Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Müstəqil siyasətin təzahürü

Müstəqil siyasətin təzahürü

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Müşahidə etdiyimiz proseslərin təsadüfi olmadığını artıq hər kəs təsdiqləyir.

Şübhəsiz ki, dünyada baş verən münaqişələr məqsədyönlü şəkildə daha da dərinləşdirilir. Kimlərinsə artıq lokal münaqişələr ilə kifayətlənmədiyi görünməkdədir. Öz iradəsindən asılı olmadan istənilən dövlətin hər hansı bir prosesin iştirakçısı olması qaçılmazdırsa, o zaman müstəqil siyasət yürüdən dövlətin vəzifəsi təhdidlərin sayını minimuma endirmək və cərəyan edən prosesləri milli maraqlara cavab verən istiqamətə yönəltməkdir. Məhz burada Prezident İlham Əliyevin növbəti fikrini yada salmalıyıq: “Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik”. Budur əsl müstəqil dövlətin siyasi iradəsinin məzmun və mahiyyəti. Milli maraqlar heç zaman ucuz və spekulyativ demaqogiyanın aləti olmamalıdır. Milli maraqların qorunulması soyuqqanlılığı, habelə dəqiq hesablamaların və peşəkar proqnozların aparılmasını tələb edir. Sabitlik və müəyyən olunmuş siyasi kursa sadiqlik isə dövləti müxtəlif süni “streslər”dən qoruya bilir.

Bu fikirlər -a açıqlamasında politoloq Asif Adil söyləyib.

“Kontekstin inkişafında qeyd edə bilərik ki, Azərbaycan cari ilin 15 iyun tarixində olduqca əlamətdar və mühüm bir tədbirə növbəti dəfə ev sahibliyi etdi. Belə ki, Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirin beynəlxalq nüfuzunu təsəvvür etmək üçün nəzərə almalıyıq ki, sözügedən konfransda bir sıra ölkələrin hakim partiyalarının rəhbərləri iştirak etmişdir. Konfrans çərçivəsində müzakirə olunanların dünyada aktuallığını görmək üçün isə təşkil olunmuş panel sessiyalarının əsas mövzularına diqqət yetirməyimiz yetərlidir: “Milli suverenlik, regional əməkdaşlıq və qlobal təhlükəsizlik: yeni çağın siyasi paradiqmaları”, “Ədalət naminə həmrəylik: siyasi partiyaların rolu” və “Ortaq dəyərlər və süni intellekt: yeni təhdidlər və imkanlar”.

Beləliklə, panellərin adlarında dünya üçün mühüm olan mesajlar ehtiva olunur: “regional əməkdaşlıq qlobal təhlükəsizliyin təmin olunması prosesinə töhfə verə bilər”, “siyasi həmrəylik sabitliyin təməlində dayanan fundamental dəyərdir” və “çağdaş çağırışlar ilə mübarizədə qlobal əməkdaşlıq qaçılmazdır”. Beynəlxalq təşkilatların dünyada baş verən prosesləri görməzlikdən gəldiyi və susduğu bir dövrdə Azərbaycanın bu cür mesajlarının əhəmiyyəti danılmazdır, ölkəmizin analoji təşəbbüsləri isə beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunmalıdır. Digər tərəfdən, bu cür mesajların açıq şəkildə səsləndirilməsi faktı bilavasitə müstəqil siyasətin və dönməz siyasi iradənin təzahürüdür”, - deyə politoloq vurğulayıb.

Bildirilib ki, tədbir çərçivəsində Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına ünvanlanmış müraciəti Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən oxundu. Bir sıra ölkələrin hakim partiyalarının rəhbərlərinin iştirakı ilə keçirilmiş tədbirdə bilavasitə dövlət başçısının müraciətinin oxunması ölkələr arasında siyasi müstəvidə əməkdaşlıq əlaqələrinin qurulmasının strateji əhəmiyyəti və bu məsələdə siyasi partiyalarının aparıcı rolundan xəbər verir. Odur ki, konkret cəmiyyətdə həmrəylik mühitinin formalaşdırılması və bu mühitin qorunması prosesində əvəzolunmaz rola malik olan siyasi partiyalarının kimlərinsə əlində dağıdıcı qüvvəyə çevrilməsi yolverilməzdir. Cəmiyyət, xalq və dövlət naminə bu cür ehtimallar kökündən aradan qaldırılmalıdır.

Vurğulanmalıdır ki, ölkələrarası etibarlı münasibətlərin qurulmasında partiyalar əsas siyasi institut kimi təqdim olunur. Beləliklə, siyasi partiyalar ilə sağlam əməkdaşlıq əlaqələrinin mövcudluğu həm konkret cəmiyyətdə millik birlik və həmrəylik mühitinin yaşanmasına zəmindir, həm də dövlətlərarası münasibətlərdə etibarlı tərəfdaşlığın təminatçısıdır.

Azərbaycanda siyasi münasibətlər müstəvisində təqribən son beş il ərzində cərəyan edən proseslərə diqqət yetirən zaman görə bilərik ki, ölkəmizdə Prezident İlham Əliyevin təşəbbüsü ilə fəal şəkildə təşviq olunan siyasi dialoq mühitinin də təyinatı siyasi partiyalarının yuxarıda qeyd olunan funksional mahiyyətinin inkişafına yönəlib. Qeyd edilənləri nəzərə aldıqda aydın olur ki, niyə radikal təfəkkürlü populist psevdodemokratlar açıq siyasi dialoqdan müxtəlif bəhanələr ilə qaçırlar? Sadəcə, cəmiyyətdə həmrəylik mühitinin yaşanması onların marağında deyil. Budur, siyasi şivənliyin kökündə dayanan əsas səbəb.

“Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin sözügedən müraciətində öz əksini tapmış növbəti fikirləri də beynəlxalq ictimaiyyətin diqqətindən qaça bilməz: “Bu gün ədalətli dünya naminə yeni geosiyasi nizamın formalaşması dövlətlərin siyasi məsuliyyət prinsipinə əsaslanan ardıcıl və məqsədyönlü fəaliyyətindən asılıdır... Azərbaycan milli maraqları rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə davam etdirir...” Bununla da dövlət başçısı müasir beynəlxalq münasibətlər sistemində bu gün qabarıq çatışmazlıq və ya defisit hesab olunan iki mühüm amili müəyyən etmiş olur: “siyasi məsuliyyət” və “müstəqil siyasəti həyata keçirtmək üçün cəsarət”. Bəli, müşahidə olunan tendensiyalara diqqət yetirən zaman biz açıq şəkildə onu görə bilirik ki, dünyada yaşanan müəyyən proseslərin əsas səbəbi məhz bəzilərin siyasi məsuliyyətsizliyi və müstəqil siyasət yürütmək üçün cəsarətlərinin olmamasıdır”, - deyə o diqqətə çatdırıb.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 İyun 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see635

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see606

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see603

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see495

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see453

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see417

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see388

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see383

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see343

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see334

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see331

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see324

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see318

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see317

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see315

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see310

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see307

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see303

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see299

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see281
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri