Müxtəlif bölgələrdə yaşayan şəhid ailələri ziyarət edilib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 9 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin regional filiallarının əməkdaşları ölkənin müxtəlif rayonlarında yaşayan şəhid ailələrini ziyarət ediblər.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mütəmadi xarakter daşıyan ziyarətlərin məqsədi şəhidlərimizin əziz xatirəsini anmaq, onların ailə üzvlərinin sosial vəziyyətlərini diqqətdə saxlamaqdır.
Ziyarətlər zamanı şəhidlərin ailə üzvləri ilə həmsöhbət olan əməkdaşlar onların sosial vəziyyəti ilə maraqlanıb, bundan sonra da daim dövlət qayğısı ilə əhatə olunacaqlarını bildiriblər.
Görüşlərdə həmçinin şəhid ailələrinə göstərilən sosial dəstək tədbirlərindən danışılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 09 Noyabr 2025 19:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















