Müvəqqəti işlər vəkili: Ötən il İranla Azərbaycan arasında ticarət dövriyyəsi 30 faizdən çox artıb
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ötən il İranla Azərbaycan arasında ticarət dövriyyəsi 30 faizdən çox artıb.
"Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan bu ölkənin Milli Günü münasibətilə Bakıda təşkil edilən qəbulda deyib.
Onun sözlərinə görə, bununla da iki ölkənin ticarət dövriyyəsində rekord qeydə alınıb:
"Şahin Mustafayevin İrana səfər etməsi, İran ilə Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyanın 16-cı iclasının keçirilməsi cari ilin hər iki ölkə üçün daha yaxşı bir il olacağından xəbər verir".
Diplomat bildirib ki, iki ölkə arasında nəqliyyat, energetika və sənaye sahələrində müxtəlif istiqamətlər üzrə bir sıra birgə layihələrin icrası sürətlə davam etdirilir:
"Şimal-Cənub Nəqliyyat Dəhlizi, Araz dəhlizi, yeni Astara sərhəd-keçid məntəqəsi və terminalı, Ağbənd-Kəlalə körpüsünün tikintisi kimi infrastruktur layihələri Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın böyük potensialından xəbər verir".
Baxış sayı:120
Bu xəbər 10 Fevral 2025 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















