Icma.az
close
up
RU
Daha əlçatan və əhatəli xidmətlər üçün

Daha əlçatan və əhatəli xidmətlər üçün

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

“Sosial xidmət haqqında” qanuna dəyişikliklər qəbul edilib

Prezident İlham Əliyev “Sosial xidmət haqqında”  Qanunda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən, sosial xidmətin göstərilməsi barədə müraciətə baxılması, qiymətləndirilməsi və qərar qəbul edilməsi ilə bağlı mövcud prosedurlar asanlaşdırılır və daha da konkretləşdirilir. Yeni dəyişikliklər ölkəmizin sosial inkişaf çağırışlarından irəli gələrək sosial xidmət institutunda islahatların mühüm tərkib hissəsi olmaqla, əhalinin bu istiqamətdə artan tələbatı nəzərə alınmaqla gerçəkləşib. Belə ki, “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nda beynəlxalq sosial xidmət standartlarının Azərbaycanda qurulması, sosial asılılığın qarşısının alınması, inklüzivliyin təşviqi, sosial xidmətlərin genişləndirilməsi üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı tələblər müəyyən edilib. Bu istiqamətdə müvafiq qiymətləndirmələr aparıldıqdan sonra “Sosial xidmət haqqında” Qanuna edilən dəyişikliklər əsasında həmin tələblərin icrası üçün praktiki imkanlar yaranmış olacaq.

Dəyişikliklər nəyi nəzərdə tutur? 

Əvvəlki qanunvericiliyə əsasən, sosial xidmətlər müxtəlif yaşayış məntəqələrində yaşayan insanların ünvanına və yerinə görə göstərilirdi və digər ətraf ərazilərlə əlaqələndirmədə çətinliklər vardı. Bu, daha geniş və əhalinin sosial xidmətlər kateqoriyasının ünvanlılığına mane olur, səyyar sosial xidmətdən istifadə hüququnu məhdudlaşdırırdı. Dəyişikliklərdən sonra artıq belə bir məhdudiyyət qalmır və Bakı şəhəri və digər rayon və şəhərlər, inzibati ərazi vahidlərindən asılı olmayaraq bütün vətəndaşların sosial xidmətlərdən istifadəsi üçün bütün imkanlar təmin olunacaq. Nəticədə, bu, sosial xidmətlərdən istifadə edən vətəndaşların əhatə dairəsinin genişləndirilməsinə səbəb olacaq.

Qanuna edilən digər mühüm dəyişikliklərdən biri də çətin həyat şəraitində olan bütün şəxslər və eləcə də ailələrin yarımstasionar (günərzi) sosial xidmətlərlə əhatə olunması və bu xidmətdən daha geniş əhali kateqoriyasının istifadə etməsinə şərait yaradılmasıdır. Bu xidmətlərin də təkmilləşdirilməsi daha geniş kateqoriya üzrə vətəndaşların sosial xidmətlərlə əhatə olunmasına səbəb olacaq.

Yeni dəyişikliklərə əsasən, subyektlər arasında müqavilə bağlanılmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənişsiz sosial xidmətlər göstəriləcək. Əvvəllər yalnız ödənişli sosial xidmət göstərilərkən subyektlər arasında müqavilə bağlanması nəzərdə tutulurdu. Həmçinin, qanunvericilikdə asudə vaxtının səmərəli təşkil olunması ilə bağlı məsələlərdə də imkanlar artırılıb. Əvəllər bu xidmətlər yalnız sosial-pedaqoji xidmətin tərkibində göstərilirdi və sosial-pedaqoji xidmətdə yalnız yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikası nəzərdə tutulur, digər kateqoriyadan olan çətin həyat şəraitində olan şəxslərin bu xidmətdən istifadəsi mümkün deyildi. Yeni dəyişikliklərdən sonra, bu məhdudiyyət də aradan qalxmış olacaq.

Səmərəliliyin artırılması, keyfiyyətin yaxşılaşdırılması

Diqqətçəkən məsələlərdən biri - sosial-mədəni xidmətin əlavə olunması isə şəxslərin sosial-mədəni həyata uyğunlaşmasına, asudə vaxtın səmərəli təşkil olunmasına, bilavasitə sosiallaşmaya, cəmiyyətdə gedən proseslərə inteqrasiyasıdır. Digər vacib məqamlardan biri xidmətin keyfiyyətinin artırılmasına nəzarətin həyata keçirilməsi qaydasının müəyyən edilməsidir ki, bu da vaxtaşırı monitorinqlərin aparılması, məsuliyyətin və cavabdehliyin daha da artırılmasına zəmin yaradacaq.

Ümumilikdə, qanunvericiliyə edilən dəyişikliklər sosial xidmətlərin sayını, əhatə dairəsini genişləndirməklə yanaşı, dövlət vəsaiti hesabına daha çox xidmətlərin göstərilməsinə imkan yaradacaq. Eyni zamanda, çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətlərin səmərəliliyinin artırılması və keyfiyyətin yaxşılaşmasına səbəb olacaq, bu sahədə ünvanlılığı, xidmətlərə əlçatanlığı təmin edəcək.

Beləliklə, “Sosial xidmət haqqında” Qanuna edilən dəyişikliklər ölkəmizdə əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsi olmaqla, vətəndaşların sosial mənafeyinə xidmət edir.

ELBRUS

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 May 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see347

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see308

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see276

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see266

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see258

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see247

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see247

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see245

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see233

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see232

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see225

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see222

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see220

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see219

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see212

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see208

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see208

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see187

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see177

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri