Onlar Madrid derbisində olmayacaq
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Atletiko”nun yarımmüdafiəçiləri Conni Kardoso və Tyqo Almada zədə səbəbindən La Liqanın 7-ci turunda “Real”la ev oyununda iştirak edə bilməyəcəklər. SİA xəbər verir ki, bu barədə “Cadena SER” məlumat yayıb. Mənbənin sözlərinə görə, Madrid derbisində bir müddət əvvəl appendisit əməliyyatı olunan yarımmüdafiəçi Aleks Baena ehtiyatdan meydana çıxa bilər. 24 yaşlı argentinalı Almada 2025/26 mövsümündə 3 oyunda heç bir nəticəli hərəkətlə yadda qalmayıb. 34 yaşlı amerikalı Kardoso da 3, 24 yaşlı ispaniyalı Baena isə 1 görüşdə iştirak edib.
Qeyd edək ki, “Atletiko” — “Real” oyunu sentyabrın 27-də keçiriləcək və Bakı vaxtı ilə 18:15-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:Madrid derbisində qalib müəyyənləşmədi
09 Fevral 2025 02:07
Madrid derbisində HEÇ HEÇƏ
09 Fevral 2025 02:09
Madrid derbisində iştirak etməyəcək
08 Yanvar 2026 09:41
Madrid derbisində “Real” sevindi
23 Mart 2026 02:11
Dramatik Madrid derbisində yenə “Real” sevindi
18 Mart 2025 20:22
Baxış sayı:152
Bu xəbər 27 Sentyabr 2025 07:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















