Icma.az
close
up
RU
Ukraynanın təhlükəsizliyi əsas məsələ olaraq qalır MÜNASİBƏT BİLDİRİLDİ

Ukraynanın təhlükəsizliyi əsas məsələ olaraq qalır MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Tramp nədənsə Putinin nazı ilə hələ çox oynayır. Bunu Alyaska görüşünün açıqlanan nəticələri də göstərdi. Bu gün Amerikada keçirilən Zelenski–Tramp görüşünün nəticələri də bu qənaətə gəlməyə əsas verir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Vaşinqtonda Zelenski və Avropa liderləri ilə həm ayrılıqda, həm də birlikdə keçirilən görüşlərin nəticələri barədə hələlik tam danışmaq tezdir. Amma verilən rəsmi məlumatlar və aparılan təhlillər bəzi ilkin qənaətlərə gəlməyə imkan verir.

Ən mühüm nəticə budur ki, Ukraynanın təhlükəsizliyi və ərazi bütövlüyü bütün görüşlərdə əsas məsələ olaraq qalır: "Bununla bağlı maraqlı tərəflərin – o cümlədən Ukraynanın – vahid qənaətə və razılaşmaya gəldiyini demək hələ tezdir.

Vaşinqtonda keçirilən son görüşdə Ukraynanın ərazi məsələsi birbaşa Zelenski ilə Putinin müzakirəsinə buraxılıb. Bu da doğru yanaşma kimi görünür, çünki Ukraynanın iştirakı və razılığı olmadan onun əraziləri ilə bağlı hər hansı bir qərar vermək və ya alver aparmaq mümkünsüzdür.

Digər tərəfdən, ikinci dəfə Vaşinqton görüşündə Tramp Ukraynanın təhlükəsizliyini Avropa ölkələrinə "satdı". Məlumata görə, ABŞ təhlükəsizliyə zəmanət versə də, maliyyə yükünü tamamilə Avropa ölkələrinin üzərinə qoyub. Avropa ölkələrinin 100 milyard avro ödəməsi müqabilində ABŞ bu təhlükəsizliyin təmin olunmasında iştirakçı olduğunu bəyan edib. Bundan əlavə, Ukrayna ilə ABŞ arasında 50 milyard avro dəyərində birgə dron istehsalı razılaşması əldə olunub və bu vəsait də Ukraynanın üzərinə düşür.

Ümumilikdə isə ABŞ və Avropa ölkələrinin Ukraynanın təhlükəsizliyi məsələsində birgə mövqe nümayiş etdirməsi bu görüşün əsas nəticəsi sayılır. Lakin bu zəmanətlərin Rusiya tərəfindən qəbul olunub-olunmayacağı hələlik bəlli deyil. Tramp Alyaska görüşündən sonra açıq şəkildə bildirdi ki, ABŞ Ukraynanın təhlükəsizliyi ilə maraqlana bilər, amma zəmanəti Çin və Rusiya müəyyən etməlidir. Bu isə kifayət qədər maksimalist və mübahisəli yanaşmadır.

Çünki Rusiya və Qərb Ukraynanın təhlükəsizliyinə fərqli yanaşır: Avropa bir sistem düşünür, Rusiya isə tamamilə başqa. Bu ziddiyyətin nə vaxt aradan qalxacağı məlum deyil. Əgər ABŞ görüşündən sonra Tramp, Zelenski və Putinin üçtərəfli görüşü baş tutarsa, bu, 18 avqust Vaşinqton görüşünün ən böyük nəticəsi ola bilər. Amma indiki şəraitdə Zelenski ilə Putinin bir masa arxasında oturması real görünmür.

Əgər 22 avqustda və ya yaxın günlərdə belə bir görüş baş verərsə, bu, Vaşinqton danışıqlarının ən önəmli nailiyyəti olacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Avqust 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see161

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see128

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri