Icma.az
close
up
RU
Muxtar Hacıyevdan MÜHÜM AÇIQLAMA : “İnsan amilini minimuma endirir”

Muxtar Hacıyevdan MÜHÜM AÇIQLAMA : “İnsan amilini minimuma endirir”

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

3 iyul 2025-ci il tarixindən etibarən 2025–2026-cı tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilib.

News24.az bildirir ki, bu sözləri Təhsil İnstitutunun şöbə müdiri Muxtar Hacıyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqə ölkənin ümumi təhsil sistemində keyfiyyətin yüksəldilməsi və peşəkar pedaqoji kadrların seçilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: "Cari ildə bu mərhələdə ümumilikdə 65 572 namizədin iştirakı nəzərdə tutulur. İmtahanlar 3, 4, 8–10 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 44 imtahan mərkəzində təşkil olunur. Qeyd olunmalıdır ki, imtahanlar tam elektron formada həyata keçirilir. Bu format insan amilindən asılılığı minimuma endirməklə yanaşı, şəffaflığın təmin olunmasına və nəticələrin operativ şəkildə qiymətləndirilməsinə imkan yaradır". 

"Test mərhələsinin icrası zamanı eyni vaxtda maksimum 10 000 namizədin imtahana qoşulmasına şərait yaradan xüsusi proqram təminatından istifadə olunur. Bu texniki imkanlar sayəsində ölkə üzrə minlərlə namizəd üçün bərabər və fasiləsiz imtahan mühiti təmin edilir.

Test mərhələsi başa çatdıqdan sonra namizədlərin nəticələri proqram təminatı vasitəsilə avtomatik şəkildə hesablanır və dərhal elan olunur.

Qeyd etmək lazımdır ki, ötən il ərzində ümumilikdə 100 000-dən artıq iştirakçı müxtəlif müsabiqə və imtahanlarda elektron şəkildə iştirak etmişdir. Cari ildə isə yalnız müəllimlərin işə qəbulu deyil, həmçinin təhsilverənlərin sertifikatlaşdırılması, direktorların işə qəbulu, yerdəyişmə və digər bu kimi proseslər də daxil olmaqla 100 000-dən artıq şəxsin proseslərdə iştirakı proqnozlaşdırılır. Belə genişmiqyaslı rəqəmsal imtahan mexanizmləri ölkənin təhsil sistemində şəffaflıq, keyfiyyət və ədalət prinsiplərinin möhkəmləndirilməsinə xidmət edir, eyni zamanda səmərəliliyin və ictimai etimadın artdığını nümayiş etdirir", - deyə, o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 İyul 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri