Azərbaycan Mərkəzi Bankına myGov üzərindən müraciət etmək imkanı yaradılıb
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Mərkəzi Bankı (AMB) "myGov" platformasında (my.gov.az) vətəndaşlara xidmət göstərən qurumların siyahısına əlavə olunub, sözügedən platforma üzərindən elektron müraciətlərin qəbul olunması imkanı yaradılıb. SİA bu barədə AMB-yə istinadən xəbər verir.
Rəqəmsal hökumət quruculuğunun mühüm tərkib hissələrindən biri olan və geniş istifadəçi auditoriyasına malik "myGov" vətəndaşlara dövlət və özəl sektor xidmətlərinə vahid pəncərə prinsipi əsasında rahat və operativ çıxış imkanı yaradır.
Artıq vətəndaşlar "myGov"da müvafiq siyahıdan AMB-ni seçməklə, müraciətlərini onlayn qaydada quruma ünvanlaya bilərlər.
Vətəndaşlara müraciətlərini AMB-nin veb-səhifəsi (cbar.az) üzərindən onlayn qaydada ünvanlamaq, həmçinin 966 Qaynar xəttinə zəng etməklə sorğularının qeydə alınmasını təmin etmək imkanı da təqdim olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 17 Aprel 2025 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















