Icma.az
close
up
RU
Təhsil sənədləriniz artıq “mygov”da

Təhsil sənədləriniz artıq “mygov”da

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Təhsil sahəsinin rəqəmsallaşması istiqamətində növbəti mühüm addım atılıb. 

“Qafqazinfo” xəbər verir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi yeni Qaydalar təhsil haqqında dövlət sənədlərinin rəqəmsal formada verilməsini nəzərdə tutur.

Bu qərar vətəndaşlar üçün təhsil sənədlərinə rahat çıxış imkanlarını əhəmiyyətli dərəcədə artırır və təhsil idarəçiliyində səmərəliliyin yüksəlməsinə töhfə verir. 

Yeni Qaydalara əsasən ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə diplomlar, attestatlar, sertifikatlar və onlara əlavə olunan sənədlər rəqəmsal formatda formalaşdırılacaq və hüquqi qüvvəyə malik olacaq. Bununla da, təhsil haqqında dövlət sənədlərinin təqdim edilməsi prosesi tam rəqəmsal müstəviyə keçəcək.

Vətəndaşlar təhsil haqqında sənədlərini “mygov” platforması üzərindən təqdim edə biləcək və bu sənədlər tam hüquqi qüvvəyə malik olacaqdır. Bunun üçün “mygov” platformasında  “Xidmətlər” bölməsindən “Təhsil” kateqoriyasını seçərək müvafiq məlumat və sənədlərə çıxış əldə etmək mümkün olacaqdır.

Bundan əlavə, vətəndaşlar təhsil məlumatlarını “mygov” tətbiqi üzərindən QR kod vasitəsilə paylaşa, həmçinin sənədləri PDF formatında yükləyə bilərlər. Tətbiqdə yer alan “Paylaşdığım məlumatlarım” bölməsi vasitəsilə isə təhsil məlumatlarının nə vaxt, kimlə və hansı platformada paylaşıldığına dair tarixçəni izləmək mümkündür.

Qeyd edək ki, bu günə qədər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlığı nəticəsində bir sıra təhsil məlumatları rəqəmsallaşaraq “mygov”-a inteqrasiya olunub.

Hazırda platforma üzərindən diplom və xarici diplom məlumatları, tələbə bileti, tələbə və məzun statusu, xaricdə təhsil üzrə Dövlət Proqramı və Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil məlumatları, peşə və ümumi təhsil sənədləri, cari ali və orta ixtisas təhsili, cari ümumi təhsil haqqında məlumatlar, eləcə də imtahana buraxılış vərəqəsi kimi sənəd və məlumatlar vətəndaşlara təqdim olunur.

Sənəd və məlumatların əhatə dairəsinin mərhələli şəkildə genişləndirilməsi və platforma üzərindən daha çox təhsil məlumatının əlçatan edilməsi istiqamətində müvafiq işlər davam etdirilir.

“mygov” mobil tətbiqini yükləmək üçün keçid: App Store | Play Store

 Sosial media hesablarını izləmək üçün keçid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Yanvar 2026 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri