Icma.az
close
up
RU
Ərazisi bütöv, müstəqil

Ərazisi bütöv, müstəqil

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Xalqımız siyasi tarixində ən əlamətdar və ən qürurlu bir günü - 28 May Müstəqillik bayramını qeyd edir.
Ikinci ildir ki, Müstəqillik Gününü öz ərazi bütövlüyünə qovuşmuş qalib xalq kimi bayram edirik. Bu tarixi ədalət Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, xalqımızın sarsılmaz əzmi, qəhrəman əsgərlərimizin yüksək peşəkarlığı və xalqımızla dövlətimizin mənəvi bütövlüyü sayəsində qazanılmış Zəfər bayramıdır.
28 May 107 il əvvəl başlanmış müstəqillik mücadiləsinin ötən ilin sentyabr ayında başa çatması ilə müstəqil Azərbaycanın bütövləşməsinin şanlı səhifəsidir.
Müstəqillik Günündə Azərbaycanın hər bir bölgəsində - Şuşa, Xankəndi, Xocalı, Ağdərə, Əsgəranda, Qazaxın azad edilmiş kəndlərində, 86,6 min kv.km-lik torpaqlarımızın hər bir guşəsində Üçrəngli bayrağımız dalğalanır.
Dövlətimizin başçısı hər zaman bəyan edir ki, biz torpaqlarımızı azad etməklə, həm də milli ləyaqətimizi və qürurumuzu bərpa etdik. Ona görə də, 28 May bizim qürur günümüz, iftixar mənbəyimiz, Xalq bayramıdır. Bu Günü bizə yaşatdığına görə, Ali Baş Komandan İlham Əliyevə, cəsur və rəşadətli Ordumuza dərin minnətdarıq.
Azərbaycanın müstəqilliyə gedən Yolu bir çox sınaqlardan keçib. 107 il əvvəl Şərqdə yaranmış ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə müstəqillik ideallarının əsasını qoydu. Ancaq müstəqilliyimiz qorunub saxlanıla bilmədi.
Müasir Müstəqil Azərbaycanın memarı Ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik idealları sayəsində təşəkkül tapdı və siyasi tariximizdə əbədilik qazandı. ▪ Ulu öndər müstəqil Azərbaycanın möhkəm təməllərini qurdu və inkişaf etdirərək dünya ölkələri sırasında öz layiqli yerini gücləndirdi. Onun ən böyük arzusu erməni tapdağında olan torpaqlarımızın azad olunması idi və hər zaman buna nail olacağımıza dərindən inanırdı.
Cənab Ali Baş Komandan İlham Əliyev Ulu öndərin bu arzusunu gerçəkləşdirərək Azərbaycanın torpaqlarının hər qarışını düşməndən azad etdi, Azərbaycanın dövlət suverenliyini tam bərpa edərək Heydər Əliyevin də arzusunu gerçəkləşdirdi.
Bu əziz bayram günündə Ulu öndərin ruhu da şaddır.
Qoy Azərbaycanın müstəqilliyi və xalqımızın azadlıq daim və əbədi olsun!
Bayramınız Mübarək!
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 27 May 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri