Icma.az
close
up
RU
Zamanın trendi: 10 il əvvəl

Zamanın trendi: 10 il əvvəl

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

Mövcud tendensiyanın Azərbaycanda da geniş yayıldığını nəzərə alaraq, həmin ildə ölkədə baş verən əsas hadisələri bir araya gətirdik.
AzVision.az oxucuları üçün 10 il əvvəlin mühüm hadisələrini təqdim edir:
▪️ Azərbaycan ordusunun gücünü nümayiş etdirən aprel döyüşləri baş verib

Azərbaycan və Ermənistan arasında 22 ilə yaxın imzalanan atəşkəs 2016-cı ilin 2 aprel tarixində pozulub. Aprelin 5-dək davam edən dördgünlük döyüşlər zamanı ordumuz bir sıra strateji nöqtələri - Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini düşməndən azad edib, Lələtəpə yüksəkliyinə nəzarəti ələ keçirib. Döyüşlərin gedişində Ermənistan silahlı qüvvələrinin çox sayda canlı qüvvəsi və texnikası məhv edilib.100-ə yaxın hərbi qulluqçumuz qəhrəmancasına şəhid olub. Onların arasında əfsanəvi hərbçilər - Azərbaycanın Milli Qəhrəmanı gizir Pəncəli Teymurov, Azərbaycanın Milli Qəhrəmanı polkovnik–leytenant Murad Mirzəyev, polkovnik Vüqar Yusifov, polkovnik–leytenant Raquf Orucov var.
▪️ Bakı Metropoliteninin yeni “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları açıldı


İlham Əliyev aprelin 19-da Bakı Metropoliteninin yeni - bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının açılışında iştirak edib.
▪️ Bakı 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edib

Bakı Olimpiadasında dünyanın 175 ölkəsini təmsil edən və heyətində dünyanın ən güclü şahmatçıları olan 181 kişi və 142 qadın komandanın 1600-dən çox üzvü iştirak edib. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir.
▪️ Bakıda ilk dəfə Formula 1 üzrə Avropa Qran Prisi start götürdü

İyunun 17-19-da Bakıda Formula-1 Avropa Qran-pri yarışları keçirilib. Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsi olan Bakı Qran-prisini 187 ölkədən 500 milyon tamaşaçı izləyib. Yarışlar “Mercedes” komandasının almaniyalı pilotu Niko Rosberqin qələbəsi ilə başa çatıb.
▪️ Bakı Dünya Xəbər Agentliklərinin V Konqresinə və OANA-nın XVI Baş Assambleyasına ev sahibliyi edib

Noyabrın 16-18-də keçirilən tədbirlərdə 80 ölkədən 130 xəbər agentliyinin 200 rəhbəri və təmsilçisi, media üzrə beynəlxalq ekspertlər, BMT-UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak ediblər.
▪️ Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilib

Aprelin 25-27-də keçirilən Forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Malta Prezidenti Mari-Luiz Koleyro Preka, digər ölkələrin, beynəlxalq və regional təşkilatların yüksək səviyyəli rəsmiləri, mədəniyyət, media nümayəndələri iştirak ediblər.
▪️ Trans-Adriatik boru kəməri - TAP-ın təməli qoyulub

Təməlqoyma mərasimi mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçirilib.“Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil edilən Azərbaycan qazı Avropaya nəql edilir.
▪️ Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər referenduma çıxarılıb və qəbul edilib
Konstitusiyaya edilən dəyişikliklərə əsasən Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti beş ildən yeddi ilədək artırılıb, ölkədə birinci vitse-prezident və vitse-prezidentlər vəzifələri təsis olunub. Həmçinin prezident və deputat seçilmək üçün müvafiq olaraq 35 və 25 yaş məhdudiyyətləri aradan qaldırılıb. Ümumilikdə, Konstitusiyanın 23 maddəsində dəyişiklik edilib, Əsas Qanuna 6 yeni maddə əlavə edilib.
▪️ Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin Zirvə görüşü keçirilib

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin, İran Prezidenti Həsən Ruhaninin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən Zirvə görüşündə üç ölkə arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb. Dövlət başçıları Zirvə görüşünün Birgə Bəyannaməsini imzalayıblar.
Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli formatda görüşü tarixi hadisə kimi qiymətləndirilir. Çünki bu ölkələrin dövlət başçıları tarixdə ilk dəfə olaraq üçtərəfli görüş keçiriblər.
▪️ Mingəçevir Sənaye Parkının təməli qoyuldu

Sənaye Parkının əsas fəaliyyət istiqaməti tekstil və yüngül sənayenin inkişaf etdirilməsidir. “Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyəti Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Fabrikdə Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında “Ring” və “Open End” üsulu ilə iplik istehsal edilir.
▪️ Neft daşlarında növbəti qəza

15 dekabrda N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin 150 metrlik estakadası çöküb. Estakadanın təxminən 150 metr hissəsində olan 10 nəfər suya düşüb. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.
▪️ Rövşən Lənkəranski öldürüldü

Rövşən Lənkəranski kimi tanınan “qanuni oğru” Rövşən Canıyevin qətli də həmin ilin kriminal hadisələrindən sayılır. Kriminal avtoritet 2016-cı il avqustun 18-də Türkiyədə qətlə yetirilib. İstanbulda hoteldən çıxdıqdan sonra avtomobili pusquya salınan Canıyevin özü ilə bərabər, sürücüsü də güllələnib.
▪️ Elektrik və qaz tarifləri artdı

Noyabrın 28-də Tarif Şurasının qərarı ilə Azərbaycan ilk dəfə təbii qaz və elektrik enerjisi ödənişləri üçün differensiallaşmış tarifə keçdi. Yeni tarifə əsasən, ay ərzində istifadə ediləcək təbii qazın məbləği 12 manat 50 qəpiyi keçirsə, əlavə istifadə edilən təbii qazın hər bir kub metri üçün 100 faiz əlavə ödəniş nəzərdə tutulub.
Elektrik enerjisi üçün isə aylıq sərfiyyat 17 manat 50 qəpiyi keçirsə, əlavə sərf edilən enerjinin bir kilovat-saatı üçün 57 faiz artıq . Dekabrın 22-də verilən yeni qərarla təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, elektrik enerjisinin həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırıldı. Başqa sözlə desək, təbii qazın istifadəsinin aylıq limiti 14 manat 20 qəpik, elektrik enerjisinin isə 21 manat olub.
▪️ Əfv sərəncamı və digər şərti azadlıqlar

Mart ayında prezident İlham Əliyevin imzaladığı Əfv sərəncamı ilə aralarında beynəlxalq təşkilatların "vicdan məhbusu və siyasi məhbus" kimi 12 şəxs də olmaqla, ümumilikdə 150 nəfər azad edilib.
▪️ ANS bağlandı

ANS TV-nin ABŞ müxbirinin Fəthullah Gülənin mətbuat konfransına qatıldığı haqda məlumat yayıldıqdan sonra qurumun efir yayımı dayandırılıb. Milli Televiziya və Radio Yayım Şurası qərarını “Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək” məqsədilə verildiyini bəyan etdikdən sonra məhkəmə qaydasında telekanalın lisenziyasına xitam verilib.
▪️ Vəfat edən tanınmışlar

2016-cı ildə Ümummilli Lider Heydər Əliyevin qardaşı, eks-deputat Cəlal Əliyev, Xalq artisti İlhamə Quliyeva, Xalq şairi Zəlimxan Yaqub, Xalq artisti, bəstəkar Oqtay Zülfüqarov və Azərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti Nizami Süleymanov vəfat edib.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://azvision.az
archiveBu xəbər 25 Yanvar 2026 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see480

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see471

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see235

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see226

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see222

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see214

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see210

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see195

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see192

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see184

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see184

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see183

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see181

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see176

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see176

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see171

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see170

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri