Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Azərbaycan benzini hansı ölkələrə satır?

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Müstəqil həyatınız mübarək!

Müstəqil həyatınız mübarək!

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

14 iyun... Minlərlə gənc müstəqil həyata qədəm qoydu. “Son zəng” çalındı və onlar müstəqil həyata addımlarını atdılar. Çoxdan gənc olmuşdular. Lakin müəllimlərin də, valideynlərin də gözündə hələ də uşaq idilər. Bu tarixdən sonra sanki yetkinləşib əsl gənc oldular. Tək bir gün-14 iyun onları uşaqlıqdan gəncliyə atdı. Elə bil yeniyetmə də olmamışdılar: sadəcə uşaqlıq və gənclik...

Həyat keşməkeşlərlə doludur. Müstəqil həyata atıldın-atılmadın, bu keşməkeşlər səninlədir. Ta dünənki uşaq, məktəbli deyilsən, müəllimlərin qoruması altında deyilsən.

Müstəqil vətəndaşsan. Arzularının ardınca gedən vətəndaş. Bu yolda nələr var, nələr yox? Olanlar da çoxdur, olmayanlar da. Ən əsası, artıq məktəb həyatı yoxdur. 11 il arxada qaldı. Hər gün üz tutduğunuz, saatlarla sinif yoldaşlarınızla birlikdə çalışdığınız, oxuyub-öyrəndiyiniz məktəb yoxdur. Xatirələri ilə, yadda qalanları ilə o, dünəndə qaldı.

Məktəbi ayrı ünvanlar əvəzləyir artıq. O ünvanlara doğru yolçuluğa çıxdınız: kimi universitetlərə, kimi orta ixtisas məktəblərinə, kimi istehsalat sahələrinə, kimi əsgərliyə, kimi ailə qurmağa və sair...

Məktəb bir yol idi, hamı o yolu 11 il ərzində gedirdi, saatlar sonra qayıdırdı. Lakin qarşıdakı yollar müxtəlifdir, saatları da, dəqiqələri də fərqlidir. Sonu da fərqlidir.

Siz artıq müstəqilsiniz. Oxumaq, işləmək, ailə qurmaq hüququnuz var. Lakin unutmayın ki, ağıllı addımlar insanı ən yüksək zirvələrə aparır. Müstəqili olmaq o deyil ki, qərarını verib, nə istədinsə, onu da edəsən. Müstəqil olmaq ətraflı düşünmək, böyüklərə məsləhət etmək, doğru yolu seçmək deməkdir. Müstəqil olmaq ağıllı düşünmək deməkdir.

14 iyun... Hər kəsin həyatından keçən uşaqlığın son günü. Bir gün içərisində böyüyüb qocaman olduğumuzu hiss etdiyimiz gün... Gücləndiyimizi, özümüzü qorumağı bacardığımızı duyduğumuz gün. Arzu-istəklərimizlə həyata atıldığımız gün.

Müstəqil həyatınız mübarək, əziz gənclər. Qoy 11 illik məktəb həyatından sizi ayıran son zəng yeni həyatınızda hər an uğur zənginə çevrilsin. Bitirdiyiniz məktəblərin adlarını universitetlərə, yüksək vəzifələrə, qarşıda quracağınız ailələrə götürə biləsiniz. Siz bu məktəblərdə iz qoya bilmisinizsə, övladlarınıza məktəbinizdən, dost və rəfiqələrinizdən gözəl xatirələr danışa biləcəksiniz. Xatirələrlə dolu 11 illik həyatınız gələcək övladlarınıza yaxşı mənada bir tərbiyə ocağı ola biləcək.

Müstəqil həyat büdrəmələri də sevir. Bu həyatda heç büdrəməyəsiniz. Həyatın qarşınıza çıxardığı bütün keşməkeşləri uğurla addımlayıb keçəsiniz.

Siz ölkəmizin gələcəyisiniz, əziz gənclər. Gələcəyimiz sizlərdən asılıdır. Vətən sizin çiyinlərinizdə olacaq yaxın gələcəkdə. Vətənpərvərliyinizlə, qabiliyyətinizlə, bacarığınızla Vətəni daim ucalarda saxlaya bilərsiniz.

Qoy müstəqil həyat sizləri Vətənimizin müstəqilliyini, ərazi bütövlüyünü qoruyanların ardıcılı etsin. Səsiniz hər zaman yüksəklərdən gəlsin. Həyatın hansı səmtinə üz tutmağınıza baxmayaraq yolunuz açıq olsun. Müstəqil həyatınız sevincinizə, xoşbəxtliyinizə çevrilsin.

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 İyun 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see366

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see358

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see354

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see325

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see251

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see238

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see233

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see231

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see227

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see222

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see218

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see209

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see207

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see201

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see196

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see194

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see190

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see164

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri