Icma.az
close
up
RU
Nadir diaqnozu olan qadın son dəfə 10 il əvvəl yemək yeyib: Necə yaşayır?

Nadir diaqnozu olan qadın son dəfə 10 il əvvəl yemək yeyib: Necə yaşayır?

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avstraliyanın Adelaida şəhərindən olan 24 yaşlı Annie (Enni) Holland nadir diaqnozla yaşayır. Qız deyir ki, hətta yemək qoxusu belə onun üçün dözülməz bir sınaq olub.
Sfera.az bildirir ki, artıq 10 ildir Enni nadir bir xəstəlik səbəbindən normal qidalana bilmir və həyatı davam etdirmək üçün damar yolu ilə qidalar alır.
Enni Holland deyir ki, heç kimlə nahar və ya şam yeməyinə çıxa bilmədiyi üçün özünü sosial həyatından təcrid olunmuş hiss edir.
 

Nadir diaqnoz
 

Enninin səhhətində problemlər hələ yeniyetməlik illərində başlayıb.
 

"Əvvəlcə başım gicəlləndi və huşumu itirdim. Sonra həzm problemilə üzləşməyə başladım. Testlər diaqnozu - otoimmün vegetativ qanqlionopatiyanı təsdiq edənə qədər həkimlər məndə nəyin səhv olduğunu anlaya bilmədilər" - deyə Enni bildirir.
 

Bu sağalmaz xəstəlik immunitet sisteminin bədənin sağlam sinir hüceyrələrinə hücum etməsinə səbəb olur. Enninin vəziyyətində isə xəstəlik bağırsaq çatışmazlığına səbəb olub.
 

"Bağırsağımın bir hissəsini çıxartmışdım və indi yemək yeyə bilmirəm. Heç kimlə nahar və ya şam yeməyinə çıxa bilmədiyim üçün sosial həyatdan təcrid olunmuşam. Hətta yeməyin qoxusu belə mənə çox pis hiss təsir edir".

Parenteral qidalanma
 

Enninin yeganə xilası parenteral qidalanma olub. Həkimlər ürəyin yaxınlığındakı kateterdən istifadə edərək, tərkibində qida maddələri olan mayeni birbaşa qadının qanına yeridirlər. Hər axşam 12 saat ərzində xəstə bədənini lazım olan hər şeylə təmin edən IV-ə qoşulur.
Ancaq bu cür müalicənin öz riskləri var. Prosedur mütləq sterillik tələb edir, çünki hətta ən kiçik infeksiya sepsisə səbəb ola bilər. Bu, artıq bir neçə dəfə baş verib.
 

"Əgər IV qəbul etmək üçün son şansımı itirsəm, mənə yalnız palliativ baxım qalır" - deyə Enni sağlamlığına olan təhlükəni izah edir.
 

Vəziyyətinə baxmayaraq, qadın oxşar problemləri olan digər xəstələrə kömək etməyə çalışır. O, müalicə aldığı Flinders Tibb Mərkəzində mütəxəssis bölməsinə dəstək olmaq üçün “GoFundMe” kampaniyasına başlayıb.
"Mən istəyirəm ki, digər insanlar da mənim aldığım qayğını görsünlər. Kampaniyanın məqsədi tibb işçilərinin hazırlanması, xəstələrin ailələrinə dəstək və lazımi avadanlıqların alınması üçün vəsait toplamaqdır" - deyə Enni izah edir.


Aynil
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://sfera.az
archiveBu xəbər 03 Mart 2025 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri