“MyGov” üzərindən FHN ə müraciət etmək olacaq
Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fövqəladə Hallar Naziriyi (FHN) vətəndaşların nazirliyə müraciətinin daha da asanlaşdırılması, vətəndaş məmnunluğunun və xidmətlərin rəqəmsallaşdırılmasının təmin edilməsi məqsədilə növbəti addım atıb.
Hurriyyet.Media xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, vətəndaşların Fövqəladə Hallar Nazirliyinə və nazirliyin müvafiq qurumlarına müraciətlərinin elektron qaydada təqdim edilməsi məqsədilə “MyGov” platforması üzərindən də müraciət göndərilməsi imkanı yaradılıb.
Vətəndaşlar “MyGov” platformasında “Dövlət qurumlarına rəsmi məktub” bölməsi vasitəsilə Fövqəladə Hallar Nazirliyini və ya nazirliyin müvafiq alt qurumunu seçərək elektron müraciətlərini ünvanlaya bilərlər.
Müraciətin nəticəsi üzrə FHN tərəfindən hazırlanmış rəsmi cavab “MyGov” platforması üzərindən vətəndaşın şəxsi kabinetinə göndərilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 21 Avqust 2026 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















