Icma.az
close
up
RU
Müstəqil dövlətin çağdaş media çağırışı

Müstəqil dövlətin çağdaş media çağırışı

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İdarəetmənin informasiya təminatının səmərəli təşkili

Milli mətbuatımızın 150 illik yubileyinin keçirilməsi haqqında Azər­baycan Prezidenti İlham Əliyevin sərəncamında anadilli jurnalistikamızın əsryarımlıq tarixinə yüksək qiymət verilməklə yanaşı, onun çağdaş tendensiyaları cavablandırmaqla bağlı vəzifələri də qeyd olunub.

Sənəddə bildirilir ki, bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. Dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr ölkə mediasının qarşısında dayanan yeni vəzifələri belə müəyyənlşdirib: “Media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır”.

Müasir dövrün tələbləri və texnologiyanın sürətli inkişafı dövlət idarəetməsində də informasiya təminatının və media ilə işin təşkilinin əhəmiyyətini artırıb. Dövlətin şəffaf və səmərəli fəaliyyət göstərməsi, vətəndaşların dövlət orqanları ilə əlaqələrinin optimallaşdırılması, cəmiyyətin müxtəlif sahələrində dövlətin fəaliyyəti barədə məlumatlılığın təmin edilməsi üçün düzgün, effektiv informasiya siyasətinin həyata keçirilməsi vacibdir. İnformasiya əldə etmək hüququ və media azadlığı Azərbaycanın Konstitusiyasında qorunan əsas hüquqlar sırasındadır. Konstitusiyanın 50-ci maddəsi vətəndaşların informasiya əldə etmək hüququnu təmin edir və dövlət orqanlarının fəaliyyətinə dair məlumatların açıq olmasını şərtləndirir. Bu sahədə müvafiq konkret qanunlar, xüsusilə “İnformasiya əldə etmək haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunları dövlətin informasiya siyasətinin əsas çərçivəsini müəyyən edir.
 Azərbaycan hökuməti informasiya təminatının gücləndirilməsi və ictimaiyyətlə əlaqələrin inkişaf etdirilməsi istiqamətində bir sıra islahatlar həyata keçirmişdir. Bu islahatlar arasında açıq hökumət təşəbbüsləri, elektron hökumət layihələri və media sahəsindəki yeni təşəbbüslər xüsusilə diqqət çəkir. Dövlətin fəaliyyətini cəmiyyətə çatdırmaq və ictimai rəyi formalaşdırmaq baxımından media ilə qarşılıqlı əlaqələrin düzgün qurulması vacibdir. Azərbaycan Respublikasında Medianın İnkişafı Agentliyinin yaradılması islahatlar və peşəkar jurnalist hazırlığında mühüm addım olmuşdur. Agentlik media sahəsinin tənzimlənməsi, jurnalistlərin hüquqlarının qorunması və peşəkar inkişafının təmin edilməsi istiqamətində fəaliyyət göstərir. 

Dövlət idarəetməsində media ilə işin düzgün təşkili ictimaiyyətin dövlət siyasətinə olan inamını artırır, informasiya təhlükəsizliyini təmin edir və şəffaflığı gücləndirir. Bu sahədə media ilə əməkdaşlığın inkişafı və kommunikasiya strategiyalarının təkmilləşdirilməsi müasir dövlət idarəetməsinin ayrılmaz hissəsinə çevrilib. Ölkəmizdə bu istiqamətdə atılan addımlar – dövlət qurumlarında peşəkar mətbuat xidmətlərinin formalaşdırılması, sosial media vasitəsilə məlumatlandırmanın gücləndirilməsi və şəffaflığın artırılması dövlət-media münasibətlərinin sağlam əsaslar üzərində qurulmasına xidmət edir. 

Sosial media və rəqəmsal platformalar dövlət idarəçiliyi üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Son illərdə dövlət qurumlarının “X” (Twitter), “Facebook”, “Instagram” və sair bu kimi sosial media platformalarında fəaliyyəti ictimai ünsiyyətdə yeni dövr başladıb. Bu platformalar vətəndaşların dövlətin fəaliyyəti haqqında operativ, dəqiq məlumatlarla təmin edilməsi, ictimai rəy və təkliflərin qəbulu üçün səmərəli vasitəyə çevrilib.

Müasir dövrdə məlumatların doğruluğu və etibarlılığı, eləcə də internet üzərindən yayılan saxta xəbərlər və dezinformasiyanın qarşısının alınması məsələləri dövlətin informasiya siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir. 
Dezinformasiyaya qarşı mübarizə məqsədilə müxtəlif təhlil və araşdırmalar aparılır, jurnalistlər və ictimaiyyət məlumatlandırılır. Kibertəhlükəsizlik sahəsində atılan addımlar və müxtəlif kibermüdafiə tədbirləri dövlətin informasiya təhlükəsizliyini qorumağa yönəlmişdir. Bu tədbirlərdən biri də dövlət başçısının müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirmək məqsədilə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt strategiyası”nın qəbul edilməsidir. Bu strategiya yalnız texnoloji yenilikləri dəstəkləməklə kifayətlənmir, eyni zamanda, dövlət idarəçiliyi, iqtisadiyyat, elm və təhlükəsizlik sahələrində süni intellektin effektiv istifadəsini təmin etməyə yönəlib. Süni intellektin inkişafı ilə bağlı qəbul edilən Dövlət Proqramı bu sahənin planlı şəkildə inkişafına və gələcək çağırışlara uyğun olaraq idarə edilməsinə imkan yaradır.

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da hər bir sivil cəmiyyətin inkişaf göstəricisi hesab olunan söz və məlumat azadlığının təmin olunması, medianın fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Bu gün muxtar respublikadakı yaradıcılıq mühiti jurnalistlərin istənilən mövzuda sərbəst material hazırlamasına, araşdırma aparmalarına imkan verir. Bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş Naxçıvan mediasını da əhatə edib. Mətbuat orqanlarına, teleradiolara olan hərtərəfli dövlət qayğısı yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olub.

Naxçıvan televiziyasının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi orqanı olan “Şərq qapısı” qəzetinin internet saytlarının, media hesablarının operativ fəaliyyətinin təmin olunması, Naxçıvan televiziyasının və radiosunun internet üzərindən yayımlanması, muxtar respublikada ölkə telekanallarının və informasiya agentliklərinin müxbir postlarının fəaliyyət göstərməsi, mərkəzi media qurumlarının muxtar respublikadakı nümayəndələri ilə sıx əlaqələrinin yaradılması, bununla da Naxçıvan mediasının vahid komanda şəklində hərəkət etməsi, işin daha da optimallaşdırılması, yeni texnologiyaların iqtisadiyyatın və həyatın bütün sahələrində tətbiqi, sürətli internetə çıxış imkanlarının yaradılması Naxçıvanın informasiya blokadasının yarılmasına, qədim diyarın müasir sosial-iqtisadi inkişafı, tarixi və bugünü haqqında məlumatların oxucu, tamaşaçı və dinləyicilərə daha operativ çatdırılmasına imkan verir. 

Dövlət orqanlarının fəaliyyəti ilə bağlı mətbuata açıq informasiyalar – ümumiləşdirilmiş statistik məlumatlar, aylıq və rüblük hesabatlar, əhaliyə göstərilən ictimai xidmətlər haqqında məlumatlar, açıqlanması qanunvericiliklə müəyyənləşdirilən digər informasiyalar internet saytlarında ictimailəşdirilərək geniş oxucu kütləsinə çatdırılır. Dövlət qurumlarının internet saytları mütəmadi yenilənir və informasiya yükü artırılır. Naxçıvan Muxtar Respublikasının müasir inkişafı, tarixi-mədəni irsi və turizm potensialı haqqında qurumların internet saytlarında məlumatlar, fotoşəkillər və videolar yerləşdirilir, təbliğat işi aparılır.

Rəmzi İBRAHİMOV,
Naxçıvan MR Ali Məclisi 
mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 May 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sertifikasiya qalmaqalı: bu dəfə texnologiya müəllimləri səhv aşkarladı

28 İyun 2026 12:14see588

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see246

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see237

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see225

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see215

Özbəkistanda keçirilən Muğam Sənəti Festivalında Azərbaycandan gələn hər iki qrup ayrılıqda birinci mükafata layiq görülüblər

27 İyun 2026 00:20see204

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see204

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see201

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see199

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see197

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see195

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see194

Sosial mediada yayılan maqnezium spreyi trendi Ekspert xəbərdarlığı

26 İyun 2026 23:05see186

UFC Bakı: Rafael Fiziyev və digər təmsilçilərimiz oktaqona çıxır YENİLƏNİR

27 İyun 2026 17:14see185

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see183

NIPT testi: Körpənin genetik sağlamlığını qiymətləndirən müasir analiz

26 İyun 2026 22:43see176

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

27 İyun 2026 00:48see174

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see167

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see157

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri