Icma.az
close
up
RU
Təhsil İnstitutunun şöbə müdiri: MİQ in elektron formada təşkili qiymətləndirmə prosesində insan amilini minimuma endirir

Təhsil İnstitutunun şöbə müdiri: MİQ in elektron formada təşkili qiymətləndirmə prosesində insan amilini minimuma endirir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 8 iyul, AZƏRTAC

İyulun 3-dən etibarən 2025–2026-cı tədris ili üzrə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsinə start verilib. MİQ üzrə müsabiqə ölkənin ümumi təhsil sistemində keyfiyyətin yüksəldilməsi və peşəkar pedaqoji kadrların seçilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cari ildə bu mərhələdə ümumilikdə 65 min 572 namizədin iştirakı nəzərdə tutulur. İmtahanlar iyulun 3, 4, 8 və 10-da ölkənin 19 şəhərində yerləşən 44 imtahan mərkəzində təşkil olunur.

AZƏRTAC xəbər verir ki, bunu Təhsil İnstitutunun şöbə müdiri Muxtar Hacıyev deyib. O bildirib ki, imtahanlar tam elektron formada həyata keçirilir. Bu format insan amilindən asılılığı minimuma endirməklə yanaşı, şəffaflığın təmin olunmasına və nəticələrin operativ şəkildə qiymətləndirilməsinə imkan yaradır.

Test mərhələsinin icrası zamanı eyni vaxtda maksimum 10 min namizədin imtahana qoşulmasına şərait yaradan xüsusi proqram təminatından istifadə olunur. Bu texniki imkanlar sayəsində ölkə üzrə minlərlə namizəd üçün bərabər və fasiləsiz imtahan mühiti təmin edilir.

Test mərhələsi başa çatdıqdan sonra namizədlərin nəticələri proqram təminatı vasitəsilə avtomatik şəkildə hesablanır və dərhal elan olunur.

Qeyd etmək lazımdır ki, ötən il ərzində ümumilikdə 100 mindən artıq iştirakçı müxtəlif müsabiqə və imtahanlarda elektron şəkildə iştirak edib. Cari ildə isə yalnız müəllimlərin işə qəbulu deyil, həmçinin təhsilverənlərin sertifikatlaşdırılması, direktorların işə qəbulu, yerdəyişmə və digər bu kimi proseslər də daxil olmaqla 100 mindən artıq şəxsin proseslərdə iştirakı proqnozlaşdırılır. Belə genişmiqyaslı rəqəmsal imtahan mexanizmləri ölkənin təhsil sistemində şəffaflıq, keyfiyyət və ədalət prinsiplərinin möhkəmləndirilməsinə xidmət edir, eyni zamanda, səmərəliliyin və ictimai etimadın artdığını nümayiş etdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyul 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri