Icma.az
close
up
RU
Müstəqil dövlətin hüquqi təməli

Müstəqil dövlətin hüquqi təməli

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Dövlət Universiteti hüquq fakültəsinin birgə təşkilatçılığı ilə keçirilən “Konstitusiya – dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusunda beynəlxalq konfransda müstəqil Azərbaycan dövlətinin demokratik inkişaf yolu, son 30 ildə qazandığı misilsiz uğurlar diqqət mərkəzində olub.

BMTM-in baş məsləhətçisi Mətin Məmmədlinin moderatorluğu ilə keçirilən konfransda çıxış edən mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev konstitusiyanın dövlətin daxili idarəçiliyini müəyyənləşdirən sənəd olmaqla yanaşı, onun beynəlxalq arenada davranışlarını formalaşdıran əsas hüquqi baza yaratdığını bildirib.

Qloballaşan dünyada dövlətlərin suverenliklərinə və daxili işlərinə təzyiqlərin artdığını bildirən mərkəz rəhbəri hüquqi bazanın möhkəmliyinin dövlətin müdafiə mexanizmlərindən biri olaraq çıxış etdiyini diqqətə çatdırıb. O bildirib ki, dünyada baş verən proseslərə uyğun Konstitusiyaya dəyişikliklər edilə bilər. Bu, imkan verir ki, xaricdən gələn çağırışlara cavab verək. Bu çağırışlar hazırda da davam edir. Daxili siyasət və iqtisadiyyatın möhkəmləndirilməsində Konstitusiya və digər qanunvericilik aktları vacib rol oynayır.

BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov qeyd edib ki, 1995-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş müstəqil Azərvbaycanın Konstitusiyası dövlət quruculuğunda və vətəndaş cəmiyyətinin formalaşmasında əsaslı dönüş nöqtəsi olub. Konstitusiyamız əldə edilən tarixi nailiyyətlərin hüquqi əsasını təşkil edir. Alim Ulu öndərin Azərbaycanın intellektual potensialının formalaşmasındakı rolundan da ətraflı bəhs edib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev söyləyib ki, 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiya demokratik, hüquqi və dünyəvi dövlətin qurulması yolunda əhəmiyyətli mərhələ olub və indiyədək bu sənəd ölkəmizdə hüquqi islahatların aparılması, insan hüquq və azadlıqlarının təmin olunması, dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində bünövrə rolunu oynayıb. Bu baxımdan konstitusiya müstəqil dövlətin hüquqi pasportu sayılır.

Maliyyə nazirinin birinci müavini Anar Kərimov qeyd edib ki, Konstitusiya hər bir müstəqil dövlətin varlığının hüquqi əsasını təşkil edən sənəddir, o yalnız siyasi və hüquqi sistemin deyil, eyni zamanda, iqtisadi idarəçiliyin də əsaslarını müəyyənləşdirir. Onun sözlərinə görə, Azərbaycan Konstitusiyası dövlətin iqtisadi fəaliyyətinin hüquqi çərçivəsini dəqiq şəkildə təsbit edir və maliyyə sisteminin formalaşdırılmasında mühüm rol oynayır. Nazir müavini son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatların məhz Konstitusiyada müəyyən edilmiş məqsədlərə – əhalinin rifahının yüksəldilməsi, iqtisadi sabitliyin qorunması və sosial bərabərliyin təmin olunmasına xidmət etdiyini diqqətə çatdırıb.

Konfransın davamında Türkiyənin Balıkəsir Universitetinin rektoru Yücel Oğurlu Türkiyənin bu sahədə təcrübələrini bölüşüb, Konstitusiyanın təkcə hüquqi sənəd deyil, eyni zamanda, xalqın suverenliyinin, dövlətin müstəqilliyinin və milli birliyin təminatı olduğunu diqqətə çatdırıb. Qardaş ölkə təmsilçisi qeyd edib ki, konstitusiyalar yalnız dövlətin daxili idarəçiliyini deyil, onun beynəlxalq münasibətlərdəki mövqeyini də formalaşdırır.

Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov Konstitusiyanın ölkənin hüquqi portreti olduğunu bildirib. Onun sözlərinə görə, Konstitusiya həm də beynəlxalq birliyə qoşulan dövlət tərəfindən təqdim edilən bəyannamədir. Konstitusiya beynəlxalq birlikdə dövlətin yerini göstərir, bu sənəd daxili amillərə və ümumbəşəri dəyərlərə əsaslanmalıdır.

BDU-nun hüquq fakültəsinin dekanı Zaur Əliyev konstitusiya və insan hüquqları mövzusunda geniş təqdimat edib. Konstitusiyamızın hazırda bütün ərazimizi əhatə etdiyini vurğulayan dekan Azərbaycanda hüquq sahəsində islahatların əsaslarını ulu öndər Heydər Əliyevin yaratdığını söyləyib.

Beynəlxalq konfrans BDU tələbələrinin və hüquq ictimaiyyəti nümayəndələrinin iştirakı ilə interaktiv müzakirə və elmi fikir mübadiləsi formasında davam etdirilib.

T.RÜSTƏMLİ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 May 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1043

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see441

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see348

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see345

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see247

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see235

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see231

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see223

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see212

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see210

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see203

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see196

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see189

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see185

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see182

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see180

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see178

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri