Icma.az
close
up
RU
Nadir hadisə: bu yerlərə göydən balıq yağır

Nadir hadisə: bu yerlərə göydən balıq yağır

Lent az saytına istinadən Icma.az xəbər verir.

İsraildə payız yağışları artıq başa çatıb. Lakin dünyanın müxtəlif bölgələrində qış mövsümündə göydən yalnız su deyil, bəzən balıq və hətta qurbağa da düşə bilir.

Lent.az xarixi mediaya istinadla xəbər verir ki, bu təbii hadisə qədimdən məlum olan, nadir, lakin tam real bir fenomendir və “balıq yağışı” adı ilə tanınır. Adətən belə hadisələr dəniz və ya iri su hövzələrinin yaxınlığında qeydə alınır.

Son qeydə alınan hadisələrdən biri

Bu yaxınlarda belə bir hadisə Meksikanın Tamaulipas ştatının Tampiko şəhərində baş verib. Yağış zamanı yerə xırda balıqlar düşüb. Fövqəladə Hallar Xidməti hətta bunun görüntülərini dərc edib. Balıqlar paketdə və səkidə görünür.

Ən məşhur “balıq yağışı” şəhəri

Dünyanın ən məşhur belə məkanı Hon­durasın Yoro şəhəridir. Burada balıq yağışı demək olar ki, hər ilin may–iyul ayları arasında “ənənəvi hadisə”yə çevrilib. Şəhərdə hətta xüsusi “Balıq yağışı festivalı” keçirilir, mərasimlər, ildırımlar və küçələrdən balıq “yığımı” ilə müşayiət olunur.

Göydən yalnız balıq düşmür

Ən çox qeydə alınanlar qurbağa yağışlarıdır, lakin iri miqyaslı balıq yağışları da olub. Məsələn, 2014-cü ilin may ayında Şri-Lankadakı bir kənddə göydən düşən balıqlardan 5–8 santimetr qalınlığında qat əmələ gəlib. Yerli sakinlər təxminən 50 kiloqram balıq toplamışdılar.

Elm bu hadisəni necə izah edir?

Alimlərin fikrincə, səbəb güclü atmosfer burulğanları və tornadolardır. Tornado su hövzəsinin üzərindən keçdikdə “su sütunu” əmələ gəlir və o, balıq, qurbağa və digər xırda canlıları özünə çəkə bilir.

Güclü külək onları böyük hündürlüyə qaldırır, canlılar buludların içində daşınır, hava axınının gücü zəiflədikdə isə yağışla birlikdə yerə düşürlər.

Bəzən sağ qalırlar, bəzən soyuq və təzyiq fərqləri onları öldürür.

Bu nəzəriyyəni dəstəkləyənlərdən biri də fransız fiziki André-Marie Ampère olub. O, “heyvan yağışı” fenomeninə elmi izah verən ilk mütəxəssislərdən sayılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Noyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri