydın şəkildə ortaya qoyur. Bu çıxış həm də Azərbaycanın regionun aparıcı dövlətlərindən biri olduğunu bir daha nümayiş etdirir.

Bu cür beynəlxalq tədbirlər regionda sabitliyin möhkəmlənməsinə, müxtəlif maraqların uzlaşdırılmasına və Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrin daha geniş tanınmasına xidmət edir. Eyni zamanda, bu tədbirlər ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsinə və nüfuzunun daha da artmasına töhfə verir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 İyun 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see536

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see390

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see359

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see311

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see296

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see291

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see266

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see263

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see249

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see244

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see244

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see242

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see225

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see220

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see210

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see199

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see185

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri