Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Gəncə: “Müstəqil siyasətin Zəfər Günü”

Gəncə: “Müstəqil siyasətin Zəfər Günü”

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

       AMEA-nın Gəncə Bölməsində 8 Noyabr-Zəfər Günü münasibətilə elmi-praktik tədbir keçirilib.

        Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi və Yeni Azərbaycan Partiyasının Gəncə şəhər 2 saylı ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Müstəqil siyasətin Zəfər Günü” mövzusunda dəyirmi masa keçirilib.

      Tədbir iştirakçıları əvvəlcə İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini anmaq məqsədilə Gəncə Memorial Kompleksini ziyarət ediblər. Kompleksin təməli Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən 2022-ci ilin yanvarında qoyulmuş, 2025-ci ilin sentyabrın 27-də isə onun açılışında dövlət başçısı şəxsən iştirak etmişdir.

      Alimlər və gənc tədqiqatçılar abidənin xatirə lövhəsi önünə gül dəstələri qoyaraq şəhidlərimizin ruhuna ehtiramlarını bildiriblər.

       Sonra tədbir AMEA-nın Gəncə Bölməsinin müşavirə zalında davam edib. Dəyirmi masa Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

      Tədbiri giriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq iştirakçıları salamlayıb və onları bu qürurverici bayram münasibətilə təbrik edib. Akademik Fuad Əliyev bildirib ki, Zəfər Günü Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli dövlət və ordu quruculuğu siyasətinin təntənəsidir. Onun rəhbərliyi, xalqımızın həmrəyliyi və Azərbaycan əsgərinin misilsiz igidliyi sayəsində Vətən torpaqlarının bütövlüyü bərpa olunub.

      O, həmçinin qeyd edib ki, Zəfər Gününün mahiyyətini daha dərindən anlamaq və bu tarixi hadisənin elmi-siyasi aspektlərini araşdırmaq baxımından belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyət daşıyır. Akademik əlavə edib ki, AMEA-nın Gəncə Bölməsi tərəfindən Gəncə şəhidlərinə həsr olunmuş kitab da nəşr olunub.

      Daha sonra dəyirmi masada bir sıra məruzələr dinlənilib. AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov  “Müzəffər Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” nidasının Zəfər Günündə təntənəsi”, AR ETN Bioresurslar İnstitutunun direktoru, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, dosent İmran Qasımov – “Zəfər Günü xalqımızın birliyi, tarixi qəhrəmanlıq günüdür”, AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Samirə Qasımova  “Qarabağ zəfəri: Qafqazda sülhə aparan yolun təməli və geosiyasi reallıqlar”, AMEA-nın Gəncə Bölməsinin sənədlərlə iş şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Sara Əzizova  “AMEA-nın Gəncə Bölməsinin zəfər töhfələri: Elm, Birlik, Qələbə”, AR ETN Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova  “8 Noyabr – fəxri tariximiz, qürur yerimiz”, AR ETN Nəbatat Bağının direktoru Nizami Nağıyev “Əziz Şuşa, sən azadsan!”, YAP Gəncə şəhər 2 saylı ərazi partiya təşkilatının sədri Vüsal Eminbəyli  “Bir liderin məqsədi, bir millətin zəfəri!” mövzularında məruzələr etmişlər.

      Məruzələr ətrafında geniş müzakirələr aparılıb, iştirakçılar Zəfər Gününün dövlətçilik tariximizdəki rolu, Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar və sülhə aparan yolun elmi-siyasi əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

      Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuş gənc əməkdaşlara üzvlük vəsiqələri təqdim olunub.

                   Hamlet Qasımov, XQ-nin bölgə müxbiri, Gəncə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Noyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see661

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see629

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see627

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see502

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see463

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see440

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see415

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see393

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see349

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see343

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see341

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see330

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see327

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see324

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see322

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see318

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see312

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see310

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see305

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see288
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri