Icma.az
close
up
RU
İndidən sonra əsas mərhələ başlayır MÜNASİBƏT BİLDİRİLDİ

İndidən sonra əsas mərhələ başlayır MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

“Suriyadakı hadisələr hələ çox yenidir və bu məsələlər barədə konkret nəisə demək çətindir. Məlum baş verən hadisələri məsələnin hərbi və siyasi tərəfi olmaqla iki hissəyə bölmək lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında AĞ Partiyasının sədri Tural Abbaslı deyib.Tural Abbaslı sözlərinə belə davam edib: “Hərbi tərəf daha rahatdır deyə düşünürəm. Yəni, silahla gəlinib alındı. Burada ya öl, ya da öldür prinsipidir. Müxaliflər gəlib Şamda rejimi devirib hakimiyyəti ələ aldılar. Amma indidən sonra əsas mərhələ başlayır. Bu mərhələdə də idarə edən hökumətin qurulması, hökumətin legitimliyi, beynəlxalq aləmdə tanınması, yaxud özünün formalaşdırılmasını nəzərdə tuturam. Çünki bilindiyi kimi müxaliflərin tərkibi çox genişdir və burada müxtəlif silahlı qruplaşmalar cəmləşib. Yəni onlar Əsədi devirmək uğrunda bir araya gələ bilirdilər və gəldilər. Amma Əsəddən sonrakı dönəmdə siyasi anlamda qənimətin bölünməsi mərhələsində necə anlaşacaqları şübhəli məsələdir.Nəzərə alsaq ki, burada müxaliflərin böyük əksəriyyəti döyüşçülərdir. Orada siyasilər çox azdır, hətta yox dərəcəsindədir. Amma dövlət idarəçiliyi siyasətçilər tərəfindən aparılmalıdır. Ona görə düşünürəm ki, çətin olacaq.Böyük dövlətlərin regionda maraqları var. Onlar da təbii ki yeni hökumətin formalaşmasında bu və ya digər formada iştirak edəcəklər. Bizim istəyimiz və arzumuz odur ki, Türkiyə bu məsələdə daha öndə gəlsin. Türkiyə yeni hökumətin formalaşmasında söz sahibi olsun. Görünən odur ki, bu hələlik belədir.Ərazi bütövlüyü məsələsində hələlik həm Suriyanın müxalif qüvvələrinin, həm də beynəlxalq qüvvələrin demək olar ki, böyük əksəriyyətinin elan etdiyi odur ki, biz Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik və heç bir halda bölünməsinə, hətta dövlət quruluşunun unitardan federativə dəyişdirilməsinə tərəfdar deyilik. Çünki əgər bu proses başlasa burada dövlətin parçalanması labüddür. Çünki burada müxtəlif millətlər və dini bölgülər var. Bu baxımdan bütün ölkələr hələlik Suriyanın ərazi bütövlüyünün tərəfdarıdır. Təbii ki, bu İsrail kimi ölkələrin marağında deyil. İsrail Türkiyə məsələsinə görə orada bir kürd dövlətinin yaradılmasının marağındadır. Amma görünən odur ki, hələlik Suriyanın ərazi bütövlüyünün saxlanılması ilkin planda nəzərdə tutulub. Sonda bir daha qeyd edim ki, bütün bunlar fərziyələrdir, hələ bir söz demək çox tezdir və zamana ehtiyac var”.

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2024 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see570

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see231

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see216

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see208

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see206

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see196

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see189

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see189

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see183

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see183

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see179

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see176

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see174

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see173

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see172

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see170

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see170

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see168

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri