Icma.az
close
up
RU
Mütəxəssis: Türkiyə və Özbəkistanda ali təhsil almaq həm əlçatan, həm də gələcək karyera üçün faydalı bir seçimdir

Mütəxəssis: Türkiyə və Özbəkistanda ali təhsil almaq həm əlçatan, həm də gələcək karyera üçün faydalı bir seçimdir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 avqust, Xatirə Cəfərova, AZƏRTAC

Azərbaycanda ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlandıqdan sonra məlum olur ki, bəzi abituriyentlər arzuladıqları universitetə qəbul ola bilməyiblər. Belə hallarda onlar təhsillərini davam etdirmək üçün alternativ yollar axtarmağa başlayırlar. Son illərdə azərbaycanlı abituriyentlərin üstünlük verdiyi istiqamətlər arasında Türkiyə və Özbəkistan xüsusi yer tutur.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Akademi Group” Xaricdə Təhsil və Konsultasiya Mərkəzinin direktoru Murad Ağalarov söyləyib. O, abituriyentlər üçün alternativ təhsil imkanları, xüsusilə də qardaş Türkiyə və Özbəkistanda mövcud olan təhsil perspektivləri barədə məlumat verib.

Murad Ağalarov bildirib ki, Türkiyə Azərbaycan gənclərinin ən çox üstünlük verdiyi ölkələrdən biridir. Bu seçimə təsir edən əsas amillər arasında mədəni və dil yaxınlığını qeyd etmək olar. Azərbaycanlı tələbələr gündəlik həyata və təhsil prosesinə asanlıqla adaptasiya olurlar. Bundan əlavə, təhsil haqlarının münasib olması, dövlət və özəl ali məktəblərdə yüzlərlə ixtisas üzrə geniş seçim imkanının mövcudluğu da mühüm rol oynayır.

Eyni zamanda, Türkiyə hökumətinin “YTB” proqramı çərçivəsində təqdim etdiyi təqaüdlər və universitetlərin daxili endirim imkanları tələbələr üçün əlavə üstünlük yaradır. Hazırda Türkiyədə xüsusilə tibb, mühəndislik, iqtisadiyyat və informasiya texnologiyaları sahələrində təhsil almaq azərbaycanlı gənclər arasında geniş yayılıb.

Son illər azərbaycanlı tələbələrin üz tutduğu yeni təhsil istiqamətlərindən biri də Özbəkistandır. Bu ölkə münasib təhsil haqları və beynəlxalq universitetlərin filiallarının açılması ilə diqqət çəkir.

Özbəkistanla son illərdə qurulan sıx münasibətlər, mədəni və coğrafi yaxınlıq bu ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrini daha cəlbedici edir və tələbələrin adaptasiya prosesini asanlaşdırır. Özbəkistanda xüsusilə hüquq, iqtisadiyyat, pedaqogika, kənd təsərrüfatı və informasiya texnologiyaları sahələrində təhsil almaq geniş yayılıb.

“Azərbaycanlı abituriyentlər üçün imtahan nəticələri uğurlu gələcəyə aparan yolun yalnız başlanğıcıdır. İstədiyi universitetə qəbul ola bilməyən gənclər üçün də alternativ imkanlar mövcuddur. Türkiyə və Özbəkistanda təhsil almaq həm əlçatan, həm də gələcək karyera baxımından səmərəli seçim hesab olunur”, - deyə Murad Ağalarov fikrini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Avqust 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri