Icma.az
close
up
RU
Almaniyada 28 May Müstəqillik Günü təntənəli şəkildə qeyd olunub

Almaniyada 28 May Müstəqillik Günü təntənəli şəkildə qeyd olunub

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Berlin, 29 may, AZƏRTAC

28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən mayın 28-də Berlində rəsmi qəbul təşkil olunub. Qəbul, həmçinin Azərbaycanın “Konstitusiya və Suverenlik İli”nə həsr olunub.

AZƏRTAC xəbər verir ki, Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən təntənəli tədbirdə 400-dən çox qonaq, o cümlədən Almaniyanın bir sıra dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri, Bundestaqın deputatları, xarici ölkələrin səfirləri, media nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər dost icmaların üzvləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın və Almaniyanın Dövlət himnləri səsləndirilib.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, 1918-ci ildə mürəkkəb ictimai-siyasi şəraitdə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biri olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, mövcud olduğu 23 ay ərzində müsəlman dünyasında ilk parlamentli respublika modelini formalaşdıran və mütərəqqi islahatlar həyata keçirən Cümhuriyyət xalqımızın azadlıq və müstəqillik əzminin nümayişi idi.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycanın ilk illərdə ciddi təhdidlərlə üzləşdiyini qeyd edən diplomat bildirib ki, yalnız Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə sabitlik bərpa olundu, hüquqi dövlət quruculuğu və iqtisadi inkişafın əsası qoyuldu. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, regional və qlobal proseslərdə mühüm rol oynayır.

Səfir Azərbaycanın 2020-ci ildə qazandığı şanlı Qələbə və 2023-cü ildə dövlət suverenliyinin tam bərpası ilə bağlı mühüm məqamları diqqətə çatdıraraq bildirib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Artıq 14 mindən çox məcburi köçkün doğma torpaqlarına qayıdıb. İlk dəfə olaraq Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam təmin edildiyi və ölkəmizin ərazisində heç bir xarici hərbi birləşmələrin qalmadığı bildirilib.

Bu ilin martında Azərbaycan və Ermənistan tərəfindən sülh sazişinin mətnini razılaşdırılmasının mühüm tarixi nailiyyət olduğu qeyd edilib, bunun bölgədə sülh, əməkdaşlıq və firavan gələcək üçün yeni səhifə açmağa imkan yarada biləcəyi vurğulanıb.

Diplomat bu il Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyinin qeyd olunduğunu xatırladaraq, bu münasibətlə Prezident İlham Əliyevin 2025-ci ili ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan etdiyini diqqətə çatdırıb.

Nəsimi Ağayev çıxışında Azərbaycan-Almaniya münasibətlərinə də toxunaraq, iki ölkə arasında siyasi dialoqun intensivləşdiyini, müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyevin son iki ildə Almaniyaya dörd dəfə səfər etməsinin, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin bu ilin aprelində ölkəmizə səfərinin ikitərəfli siyasi dialoqun yüksək səviyyədə olmasının bariz göstəricisi olduğu qeyd edilib.

Almaniya Xarici İşlər Nazirliyinin Cənub-Şərqi Avropa, Türkiyə, ATƏT və Avropa Şurası üzrə müvəkkili, səfir Mixael Rayfenştul çıxışında 28 May – Müstəqillik Günü münasibətilə Almaniya xarici işlər naziri Yohan Vadefulun təbriklərini çatdırıb. Ölkələrimiz arasında münasibətlərin dərin tarixi köklərə əsaslandığını qeyd edən Mixael Rayfenştul XIX əsrin əvvəllərində alman şvablarının Azərbaycana köçərək burada öz qəsəbələrini yaratdığını və onların mədəni irsinin ölkəmizdə qorunduğunu və yaşadıldığını xatırladıb. O, ikitərəfli əlaqələrin bu gün də dinamik şəkildə inkişaf etdiyini vurğulayaraq, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin münasibətlərimizin tarixində ilk dəfə olaraq Azərbaycana səfərinin əlaqələrin yüksək səviyyəsinin bariz nümunəsi kimi dəyərləndirib.

Çıxışlardan sonra “Qafqaz” musiqi ansamblı maraqlı proqramla çıxış edib. Milli rəqslərimizin və musiqimizin ifası zamanı salonda quraşdırılmış böyük monitorda Azərbaycanın füsunkar təbiətini, paytaxt Bakının görməli yerlərini əks etdirən videoçarx nümayiş etdirilib.

Təntənəli tədbir ziyafətlə davam edib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri