Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Müstəqil dövlətçilik modelinin bariz nümunəsi Yeni Gündəm

Müstəqil dövlətçilik modelinin bariz nümunəsi Yeni Gündəm

Icma.az, Yenigundem saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Hazırda beynəlxalq müstəvidə mürəkkəb proseslər davam edir, münaqişələrin sayı artmaqdadır. Dünya nizamı artıq mövcud deyil. Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə bu mövzuda fikirlərini geniş ifadə edib”.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq.

Cənubi Qafqaz regionunda proseslərə gəlincə, dövlət başçısının qeyd etdiyi kimi, bu bölgə uzun illər qarşıdurma və düşmənçilik bölgəsi olub. Ermənistanın işğalçılıq siyasəti 30 il regionda müharibə şəraitinin davam etməsinə səbəb olub. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda yeni reallıqlar yaranıb. Hazırda, hərbi qarşıdurma olmasa da, sülh də mövcud deyil. Dayanıqlı sabitlik üçün ölkələr arasında sülh sazişi imzalanmalıdır. Ermənistan bu sülhün əldə olunması üçün üzərinə düşən vəzifələri yerinə yetirməlidir.

Millət vəkilinin sözlərinə görə, hazırda dünyada yeni nizamın müəyyənləşdirilməsi prosesi baş verir. Belə bir şəraitdə beynəlxalq güclərdən asılı olan dövlətlər və xalqlar çətin sınaqlar qarşısındadır. Çünki kənar qüvvələrin diqtəsi ilə idarə olunanlar azad şəkildə öz gələcəkləri üçün qərar vermək iqtidarında deyil. Amma müstəqil siyasət yürüdən ölkələr isə bu prosesdə öz rolunu oynayır. Prezident İlham Əliyevin müsahibədə dediyi kimi, beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var. Dövlətimizin başçısının  mövcud beynəlxalq münasibətlər sistemi haqqında fikirləri dünya miqyasında nə qədər güclü lider olduğunu bir daha təsdiqləyir. Xüsusilə, cənab İlham Əliyev müstəqil dövləti necə qorumağın nümunəsini təqdim edir. Nəzərə almaq lazımdır ki, Azərbaycan milli maraqlarımız məsələsində heç kəsə və ya heç bir təsisata arxalanmayıb. Azərbaycan nümunəsi göstərir ki, hər bir ölkə öz taleyinin sahibi olmalıdır.

Deputatın fikrincə, öz milli dövlətlərini qorumaq istəyən xalqlar Azərbaycan Prezidentinin tövsiyələrinə istinad etməlidir. Çünki bu fundamental yanaşma hər bir mili dövlətin gələcəyi üçün həyati əhəmiyyət kəsb edir.

“Prezident İlham Əliyev müsahibədə XII Qlobal Bakı Forumunun əhəmiyyətindən də geniş bəhs edib. Dövlət başçısının vurğuladığı kimi, beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında bu Forumun vacib rolu var. XII Qlobal Bakı Forumunun iştirakçıları ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşüblər. Forumda dünya miqyasında nüfuzlu şəxslər iştirak edirdi ki, onların proseslərə yanaşmaları beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanır”, – deyə Fatma Yıldırım vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 17 Mart 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see628

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see328

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see320

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see244

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see236

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see234

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see217

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see217

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see214

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see207

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see197

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see191

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see189

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see188

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see186

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see185

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see179

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see171

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see163

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri