Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Müstəqilliyin keşikçisi və dövlətçiliyin memarı ŞƏRH

Müstəqilliyin keşikçisi və dövlətçiliyin memarı ŞƏRH

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə şəxsiyyətlər vardır ki, onların fəaliyyəti yalnız yaşadıqları dövrü deyil, gələcək nəsillərin taleyini də müəyyənləşdirir. Belə dahi şəxsiyyətlərdən biri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir. Onun siyasi fəaliyyəti müstəqil Azərbaycan dövlətinin qurulması, qorunması və inkişaf etdirilməsi ilə sıx bağlıdır. Ulu Öndərin “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” fikri onun həyat amalını, siyasi fəaliyyətinin mahiyyətini və xalqa xidmət missiyasını dolğun şəkildə ifadə edir.
XX əsrin sonlarında Azərbaycan tarixinin ən mürəkkəb və taleyüklü dövrlərindən birini yaşayırdı. Sovet İttifaqının süqutundan sonra ölkəmiz dövlət müstəqilliyini bərpa etsə də, daxili siyasi qarşıdurmalar, iqtisadi tənəzzül, idarəetmədəki ciddi problemlər və Ermənistanın hərbi təcavüzü Azərbaycanı ağır vəziyyətə salmışdı. Ölkədə hakimiyyət böhranı hökm sürür, vətəndaş qarşıdurması təhlükəsi getdikcə artırdı. Dövlətçiliyin itirilməsi və ölkənin parçalanması təhlükəsi artıq real xarakter almışdı.
Belə bir mürəkkəb zamanda xalq öz xilaskarına üz tutdu. 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddət ərzində ölkədə sabitliyin bərpasına nail oldu. Onun uzaqgörən siyasəti, qətiyyəti və zəngin dövlətçilik təcrübəsi sayəsində Azərbaycanda ictimai-siyasi sabitlik təmin edildi, qanunçuluq bərpa olundu və dövlət institutlarının fəaliyyətində dönüş yarandı. Məhz həmin dövrdən etibarən Azərbaycan müstəqil inkişaf yoluna qədəm qoydu.
Ulu Öndər Heydər Əliyev dövlət quruculuğunu öz fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edirdi. Onun rəhbərliyi ilə müasir dövlət idarəetmə sistemi formalaşdırıldı, demokratik inkişaf prinsipləri müəyyənləşdirildi və hüquqi dövlət quruculuğu istiqamətində mühüm islahatlar həyata keçirildi. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının təmin olunmasına, hüququn aliliyinin möhkəmləndirilməsinə və demokratik cəmiyyətin formalaşmasına geniş imkanlar yaratdı. Bu Konstitusiya müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarını müəyyən edən mühüm tarixi sənəd kimi ölkəmizin inkişafında xüsusi rol oynadı.
Heydər Əliyevin iqtisadi siyasəti də Azərbaycanın gələcək inkişafını təmin edən mühüm amillərdən biri oldu. O, ölkənin zəngin təbii ehtiyatlarından səmərəli istifadə edilməsini dövlət siyasətinin prioritet istiqamətinə çevirdi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu müqavilə ölkəyə milyardlarla dollar həcmində xarici investisiyanın cəlb edilməsinə, neft strategiyasının uğurla həyata keçirilməsinə və Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasına şərait yaratdı. Sonrakı illərdə əldə olunan iqtisadi nailiyyətlərin təməlində məhz həmin uzaqgörən strategiya dayanırdı.
Ümummilli Lider milli-mənəvi dəyərlərin qorunmasını və inkişafını da dövlət siyasətinin vacib istiqaməti hesab edirdi. O, Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsinə, milli-mədəni irsimizin qorunmasına və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirirdi. Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, xalqın milli kimliyini qoruyan əsas amillər onun dili, mədəniyyəti, tarixi yaddaşı və mənəvi dəyərləridir. Məhz buna görə də onun həyata keçirdiyi siyasət milli özünüdərkin güclənməsinə və azərbaycançılıq ideologiyasının formalaşmasına mühüm töhfə verdi.
Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasında da Ulu Öndərin xidmətləri danılmazdır. Onun həyata keçirdiyi balanslaşdırılmış və praqmatik xarici siyasət nəticəsində Azərbaycan dünyanın nüfuzlu dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurdu. Ölkəmizin beynəlxalq aləmdə nüfuzu yüksəldi, milli maraqlarımızın müdafiəsi istiqamətində mühüm uğurlar əldə edildi. Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilərək etibarlı tərəfdaş kimi tanındı.
Bu gün Azərbaycanın qazandığı böyük nailiyyətlər, iqtisadi inkişafı, siyasi sabitliyi və beynəlxalq nüfuzu Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının uğurlu nəticələridir. Dövlət müstəqilliyimizin qorunması, güclü iqtisadiyyatın qurulması, milli birliyin möhkəmləndirilməsi və vətəndaş rifahının yüksəldilməsi istiqamətində əldə olunan bütün uğurlar onun siyasi irsinin yaşadığını və inkişaf etdiyini bir daha təsdiq edir.
Heydər Əliyev Azərbaycan xalqına yalnız müstəqil dövlət deyil, həm də güclü dövlətçilik ənənələri, milli birlik ideyası və gələcəyə inam miras qoymuşdur. Onun “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına həsr olunacaqdır” fikri sadəcə bir siyasi bəyanat deyil, bütöv bir ömrün və dövlətçilik fəlsəfəsinin ifadəsidir. Bu sözlərdə Vətənə sonsuz məhəbbət, xalqa sədaqət və dövlət qarşısında böyük məsuliyyət hissi əks olunmuşdur.
Bu gün də Heydər Əliyevin zəngin siyasi irsi Azərbaycan dövlətçiliyinin inkişafına xidmət edir, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına töhfə verir və xalqımızı daha böyük uğurlara doğru istiqamətləndirir. Ümummilli Liderin ideyaları Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olmasının ən möhkəm təminatlarından biri olaraq yaşayır və gələcək nəsillərə örnək olur.
İlahə Qurbanova
YAP Samux rayon təşkilatının əməkdaşı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 İyun 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see340

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see332

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see330

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see329

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see281

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see269

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see266

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see262

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see255

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see254

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see232

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see230

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see221

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see215

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see212

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see212

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see200

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see196

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see189

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri