Icma.az
close
up
RU
Sertifikasiyaya repetitor yanında hazırlaşan müəllimlər...

Sertifikasiyaya repetitor yanında hazırlaşan müəllimlər...

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci ildə biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri sertifikasiyadan keçiriləcək. 2026-cı ilin sonuna qədər isə əlavə 40 min müəllimin bu prosesə cəlb olunması planlaşdırılır. Sertifikatlaşdırma müəllimlərin bilik və bacarıqlarını qiymətləndirməklə yanaşı, onların əməkhaqqısına da təsir edir.

Sertifikasiya fənlərinin açıqlamasından sonra sosial şəbəkələrdə yenidən sertifikatlaşdırma və müəllimlərin işə qəbulu (MİQ) imtahanlarına hazırlıq üçün müxtəlif kurslar və fərdi müəllimlər tərəfindən elanlar paylaşılır. Həmin elanlarda “imtahan suallarına uyğun dərslər”, “qısa müddətdə uğur qazanmaq” kimi cəlbedici vədlər verilir. İşin maraqlı tərəfi isə həmin kurslara və müəllimlərə marağın heç də az olmamasıdır. Sertifikasiya imtahanına repetitor yanında hazırlaşmaq bir çoxları tərəfindən sərt tənqid edilir.

Modern.az mövzu ilə bağlı elm və təhsil eksperti Ramin Nurəliyevlə həmsöhbət olub.

Onun sözlərinə görə, hazırkı ali təhsil müəssisələrinin tədris prosesləri və hərhansı kadr hazırlığı ilə bağlı ciddi problemlər var:

“Buna görə də məhz müəllimlik ixtisasını bitirən məzunların birbaşa işə qəbulu imtahanında iştirak etməsi çətin görünür. Çünki məzun olan tələbə nəzəri bilikləri mənimsəmiş olur, praktiki biliklərdən məlumatı olmur. O cümlədən də həmin tələbənin imtahanda düşən sualları cavablandırmaq üçün universitetdə keçdikləri kifayət etmir. Ona görə tələbə MİQ-də iştirak etmək üçün buna məcburdur. Universiteti bitirən tələbənin keçdiyi dərslərin MİQ imtahanının sualları ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq bitirib gedib imtahanda iştirak edərsə, müvəffəq olmayacağını tələbə çox yaxşı bilir. Ona görə də məcburdur ki, hazırlıq kurslarına gedib özünü müəyyən səviyyəyə gətirib imtahanda elə iştirak etsin. Universiteti bitirən 2 vakantı götürək, biri hazırlığa gedir, digəri getmir. İkisinin də nəticəsinə baxsaq, hazırlığa gedən vakantın nəticəsinin daha üstün olacağını görürük. Bu o demək deyil ki, universitetlərimizdə tədris prosesi bərbad gündədir, irəliləyişlər var. Bununla belə kifayət etmir. Tələbələrin ən çox narazılığı ali təhsil ocaqlarında praktiki biliklərə üstünlük verilməməsidir. Sanki sovet dövründə olan əksər müəllimlər hələ də qalır. Onların ən çox da burada təsirləri olur. Xarici universitetlərdə təhsil alıb gələn gənc müəllimlərdə müəyyən qədər praktiki biliklərə üstünlük var, amma universitetlərdə qalan sovet düşüncəsində olan müəllimlərdə praktiki biliklərə üstünlük demək olar ki, yopx səviyyəsindədir”.

O qeyd edib ki, sertifikasiya imtahanına hazırlaşmaq üçün repetitor yanına gedən müəllim üçün isə deyiləcək bir söz yoxdur:

“Sertifikasiya imtahanı müəllimin öz ixtisası üzrə verdiyi imtahandır. Müəllim əgər öz tədris ixtisasdan imtahan vermək üçün hazırlığa gedirsə, bu biabırçılıq deməkdir. Bu o deməkdir ki, müəllim işə qəbul olunduğu zaman müxtəlif yollarla qəbul olub. Qəbul olduqdan sonra öz ixtisasını hələ də düzgün formada tədris etmir. Sertifikasiya suallarına baxdığımız zaman müəllimin özünün tədris etdiyi fənndən olduğunu düşdüyünü görürük. Keçən dəfə ibtidai sinif müəllimlərinə düşən suallara baxıram, həmin sualları orta məktəbi bitirən şagird də yaza bilərdi. Amma təəssüflər olsun ki, bizim ibtidai sinif müəllimlərimizin əksəriyyətinin o sualları yaza bilmədiyi ortaya çıxdı. Araşdırıldığı zaman da həmin müəllimlərin ya kollec məzunu olduğu, ya da bu sahədə ali təhsilinin olmadığı, hansısa neqativ yollarla müəllim olduqları bildirildi. Artıq illərdir pedaqoji fəaliyyətlə məşğul olan müəllimin sertifikasiya imtahanından keçə bilməmək qorxusu var. Bu qorxuya görə də artıq hazırlığa gedir. Bu artıq həqiqətən fəlakətdir, biabırçılıqdır. Buna deyiləcək bir söz yoxdur. Bir müəllim illərlə tədris etdiyi ixtisas üzrə əlavə dəstək almağa səy göstərirsə mənim deyiləcək sözüm yoxdur. Deyənlər var ki, müəllimin sertifikasiya üçün əlavə dəstək almasında heçnə yoxdur. Mən bəzi müəllimlər tanıyıram ki, sertifikasiyaya hazırlıq üçün müəllim yanına gedir. Həqiqətən ayıbdır. Sən illərlə öz ixtisasını tədris edirsən, sən dərs dediyin ixtisas üzrə hazırlığa ehtiyac duyursansa, deməli ixtisasını tədris etməyə yararlı müəllim deyilsən. Bu yolverilməzdir. Bir müəllim öz ixtisası üzrə imtahan vermək üçün əlavə hazırlığa gedirsə, həmin müəllimlərin könüllü şəkildə ərizə yazaraq ümumitəhsil müəssisələrindən çıxmalarını tövsiyə edərdim.  Onların vicdanı varsa, sertifikasiya imtahanının nəticəsini gözləmədən özləri işdən çıxmalıdırlar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Fevral 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri