Icma.az
close
up
RU
MÜTDA sertifikasiyaya hazırlaşan müəllimlərə xəbərdarlıq etdi

MÜTDA sertifikasiyaya hazırlaşan müəllimlərə xəbərdarlıq etdi

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

MÜTDA rəsmisi müəllimləri sertifikasiya imtahanlarına hazırlaşarkən "YouTube"da yayılan səriştəsiz təlimçilərin toruna düşməməyə çağırıb.

Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Vəfa Yaqublu müəllimlərin sertifikatlaşdırma prosesi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, bu proses müəllimlərin keyfiyyət səviyyəsinin artırılmasına xidmət edir:

"Sertifikatlaşdırmadan keçən müəllimlərin maaşlarında artım olur və bu da onlara əlavə motivasiya verir. Sertifikasiyaya yeni başlamışıq deyə cəmiyyətdə bəzən etirazla qarşılanır, amma zaman keçdikcə bu proses daha geniş şəkildə qəbul olunacaq".

V.Yaqublu bildirib ki, sertifikasiyada istifadə olunan test tapşırıqları kurikulumdan kənara çıxmır:

"Bu o deməkdir ki, əgər müəllim coğrafiya fənnini tədris edirsə, onun imtahan sualları da məhz məktəb proqramı çərçivəsində hazırlanır. Suallar kifayət qədər sadədir. Lakin mən vətəndaş olaraq hesab edirəm ki, müəyyən qədər çətinlik də olmalıdır. Çünki müəllim şagirdə öyrətdiyindən daha artıq biliyə sahib olmalıdır".

O əlavə edib ki, müəllimlərin işə qəbul və sertifikasiya imtahanlarında eyni vaxtda, eyni suallarla imtahan edilməsi şəffaflığa xidmət edir.

MÜTDA rəsmisi müəllimlərə xəbərdarlıq da edib. O bildirib ki, hazırlıq mərhələsində müəllimlər yalnız rəsmi mənbələrə etibar etməli, qeyri-peşəkar və səriştəsiz şəxslərin yayımladığı videolardan, hazırlıq kurslarından uzaq durmalıdırlar:

"Bəzən maraq xatirinə "YouTube"da sertifikasiya imtahanlarına hazırlıqla bağlı videolara baxıram. Görürəm ki, bu videoları hazırlayanlar arasında səriştəsiz şəxslər var. Onlar orfoepiya qaydalarına əməl etmirlər. Onların "sual belə olsa, belə cavab verin" demələri, kasad leksikaları narahatlıq doğurur. Çünki biz kimi dinləyiriksə, onun kimi danışırıq. Eyni zamanda, biz təkcə testə hazırlaşmırıq. Müsahibə mərhələsində sizin nitqinizin səlisliyi, leksikanızın zənginliyi qiymətləndiriləcək. Əgər hazırlıq müddətində səriştəsiz insanlarla çalışacaqsınızsa, müsahibə nəticələriniz zəif ola bilər. Buna görə müəllimlər hazırlıq zamanı ehtiyatlı olmalı, işbazların qurbanına çevrilməməlidirlər".

O, sertifikasiya imtahanına hazırlaşanlara video.edu.az portalına daxil olaraq oradakı materiallardan istifadə etməyi tövsiyə edib. Bildirib ki, müəllimlər, eyni zamanda, fənləri üzrə əlavə ədəbiyyatlarla tanış olmalı, daha geniş biliyə yiyələnməlidirlər:

"Bu, onlara imtahandan uğurla keçməyə və müsahibə mərhələsini rahat başa vurmağa kömək edəcək".

Aləmdə Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 May 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see281

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see230

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see165

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see151

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see140

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see128

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see128

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see128

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see127

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see127

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri