Icma.az
close
up
RU
“mygov”da yeni rəqəmsal xidmət: məhkumluq arayışı birbaşa fonda göndərilir

“mygov”da yeni rəqəmsal xidmət: məhkumluq arayışı birbaşa fonda göndərilir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 27 may, AZƏRTAC

Dövlət qurumları arasında əməkdaşlıq şəraitində “mygov” platformasında rəqəmsal xidmətlərin əhatə dairəsi genişlənir. Platformada yeni istifadəyə verilmiş funksionallıq vasitəsilə vətəndaşlar “mygov”dan əldə etdikləri məhkumluq haqqında arayışı İpoteka və Kredit Zəmanət Fondu (Fond) ilə birbaşa rəqəmsal şəkildə paylaşa bilərlər.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən AZƏRTAC-a bildirilib ki, əvvəllər bu arayışı fiziki formada təqdim etmək zəruri idisə, artıq bu proses tamamilə rəqəmsallaşdırılıb. Bununla da, satmaq öhdəliyi ilə kirayə mexanizmindən faydalanmaq istəyən vətəndaşların İpoteka və Kredit Zəmanət Fonduna kağız daşıyıcıda təqdim etməli olduğu sənədlərin sayı sıfıra enib.

Məhkumluq haqqında elektron arayışı həm “mygov” veb-portalı, həm də mobil tətbiqi vasitəsilə paylaşmaq mümkündür.

Yeni xidmət İpoteka və Kredit Zəmanət Fondu, Daxili İşlər Nazirliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Xidmətin istifadə qaydası aşağıdakı mərhələləri əhatə edir:

1. “mygov” platformasında “Xidmətlər” bölməsinə daxil olunur.

2. “Məhkumluq haqqında arayış” seçilir.

3. “Tarixçə” bölməsindən müvafiq arayışa keçid edilir.

4. “Paylaş” funksiyası seçilir.

5. İpoteka və Kredit Zəmanət Fondu seçilir və arayış elektron şəkildə göndərilir.

Əgər vətəndaşın məhkumluq haqqında arayışı “mygov” platformasında mövcud deyilsə, platformadan arayışın əldə olunması üçün müraciət edə bilərlər.

Qeyd edək ki, tətbiq olunan bu kimi rəqəmsal həllər vətəndaş məmnuniyyətinin artırılması, onların vaxt və resurslarına qənaət edilməsi, eləcə də kağız sərfiyyatının azaldılması kimi məqsədlərə xidmət edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see405

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see337

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see300

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see294

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see271

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see234

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see232

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see224

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see152

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see140

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see138

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see124

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri