® “mygov” platformasına yeni təhsil xidmətləri inteqrasiya edilib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“mygov” rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara təqdim olunan xidmətlərin əhatə dairəsi genişləndirilir. İllik istifadə sayı 320 mini ötən, Elm və Təhsil Nazirliyinə aid bir sıra mühüm xidmətlər artıq “mygov”a inteqrasiya olunub
“mygov” platforması üzərindən təqdim olunacaq yeni təhsil xidmətləri aşağıdakılardır:
• Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı (illik istifadəçi sayı 60,000 nəfərə qədər);
• Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə bakalavrların qeydiyyatı (illik istifadəçi sayı 14,000 nəfərə qədər);
• Ali təhsil müəssisələrinin rezidentura səviyyəsinə bakalavrların qeydiyyatı (illik istifadəçi sayı 600 nəfərə qədər);
• Ümumi orta və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş abituriyentlərin qeydiyyatı (illik istifadəçi sayı 24,000 nəfərə qədər);
• Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu (illik istifadəçi sayı 225,000 nəfərə qədər);
Qeyd edək ki, sözügedən xidmətlər “mygov” platformasında vətəndaşlar və təhsilalanlar tərəfindən növbəti tədris ilinə qəbul və qeydiyyat məqsədilə istifadə ediləcək.
Sözügedən xidmətlər my.gov.az portalı üzərindən əlçatandır. Vətəndaşlar platformanın “Xidmətlər” bölməsində “Qurumlar” kateqoriyasından “Elm və Təhsil Nazirliyi” və ya “Sahələr” kateqoriyasından “Təhsil” seçimini edərək müvafiq xidmətlərə keçid edə bilərlər. Yenilik təhsilalanlara və valideynlərə prosesləri daha sürətli və rahat şəkildə həyata keçirməyə imkan yaradacaq.
Yeni xidmətlərin istifadəyə verilməsi “mygov” platformasının vətəndaşlara təqdim etdiyi rəqəmsal imkanların daha da genişləndirilməsi və dövlət xidmətlərinin vahid platformada əlçatanlığının təmin olunması istiqamətində atılan növbəti addım hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 01 İyun 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















