Icma.az
close
up
RU
Müstəqilliyin əldə olunması ilə hər şey bitmədi ŞƏRH EDİLDİ

Müstəqilliyin əldə olunması ilə hər şey bitmədi ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"1985-ci ildən başlayaraq, xüsusilə 1986–1987-ci illərdə Azərbaycanın ictimai-siyasi həyatında dərin sarsıntılar və dönüş nöqtələri baş verdi. Sovet İttifaqının son illərində mərkəzi hakimiyyətin apardığı qeyri-ədalətli siyasət, xüsusilə Azərbaycanın maraqlarını nəzərə almadan verilən qərarlar, xalqın milli qüruruna, haqlarına və gələcəyinə ciddi təhdidlər yaratdı. Bu dövr, Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin başlanğıc nöqtəsi kimi qiymətləndirilir". Bu sözləri SİA-ya açıqlamasında AMEA-nın Tarix İnstitutunun elmi işçisi, tarixçi alim Paşa Həsənli deyib.

Onun sözlərinə görə, o vaxt hələ Azərbaycan müstəqil dövlət deyildi. Lakin SSRİ-nin tərkibində fəaliyyət göstərən Azərbaycan Sovet Sosialist Respublikası xalqımızın dövlətçilik tarixində əhəmiyyətli mərhələlərdən biri sayılır. Bu mərhələdə baş verən hadisələr, Azərbaycan xalqının milli özünüdərk prosesinin sürətlənməsinə və azadlıq ideyalarının güclənməsinə səbəb oldu: "Sovet rəhbərliyinin, xüsusilə Mixail Qorbaçovun dövründə, erməni separatizmi açıq şəkildə dəstəklənməyə başladı. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları mərkəzi hökumətin susqunluğu və ya dolayı dəstəyi ilə müşayiət olunurdu. Qarabağda baş verən hadisələr, azərbaycanlı əhalinin öz yurdlarından sıxışdırılıb çıxarılması, bu təcavüzkar siyasətin açıq təzahürü idi. Bu vəziyyət Azərbaycan cəmiyyətində dərin hiddət və narazılıq yaratdı.

Bu narazılığın nəticəsi olaraq 1988-ci ildən etibarən Azərbaycanda Milli Azadlıq Hərəkatı güclənməyə başladı. Bu hərəkat öz miqyası və təsir dairəsinə görə, Azərbaycanın tarixi boyunca baş vermiş ən kütləvi xalq hərəkatlarından biri oldu. Əhalinin bütün təbəqələri — ziyalılar, tələbələr, müəllimlər, kənd və şəhər sakinləri, keçmiş partiya funksionerləri, hətta Sovet idarəetmə orqanlarının bəzi nümayəndələri belə — bu hərəkatı dəstəkləyirdi. Azərbaycan xalqı ilk dəfə bu qədər böyük vəhdət içində milli azadlıq uğrunda birləşmişdi.

Milli Azadlıq Hərəkatı təkcə siyasi mübarizə deyildi. Bu, həm də mənəvi oyanış, milli kimliyin bərpası, tarixi yaddaşın dirçəlişi idi. Azərbaycan xalqı əsrlərdir basdırılmış, boğulmuş milli iradəsini yenidən ifadə etməyə başlamışdı. Bu hərəkat nəticəsində 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini rəsmi şəkildə bərpa etdi. Eyni zamanda Sovet İttifaqının süqutuna təkan verən əsas qüvvələrdən biri də məhz Azərbaycandakı bu xalq hərəkatı oldu.

Lakin müstəqilliyin əldə olunması ilə hər şey bitmədi. Əksinə, qarşıda daha çətin və mürəkkəb bir mərhələ başlayırdı. Ermənistan tərəfindən başlanan işğal siyasəti davam etdirildi, Dağlıq Qarabağ və ətraf rayonlar ard-arda işğal olundu. Rusiya tərəfindən Azərbaycana qarşı təzyiqlər gücləndi, daxildə isə siyasi sabitlik pozuldu. 1992–1993-cü illərdə ölkədə xaos, anarxiya, zəif idarəçilik və silahlı toqquşmalar hökm sürürdü. Dövlət strukturları iflic olmuş, xalq hakimiyyətsiz vəziyyətdə qalmışdı.

1993-cü ilin yayında ölkədə baş verən siyasi böhran kulminasiya nöqtəsinə çatdı. Gəncədə baş verən qiyam, ölkədə vətəndaş qarşıdurmasına çevrilmək təhlükəsi yaradırdı. Xarici qüvvələr bu vəziyyətdən istifadə edərək Azərbaycana təsir imkanlarını artırmağa çalışır, ölkənin suverenliyini təhlükə altına salmaq niyyətində idilər. Belə bir şəraitdə xalqın çağırışı və tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı.

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi oldu. O, böyük siyasi və idarəçilik təcrübəsinə, qətiyyətli liderlik keyfiyyətlərinə malik bir dövlət xadimi kimi ölkəni dağılmaqdan xilas etdi. Əvvəlcə ölkədə sabitlik bərpa olundu, qanunsuz silahlı dəstələr tərksilah edildi, hüquqi dövlətin bərpası üçün ciddi islahatlara start verildi.

Rusiya tərəfindən Azərbaycana qoşun yeridilməsi, sərhədlərin rus hərbi birləşmələri tərəfindən qorunması və Azərbaycanda hərbi bazaların yaradılması ilə bağlı təkliflər Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edildi. Bu, Azərbaycanın siyasi müstəqilliyini qorumaq baxımından son dərəcə mühüm addım idi. Əgər bu təkliflər qəbul olunsaydı, Azərbaycan formal olaraq müstəqil olsa da, faktiki olaraq yenidən xarici güclərin təsiri altına düşəcəkdi.

Bununla yanaşı, Heydər Əliyev Azərbaycanın enerji resurslarını milli maraqlar əsasında idarə etməyə və beynəlxalq enerji layihələrinə qoşulmağa başladı. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” və sonrakı illərdə həyata keçirilən Bakı–Tbilisi–Ceyhan neft kəməri kimi iri layihələr Azərbaycanın iqtisadi təhlükəsizliyini və müstəqilliyini təmin etdi. Enerji resurslarının dünya bazarlarına çıxarılması ölkəyə böyük valyuta axını gətirdi, investisiya mühiti yaxşılaşdı, yeni iş yerləri yarandı. Bu iqtisadi müstəqillik, öz növbəsində, siyasi müstəqilliyin möhkəmlənməsinə xidmət etdi. Azərbaycan beynəlxalq münasibətlər sistemində daha etibarlı tərəfdaşa çevrildi, dünya ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq qurmağa başladı.

Heydər Əliyevin strateji baxışları və uzaqgörən siyasəti Azərbaycanın gələcək uğurlarının bünövrəsini qoydu. Bu siyasi irs nəticəsində Azərbaycan 2020-ci ildə 44 günlük Vətən Müharibəsində tarixi Qələbə qazandı. Bu Qələbə təkcə hərbi deyil, həm də milli iradənin, güclü dövlətin, uzun illər ərzində qurulan sistemli siyasətin təntənəsi idi.

Tarixi retrospektivdən baxdıqda, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin qorunmasında, möhkəmləndirilməsində və inkişafında həlledici rol oynamışdır. Onun uzaqgörənliyi, prinsipial mövqeyi və xalqına olan sadiqliyi sayəsində Azərbaycan müstəqil dövlət kimi mövcudluğunu qoruyub saxlaya bildi və müasir dövrə güclü, öz sözünü deyə bilən, suveren bir ölkə kimi qədəm qoydu".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 İyun 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see460

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see343

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see261

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see252

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see242

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see223

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see209

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see203

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see192

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see184

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see170

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see165

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see164

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri