Icma.az
close
up
RU
Müstəqilliyimiz əbədidir

Müstəqilliyimiz əbədidir

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Müstəqilliyinin ilk dönəmlərində zamanın sərt sınaqları qarşısında geri çəkilməyən xalqımız qətiyyətli mövqe, birlik və iradə nümayiş etdirərək öz gələcək taleyinə sahib çıxmağı bacardı. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində ölkəmiz həqiqi müstəqilliyini Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra qazana bildi. 1990-1993-cü illərdə SSRİ-dən yenicə ayrılmış bu ölkə Qafqazın siyasi coğrafiyasında müxtəlif qlobal və regional güclərin qarşıdurmasını tənzimləyə bilmir, hədəflərini itirərək tez-tez bu və ya digər qüvvənin təsiri altında çaşqınlığa uğrayır və hər addımında bir qədər daha çox itkiyə məruz qalırdı.

1993-cü ildə xalqın israrlı çağırışı və təkidi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətinin müstəqilliyini əbədi, sarsılmaz və dönməz etməyi bacardı. Heydər Əliyevin müdrikliyi və zəngin dünyagörüşü, dərin siyasi bilikləri və böyük həyat təcrübəsi, yüksək intellekti, uzaqgörən siyasəti və idarəçilik bacarığı, torpağına, yurduna, milli dəyərlərinə sonsuz məhəbbəti Azərbaycanın dövlət müstəqilliyini sürükləndiyi uçurumdan, dəhşətli təhlükələrdən qurtardı. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi, Azərbaycan xalqına həqiqi müstəqilliyin sevincini və firavanlığını yaşatdı.

Vaxtilə Azərbaycana rəhbərlik etmiş adamlardan heç biri ölkədə gedən tarixi-siyasi proseslərin mahiyyətini, milli-mədəni münasibətlərin formalaşma qanunauyğunluqlarını və prinsiplərini Heydər Əliyev qədər dərindən duya və bu təməl üzərində ideologiya yarada bilməmişdi. Ulu Öndərin bu önəmli məsələyə münasibəti isə aydın və mükəmməl idi. Milli ideologiya ilə aşılanmış müstəqillik strategiyasını Heydər Əliyev belə ifadə edirdi: “Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xüsusiyyətləri ilə, xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlıdır”.

Müstəqillik uğrunda mübarizənin həlledici anında özünü Vətəninin harayına yetirən qalib sərkərdə Azərbaycan ətrafında hörümçək toru kimi qurulmuş böyük bir riyakarlıq tələsini sındırdı və ölkəmizi bir daha çaşqınlıqlara uğramadan, yabançı təsirlərlə yolundan sapmadan siyasi realizmə yönəltdi və müstəqil dövlət quruculuğuna start verdi. Heydər Əliyevin Azərbaycan potensialını oyatmaq, səfərbər etmək, istiqamətləndirmək, onu tükənməz yaradıcı enerjiyə çevirmək missiyasını şərəflə yerinə yetirməsi tarixin milli taleyimizə yazdığı ən böyük zəfər salnaməsi oldu.

Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə uzunmüddətli sabitləşmənin, milli və müstəqil dövlətçilik prinsiplərinin təməli yaradıldı, ölkəmizin daxili və xarici siyasəti bir-birini tamamlayan davamlı strateji məqsədlər üzərində quruldu. Müstəqil Azərbaycan tədricən özünə güclü, etibarlı dostlar qazandı, qlobal siyasi səhnədə bir sıra rəqib mövqeləri kifayət qədər neytrallaşdıra bildi. Milli inkişaf yolunda sabit və davamlı irəliləyişə nail olmaq üçün bütün ilkin zəruri şərtlər həyata keçirildi. Bu isə sonrakı illərdə beynəlxalq arenada daha qətiyyətli manevrlər edə bilmək üçün əlverişli zəmin yaratdı.

Heydər Əliyev müstəqilliklə bağlı öz sarsılmaz mövqeyini belə dilə gətirirdi: “Dövlət müstəqilliyinə nail olmaq Azərbaycan xalqı üçün tarixi hadisədir və o, öz dövlət müstəqilliyini qoruyub saxlamaq və möhkəmlətmək, Azərbaycanın hər hansı bir digər dövlətin hakimiyyəti və tabeliyi altında bir daha olmaması üçün bu müstəqilliyin pozulmasına yol verməmək əzmindədir”.

Həyatı və mübarizəsi bütünlüklə öz xalqının müstəqil yaşamı, milli mövqe və mənafeyi ilə bağlı olan Heydər Əliyev Azərbaycanı dünyanın mütərəqqi siyasi maraqlarının ön cinahına çevirdi. Müstəqil Azərbaycanı qurmaq, onu dünya düzəninə layiq olduğu səviyyədə çıxarmaq Heydər Əliyevin siyasi fəaliyyətində yeni bir mübarizə meydanı açdı. Yetmiş yaşlı Ulu Öndər tükənməz bir gənclik enerjisi ilə Azərbaycanı yenidən yaratmağın böyük yoluna başladı.

O, Azərbaycanın siyasi iradəsindən asılı olmayaraq dünyada cərəyan edən prosesləri məhz Azərbaycanın xeyrinə, ölkəmizin siyasi-iqtisadi maraqlarının mütləq nəzərə alındığı istiqamətə yönəltməyi bacardı. Dövlət suverenliyi və müstəqilliyi uğrunda mübarizənin bütün məsuliyyətini çiyinlərinə almış Ulu Öndər ölkə vətəndaşlarını vahid məqsəd ətrafında birləşdirərək, onların güclü milli həmrəyliyini yaratmağa nail oldu.

Heydər Əliyevin siyasi kursu Azərbaycan və dünya inkişafının koordinatlarını beynəlxalq siyasətin qanunauyğunluqlarına müvafiq şəkildə birləşdirə bildi və məhz onun nəticəsində Azərbaycan bu gün yeni dünya nizamında bu mütərəqqi istiqaməti qüvvətləndirən bir demokratik ölkə statusunda öz mövqeyini daha qətiyyətli və daha dayanıqlı şəkildə nümayiş etdirir.

Azərbaycanın dövlət müstəqilliyini, suverenliyini dönməz və daimi prosesə çevirən qüdrətli dövlət xadimi Heydər Əliyevin müəyyən etdiyi milli müstəqillik strategiyasını bu gün Prezident İlham Əliyev əzmkarlıqla davam etdirir. Dövlət başçısının diplomatiyası və qətiyyəti sayəsində əldə edilən tarixi uğurlar dövlətçiliyimizin təməllərini daha da möhkəmləndirir və dövlətimizin beynəlxalq nüfuzunu daha da yüksəldir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Oktyabr 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see448

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see318

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see295

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see267

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see239

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see237

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see237

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see233

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see230

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see217

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see209

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see202

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see202

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see201

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see199

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see192

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see192

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see192

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see190

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri