Icma.az
close
up
RU
“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”

“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

26 may 2025-ci il tarixdə Masallı Dövlət Regional Kollecinin, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının, Azərbaycan təhsil işçiləri azad həmkarlar ittifaqı Masallı rayon komitəsinin, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Masallı rayon Gənclər evinin və Panda School Tədris mərkəzinin birgə təşkilatçılığı ilə 28 may Müstəqillik gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” adlı tədbir keçirilmişdir.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildikdən sonra Masallı Dövlət Regional Kollecinin direktoru Rövşən Qurbanov çıxış edərək bildirmişdir ki, may ayının 28-də xalqımızın dövlətçilik tarixinin ən parlaq səhifələrindən olan Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasını qeyd edirik. Azərbaycan Xalq Cumhuriyyəti bütün müsəlman şərqində ilk demokratik, türk dünyasında isə ilk hüquqi dövlət odi. Məhz belə bir dövlətin qurulması xalqımızın milli şüur səviyyəsinin, siyasi, intellektual və mədəni potensialının, yüksək istedad bə qabiliyyətinin göstəricisi idi.

Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxışında zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika yaratmasının mühüm tarixi nailiyyət olduğunu vurğulayaraq, mövcud tarixi şəraitdə Cümhuriyyətin qurulması, yaradılan demokratik təsisatlar, Azərbaycan dilinin dövlət dili elan edilməsi, Milli Ordunun təşkil olunması, qadınlara seçki hüququnun verilməsi və s. istiqamətdə görülən işlər barədə söhbət açaraq qeyd etdi ki, bu gün ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq müstəqilliyimizin qorunub saxlanılması, Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirilməsi Azərbaycanın dövlətçilik ənənələrinin davamının göstəricisidir.

Azərbaycan təhsil işçiləri azad həmkarlar ittifaqı Masallı rayon komitəsinin sədri Rasim Nurullayev, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Masallı rayon Gənclər evinin direktoru Fuad Mənsimov və Panda School Tədris mərkəzinin direktoru Həşim İbişov bu əlamətdar tarixi gün münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edib, dövlətimizə əbədi müstəqillik və suverenlik, millətimizə isə bu yolda əzmkarlıq və güc birliyi arzulamışlar.

Tədbirdə “Sən bizimsən bizimsən durduqca bədəndə can, Yaşa yaşa çox yaşa ey şanlı Azərbaycan“ adlı video rolik təqdim olunduqdan sonra kollecin ictimai işlərində fərqlənən bir qrup tələbələri və Viləş uşaq bağçasının balaca fidanlarının ifasında kompazisiya nümayiş olundu.

Sonra kollecin bir qrup tələbələri Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı, Azərbaycan təhsil işçiləri azad həmkarlar ittifaqı Masallı rayon komitəsi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Masallı rayon Gənclər evini və Panda School Tədris mərkəzi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olundular.

Tədbir iştirakçıları sonda Masallı rayon onbir illik uşaq incəsənət məktəbinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 May 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see394

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see351

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see316

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see310

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see286

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see265

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see255

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see231

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see224

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see203

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see202

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see201

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see186

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see186

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see164

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see158

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri