Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

“Həkim məsləhəti” rubrikamızda

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

Politico: Avropa Komissiyası bütün Aİ üzrə sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq etmək qərarına gəlib

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Netanyahu ABŞ yə səfər edəcək

Muzeylərin milli dəyərlərin təbliğində rolu

Muzeylərin milli dəyərlərin təbliğində rolu

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Muzeylərin yaranma tarixi insanın öz keçmişinə olan marağından doğub. Əvvəllər insanlar əcdadlarına aid əşyaları qoruyub saxlamaqla onların xatirəsini yaşatmağa çalışırdılar. Qədim Misirdə, Mesopotamiyada və Yunanıstanda bu cür əşyalar saraylarda və məbədlərdə nümayiş olunurdu. Hər biri keçmişə bir pəncərə idi – ya daş lövhə, ya bəzək əşyası, ya da bir sənət əsəri. Zaman keçdikcə bu əşyaların toplanması və saxlanması xüsusi məkanlara ehtiyac yaratmışdır. Beləcə muzey adlanan yerlər meydana çıxmağa başlayıb. İlk ictimai muzeylər Avropada açılmış və insanların bu sərvətlərlə tanış olmasına şərait yaratmışdır. Muzeylər tədricən yalnız keçmişi göstərən deyil, həm də gələcək nəsillərə ötürüləcək dəyərli irsin qoruyucusuna çevrilmişdir. Bu gün bir muzeyə daxil olmaq, sanki zamanla səfərə çıxmaq kimidir. Hər eksponat bir tarix danışır, hər guşə bir yaddaşın izi olur.

​Xalqın mədəni-mənəvi sərvətlərinin tükənməz xəzinəsi hesab olunan muzeylər insanların daxili aləminin formalaşması, dünyagörüşünün inkişafı, milli ənənələrin təbliği və öyrənilməsi, nadir əşya və qiymətli sənədlərin üzə çıxarılması və qorunub saxlanılmasında əvəzsiz rol oynayır. Tarixin yadigarı olan, onun əsas xüsusiyyətlərini özündə ehtiva edən muzeylər müxtəlif çalarlı, o cümlədən siyasət, iqtisadiyyat və mədəniyyət sahələrini əks etdirən materialların əldə edilməsi və istifadəsində böyük əhəmiyyət daşıyır. Muzeylər insanların intellektual dünyagörüşünün genişlənməsinə, mövcud nəsillə uzaq keçmiş arasında irsi əlaqələrin dərindən qavranılmasına imkan yaradır, həmçinin gənc nəslin tarixi-mədəni irsə marağını artırmaqla, milli sərvət və dəyərlərin öyrənilməsi zərurətini formalaşdırır.

​Mədəniyyət nümunələrinin toplanarq qorunması, nümayiş etdirilməsi, dəyərləndirilməsi, nəhayət tədqiq mənbəyinə çevrilməsindən ötrü muzeylərin yaradılması zərurəti yaranmışdır. Müxtəlif tarixi dövrlərdə abidələrin, bədii sənətkarlıq nümunələrinin qorunub saxlandığı, nümayiş və tədqiq edildiyi muzeylərin yaradılması böyük bir yol keçmişdir. Hazırda Azərbaycanda 200-dən çox muzey fəaliyyət göstərir. Muzey işinə, yeni muzeylərin yaradılmasına yüksək qiymət verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev belə qeyd edir: “Xalqımızın qədim zamanlardan müasir dövrədək tarixinin və mədəniyyətinin inkişaf yolunu əks etdirən Azərbaycan muzeyləri ölkəmizdə zəngin mədəni irsin qorunması, təbliğ olunması işində mühüm rol oynayır”.

​Ümummilli lider Heydər Əliyevin həyatı bütövlükdə Azərbaycanın inkişafına həsr olunmuşdur. O, ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə ölkəmizin tərəqqisinə çox böyük töhfələr vermişdir. Müstəqil dövlətçiliyimizin Heydər Əliyev tərəfindən formalaşdırılan mənəvi ideoloji əsası dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində həlledici rol oynamış, azərbaycançılıq məfkurəsinin bərqərar olunması nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edən ölkəyə çevrilmişdir. Ona görə də təsadüfi deyildir ki, qədirbilən xalqımız tərəfindən öz böyük oğlunun əziz xatirəsini əbədiləşdirmək, onun nümunəvi həyatını, zəngin və çoxcəhətli fəaliyyətini gələcək nəsillərə çatdırmaq məqsədilə Bakıda və digər şəhərlərimizdə böyük şəxsiyyət olan, xalqa misilsiz xidmət göstərən Heydər Əliyevin adını daşıyan mərkəzlər və muzeylər yaradılmışdır.

​Naxçıvanda yaradılan Heydər Əliyev muzeyinin ümdə vəzifələrindən biri ulu öndərimizin həyatının, zəngin irsinin, vətən qarşısında misilsiz xidmətlərinin, milli dövlətçilik ideyalarının dərindən öyrənilməsi, təbliği, yeni nəsillərə çatdırılmasında bu muzeyin böyük əhəmiyyəti vardır. Muzeyin ekspozisiyasının arxiv materialları, maraqlı eksponatları, çoxsaylı sənədləri ilə tanış olarkən bir daha yəqin etmək olar ki, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini yaradan və onu davamlı inkişaf yoluna çıxaran Heydər Əliyevin həyat və fəaliyyəti tariximizin mühüm mərhələsini təşkil edir.

​Bu gün biz tariximizn saralmış səhifələrini vərəqləyərək, tarixi keçmişimizi, mədəniyyətimizi, adət-ənənələrimizi gələcək nəsillərə ötürmək üçün yolumuzu muzeylərdən salmalıyıq. Muzey keçmişin nümunələri ilə gələcəyi təsirləndirən, zənginləşdirən və işıqlandırandır. Muzeylərin əhəmiyyəti haqqında danışarkən ilk növbədə onu qeyd etmək istərdim ki, profilindən və funksiyasından asılı olmayaraq xalqın maddi və mənəvi sərvətlər məkanı olan muzeylər tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi qoruyan, təbliğ edən, geniş siyasi tərbiyə işi aparan ideoloji bir məktəbdir.

​Belə muzeylərdən olan Naxçıvan Dövlət Tarix Muzeyinin yarandığı gündən əsas missiyası xalqımızın tarixinin muzey vasitələri ilə öyrənilməsi, tədqiq və populyarlaşdırılması təşkil edir. Bu proses muzeyi tarixi prosesləri əks etdirən, maddi və qeyri-maddi sərvətlərin toplanması, mühafizəsi, tədqiqi və təbliği ilə məşğul olan bir müəssisəyə çevirmişdir. Muzeyin fəaliyyət dairəsi çox geniş və rəngarəngdir. Onun əsas sahələrindən biri təbliğatın təşkili və aparılmasıdır. Muzeydə yeni materialların toplanılması, kütləvi informasiya vasitələri ilə sərgi və ekspozisiyaların təbliği, gənc nəslin keçmişə marağının artırılması, o cümlədən məktəblərin bu sahəyə cəlb edilməsi işinə xüsusi diqqət yetirilir. Muzeyin digər bir sahəsi mövcud materialların tamaşaçı kütləsi, o cümlədən muzeyə gələn xarici vətəndaşlara çatdırılması, keçmiş və müasir dövrü əks etdirən sənədlərin tamaşaçılara təqdim olunmasıdır.

​Muzeylər tarixi, mədəni sərvətlərin toplanması, qorunub-mühafizə olunması məqsədinə yönəlmiş məbəd rolunu oynamaqla yanaşı, həm də xalqa təbliği funksiyasını yerinə yetirən bir müəssisədir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi fondunun zənginliyinə, inkişafına, muzey qarşısında duran vəzifələrə cavab vermək üstünlüyünə görə qabaqcıl muzeylərdəndir. Muzeydə çoxəsrlik Azərbaycan ədəbiyyatı ilə bağlı olan qiymətli materiallar qorunub saxlanılır. Muzey elmi əsaslar üzrə ədəbi ekspozisiyalar yaradır ki, bunların sayəsində respublikanın qonaqları və geniş ictimaiyyət Azərbaycan ədəbiyyatı ilə tanış olur. Azərbaycan şairləri, yazıçıları, alimlərinin əlyazmaları, klassiklərin əsərlərinə çəkilmiş təsviri sənət əsərləri və sənədli foto-şəkillər, yazıçıların şəxsi əşyaları, xalq yaradıcılığı nümunələri, xalqın çoxəsrlik inkişafı ilə bağlı maddi-mədəniyyət abidələri nümayiş etdirilir.

​Uzaq keçmişimizdən bu günümüzə miras qalmış Azərbaycan xalçalarının hər bir naxışında, hər bir elementində tarixi məlumatlar gizlənir. Azərbaycan xalçaları nəinki ölkə daxilində eyni zamanda dünya mədəniyyəti tarixində özünəməxsus yeri olan və bədii sənət təcrübəsinin zənginləşməsinə xidmət edən sənət nümunələridir. Tarixi mənbələrdə Azərbaycan xalçaları haqqında verilən məlumatlar xalqımızın milli sərvəti olan xalçaçılıq sənətinə aid dəyərli faktları özündə əks etdirir. Böyük inkişaf yolu keçən xalçaçılıq nümunələri, sonralar sənət əsərlərinə, hazırda isə nadir və dəyərli muzey əşyasına çevrilmişlər. Qədim tarixi olan ölkəmizin çoxsaylı sənət nümunələrinin bir hissəsi müxtəlif muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılır və belə sənət nümunələri birbaşa ölkəmizi təbliğ edir. Bu təbliğdə Azərbaycan, onun tarixi, coğrafi mövqeyi, yaşam tərzi, mədəniyyəti, iqtisadiyyatı, inkişafı və s. bir çox amillər öz əksini tapır ki, bu da bütövlükdə ölkəmizə olan marağı artırır. Azərbaycanın toxuculuq texnologiyalarının daha dərindən öyrənilməsi və yenidən yaşadılması bu günün ən aktual məsələlərindən biridir. Bu işdə Naxçıvan Dövlət Xalça Muzeyi əməkdaşlarının xüsusi əməyi var. Muzeydə tarixi dəyərə malik xalçalar, xalça nümunələri mühafizə olunur, xalçaların strukturu, nisbəti və s. oxşar və fərqli cəhətləri təhlil olunmaqla öyrənilir və tamaşaçılara çatdırılır.

​Azərbaycanlı və xarici qonaqların mədəniyyət mərkəzinə çevrilən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi” Azərbaycanın qədim və zəngin mədəni irsinin qorunub saxlanılması və tədqiqi baxımından mühüm əhəmiyyətə malikdir. Kompleks Naxçıvan şəhərində yerləşir və özündə müxtəlif dövrlərə aid memarlıq və maddi-mədəniyyət nümunələrini birləşdirir. Onun tərkibinə XVIII əsrə aid “Xan Sarayı”, XII əsrə məxsus Möminə Xatın türbəsi və müxtəlif arxeoloji və etnoqrafik nümunələrin sərgiləndiyi Açıq Səma Altında Muzey daxildir. “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi Azərbaycanın tarixi, memarlığı və mədəniyyətinin sistemli şəkildə təbliğ olunmasına xidmət edən kompleks bir qurumdur. Bu kompleksin müxtəlif tərkib hissələri, həm elmi-tədqiqat məqsədləri üçün, həm də ictimai maarifləndirmə baxımından mühüm rola malikdir. Bu kompleks Azərbaycan xalqının tarixinin mühüm bir mərhələsini təşkil edir.

​Hazırda ölkəmiz müstəqil bir dövlət kimi özünün milli oyanış, milli özünüdərk dövrünü yaşayır. Milli şüur mənəvi-əxlaqi dəyərləri, tarixi yaddaşı ümumbəşəri qürur hisləri kimi keyfiyyətləri özündə əks etdirir. Mədəniyyətin tarixi keçmişini dərk etmək, onun qədim yaddaş salnaməsini qoruyub-saxlamaq və gələcək nəsillərə çatdırmaq missiyasını muzeylər öz öhdəsinə götürür. Muzeylər dünyanın keçmişinin real gerçəklərini öyrənmək, gələcəyinə isə açıq gözlə baxmaq üçün yaradılan əsl tərbiyə ocaqlarıdır. Respublikada muzeyşünaslıq istiqamətində qəbul edilmiş bir sıra hökümət qanun və qərarları bu elmin inkişafında artan tələbata cavab verir, maraqlı ekspozisiyalara malik yeni muzeylərin yaranmasına, onların fondlarının zənginləşməsinə kömək edir. Ölkəmizdə muzey işinin dünyəvi prinsiplər əsasında inkişaf etdirilməsi ulu öndər tərəfindən müstəqilliyin bərpasından sonra daha sürətlə artdı. Azərbaycan Respublikasının “Muzeylər haqqında” qanunun qəbul edilməsi (2000-ci il) ölkədə muzey işi istiqamətləri üzrə fəaliyyətə geniş imkanlar açdı.

​Qeyd edim ki, müasir dövrdə təbliğat vasitəsi kimi xatirə muzeylərinin rolu böyükdür. Bu muzeylər tamaşıçıları Azərbaycanın yaradıcı ziyalılarının həyat və  yaradıcılığı ilə tanış edir. Elm və mədəniyyət xadimlərinin fəaliyyətinin xalqa və gənc nəslə çatdırılması muzeylərin ümdə vəzifələrindən biridir. Onlar, Azərbaycan xalqının mütərəqqi xüsusiyyətlərini özündə əks etdirir. Əbəs yerə deyildir ki, yaradıcı şəxslərin həyat və fəaliyyəti nümunə obyektinə çevrilmişdir. Naxçıvanda Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Yusif Məmmədəliyev, Bəhruz Kəngərli, Məmməd Araz, Cəmşid Naxçıvanski və başqalarının xatirə muzeyləri fəaliyyət göstərir. Azərbaycan xalqının mədəni-mənəvi tərbiyəsində xatirə muzeyləri mühüm əhəmmiyyət kəsb edir. Onlar tərbiyəvi işin aparılması, milli vətənpərvərlik və şəxsiyyətin formalaşması, keçmişin bəhrəsi olmaqla yanaşı, gələcək inkişafda da böyük rol oynayır. Bu səbəbdən də muzeylər də nadir mədəniyyət təcəssümü hesab oluna bilər. Mədəniyyətin ümdə vəzifəsi xalqa xidmət etməkdir. Muzeylərin təbliğat sahəsində rolu əvəzsizdir. Müasir dövrdə onların fəaliyyətinə daha çox ehtiyac duyulur. Zaman keçdikcə muzeylər təbliğat və təşviqat vasitəsi olmaqla yanaşı həm də elm mərkəzinə çevrilmişdir. Onlar xalqın mədəni-mənəvi dəyərlərinin üzə çıxarılması və qorunub saxlanılmasında həlledici rola malikdir.

​Sonda vurğulamaq istərdim ki, muzeylər millətin yaddaşıdır. Onlar unudulmaqda olan tariximizi dirildir, milli dəyərlərimizi yaşadır və xalqımızın keçmişinə işıq tutur. Bu gün gənclərimizin milli-mənəvi dəyərlərlə böyüməsi, öz kökünə, kimliyinə bağlı olması üçün muzeylərin rolu əvəzolunmazdır. Hər eksponat, hər tarixi sənəd, hər bir sənət əsəri bizə kim olduğumuzu xatırladır. Məhz buna görə də muzeylər təkcə keçmişin yox, həm də gələcəyin qoruyucusudur. Cəmiyyət olaraq üzərimizə düşən vəzifə bu irsi qorumaq, tanıtmaq və onu gələcək nəsillərə sevdirərək ötürməkdir. Çünki xalqın tarixi və dəyərləri yaşadıqca, onun varlığı da daimidir.


Seyidova Zenfira Sərvər qızı

Tarix-filologiya fakültəsinin baş müəllimi, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:303
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 May 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see393

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see235

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

14 Sentyabr 2026 21:09see201

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see200

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see198

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see196

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see195

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see191

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see186

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see185

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see184

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see175

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

14 Sentyabr 2026 22:36see175

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

15 Sentyabr 2026 01:04see170

Politico: Avropa Komissiyası bütün Aİ üzrə sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq etmək qərarına gəlib

14 Sentyabr 2026 20:59see170

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

15 Sentyabr 2026 02:36see166

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see165

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

15 Sentyabr 2026 03:43see164

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see162

Netanyahu ABŞ yə səfər edəcək

14 Sentyabr 2026 22:19see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri