Icma.az
close
up
RU
“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olundu

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olundu

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Vətəndaşların tibbi məlumatlara mərkəzləşdirilmiş və rahat çıxışını təmin etmək məqsədilə "mygov” platformasına yeni inteqrasiyalar həyata keçirilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı nəticəsində instrumental diaqnostik müayinə nəticələri və tibbi göndərişlər platformada təqdim olunur. Bu xidmətlər hazır sənəd formasında təqdim edilir və vətəndaşlar "mygov”a daxil olduqda təqdim edilmiş müvafiq sənədlərlə tanış ola və onları sistemdən yükləyə bilərlər.

İnstrumental diaqnostik müayinə nəticələri vətəndaşlara tibbi göstəriş əsasında təqdim olunan və onların müalicə prosesində istifadə edilən rəsmi tibbi sənəddir. 

Tibbi göndərişlər isə vətəndaşların müvafiq müayinələrə və ya stasionar müalicəyə yönləndirilməsi məqsədilə təqdim olunan rəsmi tibbi sənəddir. 

Dövlət tibb müəssisələri tərəfindən verilən instrumental diaqnostik müayinə nəticələrinə (MRT, KT, USM, EKQ, EEQ və s.), eləcə də həm dövlət, həm də özəl tibb müəssisələrinə verilən tibbi göndərişlərə "mygov” platforması üzərindən elektron şəkildə baxmaq və PDF formatında yükləmək mümkündür.

Qeyd edək ki, bütün bu məlumatlara veb versiyada "Tibb məlumatlarım” bölməsi, mobil tətbiqdə isə "Sağlamlıq” kateqoriyası vasitəsilə çıxış mümkündür. 

Xatırladaq ki, laborator analiz nəticələri barədə məlumatları da birbaşa mygov platformasından əldə etmək mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 23 İyul 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri