Icma.az
close
up
RU
Ramazan ayında düzgün qidalanma necə olmalıdır? EKSPERT DANIŞDI

Ramazan ayında düzgün qidalanma necə olmalıdır? EKSPERT DANIŞDI

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Ramazan ayı oruc tutmaqla bədənin enerji balansını və metabolik proseslərini ciddi şəkildə tənzimləyir”.

Bu sözləri SİA-ya açıqlamasında qida üzrə ekspert Ağa Salamov bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində sahur və iftar qidalanması bədənin ehtiyaclarını nəzərə alaraq düzgün qurulmalıdır ki, oruc sağlamlıq baxımından mənfi təsir göstərməsin. Sahur zamanı əsasən zülal və su tərkibi yüksək qidalar üstünlük təşkil etməlidir:

”Məsələn, yumurta, minimal duzlu kəsmik və təbii qidalar bədənin gün ərzində enerji ehtiyacını təmin etməkdə əhəmiyyətli rol oynayır. Konservləşdirilmiş məhsullar, kolbasa və duzlu pendir kimi məhsullardan uzaq durmaq vacibdir, çünki bu qidalar orqanizmin susuz qalmasına və metabolik gərginliyin artmasına səbəb ola bilər.

Sahur zamanı maye qəbulu da xüsusilə vacibdir. İnsan gün ərzində su qəbul etmədikdə bədənin hidrosalin balansı pozulur və bu, oruc tutmağı çətinləşdirir. Buna görə şorba və meyvə şirələri, məsələn nar və alma şirəsi, həm su balansını qoruyur, həm də vitamin və minerallar təmin edir. Zeytun, əncir qurusu və balanslaşdırılmış çərəzlər də sahur üçün tövsiyə olunur, çünki bunlar hüceyrələrin normal fəaliyyəti və enerji istehsalına müsbət təsir göstərir.

İftar zamanı isə qida qəbuluna diqqətli yanaşmaq vacibdir. Orucdan sonra bədən gün ərzində ac qaldığından ani və həddindən artıq qidalanma mədə və həzm sistemi üçün gərginlik yarada bilər. İftarda şorba, xüsusən tərəvəz şorbası, maye və vitamin təmin etməklə yanaşı, mədəaltı vəzinin yükünü azaldır. Brokoli, gül kələm, şirin bibər, kartof, soğan kimi tərəvəzlər zülal və karbohidratlarla birlikdə verildikdə orqanizm üçün optimal qida balansı təmin edilir.

Qidanı hissə-hissə, fasiləli şəkildə qəbul etmək və hər lokmanı yaxşı çeynəmək orqanizmin həzm prosesini dəstəkləyir və oruc müddətində şişkinlik, köp və ağırlıq kimi problemlərin qarşısını alır. Karbohidrat mənbəyi olaraq qarabaşaq, düyü və kartofun daxil edilməsi enerji təminatını optimallaşdırır.

Ramazan ayı ərzində sahur və iftar süfrələrinin düzgün təşkili bədənin fizioloji tələblərinə cavab verməklə yanaşı, sağlam qidalanma vərdişlərinin formalaşmasına da xidmət edir. Bu, həm qida qəbulu zamanı yaranan metabolik gərginliyi azaldır, həm də uzun müddətli sağlamlıq üçün önəmli bir addım hesab olunur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Fevral 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri