Icma.az
close
up
RU
Müzəffər dövlətin parlamenti kimi Milli Məclisin nüfuzu daha da artıb Deputat Nigar Məmmədova

Müzəffər dövlətin parlamenti kimi Milli Məclisin nüfuzu daha da artıb Deputat Nigar Məmmədova

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

"Müsəlman Şərqinin ilk Parlamenti olan Azərbaycan Parlamenti 106 yaşını qeyd edir. Azərbaycanda parlamentarizm ənənələri ölkənin siyasi tarixində xüsusi əhəmiyyətə malikdir".

Lent.az xəbər verir ki, bu fikirləri Milli Məclisin 106 illiyinə həsr olunan məqaləsində deputat Nigar Məmmədova bildirib.

Deputat qeyd edib ki, ölkəmizin parlamentarizm ənənələri 106 il əvvəl - 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılması ilə formalaşmağa başlayıb:

"Azərbaycan Xalq Cümhuriyyəti kimi onun Parlamenti də çox mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi. Təsadüfi deyil ki, ADR parlamenti, dövrün ən demokratik qanunverici orqanlarından biri kimi qəbul edilirdi.

Müasir dövrdə Azərbaycanın müstəqilliyinin bərpası ilə parlamentarizm ənənələri daha da inkişaf etdirildi. Parlament tariximizin Heydər Əliyev dövrü bu sahədəki ənənələrin qorunub saxlanması və inkişaf etdirilməsi, milli maraqlara cavab verən parlament diplomatiyasının daha da gücləndirilməsi ilə səciyyələnir.  Azərbaycan dövlətçiliyinin qorunması üçün Heydər Əliyev  ideyalarından bəhrələnir. Müstəqillik dövründə ali qanunverici orqan kimi fəaliyyətə başlayan Milli Məclis ölkənin qanunvericilik bazasının formalaşdırılmasında əsas rol oynadı.Bu gün Azərbaycan Parlamenti ölkənin müasir siyasi sisteminin əsas sütunlarından biridir. Parlamentin fəaliyyəti, ölkədə hüquqi dövlət prinsiplərinin inkişafına, qəbul olunan qanunlar və qərarlar, ölkədə hüquqi nizamın və ədalətin təmin olunmasına xidmət edir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatından sonra isə ərazi bütövlüyü və suverenliyini bərpa etmiş müzəffər dövlətin ali qanunverici orqanı kimi Azərbaycan Parlamentinin nüfuzu daha da artıb. İkitərəfli və çoxtərəfli, beynəlxalq və regional səviyyədə əməkdaşlıq daha da genişləndirilib".

Nigar Məmmədovanın sözlərinə görə, cari ilin sentyabrın 1-də keçirilən parlament seçkiləri də yeni dövrün seçkiləri kimi Azərbaycanın demokratik inkişafında mühüm mərhələ kimi tarixə düşdü. Bu seçkilər ölkədə demokratik idarəçiliyin və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsinə yeni təkan verdi:

"Yeni dövrün seçkiləri cəmiyyətin siyasi proseslərdə iştirakını və dövlət idarəçiliyinə təsirini gücləndirməklə yanaşı, Azərbaycanın parlamentarizm ənənələrinin daha da möhkəmlənməsini şərtləndirdi. Prezident İlham Əliyevin də söylədiyi kimi, “bu gün tam şəkildə müstəqil siyasət aparan Azərbaycan öz milli maraqlarını tam şəkildə təmin edir. Azərbaycan parlamentinin bu prosesdə önəmli rolu var.

Azərbaycan Parlamenti eyni zamanda ölkəmizin ev sahibliyi etdiyi BMT-nin ən nüfuzlu tədbiri olan COP29 -a da öz töhfəsini verdi. Belə ki, qlobal iqlim konfransı çəçivəsində Milli Məclisin beynəlxalq tərəfdaşlarla birlikdə təşkil etdiyi müzakirələrdə bütün bəşəriyyəti narahat edən iqlim dəyişikliyi ilə mübarizədə parlamentlərin də roluna diqqət çəkildi. Parlamentlər üçün yol xəritəsi rolunu oynayan tarixi sənədlər qəbul olundu. Məlumdur ki, parlament diplomatiyası siyasi dialoqu və vasitəçiliyi dəstəkləməklə münaqişələrin qarşısının alınmasında, böhranların idarə edilməsində əhəmiyyətli rol oynayır. Parlamentlərin fəaliyyəti beynəlxalq, regional və milli səviyyədə siyasi çağırışların həlli yollarının tapılmasına töhfə verir, ölkələr arasında dialoqun güclənməsinə təkan verir. Bu mənada Xalq Cümhuriyyəti Parlamentinin varisi olan, ulu öndər Heydər Əliyevin ideyalarından bəhrələnən Azərbaycan Respublikası Milli Məclisi çox effektiv nümunə sərgiləyir. Ulu Öndər Heydər Əliyevin də söylədiyi kimi, “Azərbaycanın bugünkü  Milli Məclisi  varislik adını  şərəflə daşıyır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 Dekabr 2024 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri