Icma.az
close
up
RU
Mütəxəssis ekspert Ramazan ayında düzgün qidalanmağın yollarını açıqlayıb

Mütəxəssis ekspert Ramazan ayında düzgün qidalanmağın yollarını açıqlayıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 11 mart, AZƏRTAC

Ramazan ayında iftar və imsak saatlarında düzgün qidalanmaq həm bədənimizin, həm də həzm sistemimizin sağlamlığını qorumaqda böyük rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, iftarı xurma ilə açmaq, mədəmizi yumşaq şəkildə yeməyə hazırlayır: “Həmçinin bol su və ya təbii meyvə şirəsi içmək bədənimizin itirilmiş mayeni bərpa etməyə kömək edir. Yüngül şorbalar, məsələn, toyuq və tərəvəz şorbası, həzm prosesini yavaş-yavaş başladaraq mədə-bağırsaq sisteminə yüngül bir yüklə daxil olur. Mədəmizin əzələ qatları genişlənməyibsə, onu yeməklə doldurmaq həzmi pozar və qida qəbulundan sonra mədədə ağırlıq hissi yaradar, həzm müddəti uzanar. Eyni zamanda, probiotiklərlə zəngin məhsullar – məsələn, yoğurt və kefir – bağırsaq florasının tarazlanmasına dəstək verir və həzm prosesini asanlaşdırır. İftarda meyvə və tərəvəzlərin rəngarəngliyi isə bədənimizin ehtiyacı olan vitamin, mineral və liflə təmin edir”.

Mütəxəssis-ekspert qeyd edib ki, imsakda isə gün boyu enerjimizi qorumaq üçün tam taxıllı məhsullara üstünlük vermək vacibdir: “Kəpəkli çörək, yulaf və qəhvəyi düyü kimi kompleks karbohidratlar uzun müddət toxluq hissi yaradır. Bunun yanında, yumurta, az yağlı pendir və toyuq kimi asan həzm olunan zülal mənbələri enerjimizi yüksəldir. Sağlam yağlar, məsələn, zeytun yağı, avokado və qoz-fındıq, həm mədəmizi rahatladır, həm də ümumi sağlamlığımızı dəstəkləyir. Yeməkləri kiçik porsiyalarda qəbul etmək, yaxşı çeynəmək və çox ədviyyatlı, yağlı qidalardan uzaq durmaq həzm sistemimizin işini asanlaşdırır. Balanslı bir menyu seçərək həm karbohidrat, həm zülal, həm də vitamin və minerallarla zəngin qidaları qəbul etmək bədənimiz üçün ideal şərait yaradır”.

E.Məmmədov bildirib ki, Ramazan ayında iftar və imsak saatlarında həzm sistemini gücləndirmək üçün sadəcə, doğru qidaları seçmək yetərli deyil, həm də bədənimizi dinləyərək, ehtiyac duyduğumuz zaman uyğun nizam-intizamla qidalanmaq önəmlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Mart 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri