Icma.az
close
up
RU
Müstəqil dövlətin yeni Konstitusiyası

Müstəqil dövlətin yeni Konstitusiyası

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hər il xalqımız 12 noyabr-Azərbaycan Respublikasının Konstitusiya Gününü xoş bayram ovqatı ilə qeyd edir. Belə ki, iyirmi səkkiz il əvvəl, 1995-ci il noyabrın 12-də ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan Konstitusiya hazırlanaraq ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edildi. Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi dövlət müstəqilliyinin ilk illərində əldə edilən ən mühüm nailiyyətlərdən biri olmaqla, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində tamamilə yeni mərhələnin əsasını qoydu. Xüsusilə vurğulanmalıdır ki, Əsas Qanunun qəbulunun növbəti ildönümünün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan misilsiz Qələbə şərəfinə təsis edilmiş Zəfər Günü ərəfəsinə təsadüf etməsi Konstitusiya Gününü daha da əlamətdar edir.

Xalqımız 1991-ci ildə oktyabr ayının 18-də dövlət müstəqilliyi əldə etdikdən sonra müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasının işlənilib hazırlanmasına və qəbul edilməsinə ciddi zərurət var idi. Lakin o vaxtlar hakimiyyətdə olanlar bu sahədə heç bir addım atmadılar. Köhnə qanunlar mövcud ictimai-siyasi sistemə uyğun gəlmirdi. Qanunlarda və idarəetmədə çoxlu boşluqlar var idi. Bu da ölkənin idarə edilməsində iqtisadi-siyasi və ictimai həyatda gərginliklər və çeşidli problemlər yaradırdı.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən vacib hadisələrindən biri olmaqla, eyni zamanda, dövlətçiliyimizin möhkəmləndirilməsi, o cümlədən ölkəmizin dünya birliyində nüfuzunun daha da artması baxımından əhəmiyyətli ictimai-siyasi hadisə idi. Əsas Qanunun qəbul edilməsi, həmçinin ölkənin inkişafında yeni mərhələyə, yəni dövlət siyasətinin mərkəzində insanın hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə xarakterizə olunan mərhələyə qədəm qoyulmasının göstəricisi oldu.

Bu gün Azərbaycan Respublikasının Konstitusiyası dünyada ən mükəmməl və demokratik qanunlardan olması ilə fərqlənir. Ulu öndər Heydər Əliyevin mütərəqqi ideyalarının davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının Konstitusiyamızda təsbit olunan hüquq və azadlıqlarının təmin olunması, onların sosial rifah halının yüksəldilməsi, respublikamızın sosial, iqtisadi, hərbi, siyasi gücünün daha da inkişaf etdirilməsi dövlət siyasətinin əsas prioritetləridir.

2020-ci ildən etibarən Azərbaycan xalqı bu bayramı artıq daha yüksək ruhla, qalib ölkə və qalib xalq olaraq qeyd edir. Müzəffər Ali Baş Kömandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz bizə bu qüruru bəxş etdi. Həmin ilin sentyabr-noyabr aylarında Azərbaycanın Silahlı Qüvvələri 44 gün ərzində ədalətlə apardığı və tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticəsi olaraq Ermənistanı özünün faktiki kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bu tarixi hadisə Konstitusiya Günündən iki gün öncə, nöyabr ayının 10-da baş verdi.

Torpaqlarımızın işğaldan azad edilməsi, məcburi köçkünlərimizin doğma ev-eşiklərinə qayıtmasına imkan yaranması, ərazi bütövlüyümüzün bərpası Konstitusiyamızın 29 illiyinə ən yaxşı töhfədir.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Noyabr 2024 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri