Icma.az
close
up
RU
Nadir Nəbiyev: “Danışmaqdan ziyadə iş görməliyik”

Nadir Nəbiyev: “Danışmaqdan ziyadə iş görməliyik”

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Azərbaycan Premyer Liqasının bombardirlər siyahısının ilk “10-luğ”unda sadəcə bir yerli futbolçu var. O da “Qarabağ”da çıxış edən, bir çox tənqidlərə məruz qalan Nəriman Axundzadə. Elə bu yaxınlarda buna bənzər bir müqayisə ilə qarşılaşdım. Azərbaycanda ilk “10-luğ”da sadəcə 1 yerli futbolçunun qərarlaşdığı halda, Gürcüstanda bu rəqəm 9-a bərabərdir. Belə olduğu halda milli komandanın qolsuzluq sindromunun səbəbi aydın olur.

Millinin sabiq hücumçusu, hazırda Qərb Regional Futbol Federasiyasına rəhbərlik edən Nadir Nəbiyev mövzuyla bağlı “FutbolPress”ə fikirlərini bölüşdü:

“Ümumiyyətlə, indi hansı mövqedə bizim millidə rəqabət var? Məsələn, millinin baş məşqçisi seçim edir və oyunçuları çağırır. O, bunu çox rahat şəkildə edir. Çünki seçimi böyük deyil. Əvvəlki məşqçilərə baxdıqda, onlar əziyyət çəkirdi. Bir mövqeyə 4-5 futbolçu namizəd olurdu. Hətta mətbuatda müzakirələr gedirdi ki, filan-filan oyunçular niyə dəvət olunmur? Bu gün isə 1-2 nəfər istisna olmaqla, heyətə kimlərin çağırılacağı öncədən bəllidir. Mən Regional Futbol Federasiyasında çalışıram. Gedək Qazaxa, Ağstafaya, Şəmkirə baxaq. Görək, orada məşq edən futbolçuların topu, forması, meydançası varmı? Və ya məşqçiləri hansı kateqoriyaya malikdirlər? Əgər savadım yoxdursa və mən bu gün məşq keçirəmsə, uşaq məndən nə öyrənə bilər? Ümumiyyətlə, uşağı bir şəxsiyyət kimi yetişdirmək lazımdır. Mən futbolçu olan dövrdən belə hamı deyir ki, uşaq futboluna nəzarət etmək lazımdır. Bunu illərdir deyirik, lakin əməl etmirik. Yaxşı olardı ki, nəzarət olsunsun. İndi 100 uşağın içindən axtarsaq, heç 5 futbolçu ortaya çıxara bilmərik. Hər bölgədən 2-3 futbolçunun çıxması ölkə üçün böyük uğur olar”.

Nəbiyev özlərinin futbol oynadıqları zamanla indiki dövrü də müqayisə etdi:

“Bizim məşq etdiyimiz, futbol oynadığımız dövrdə pul var idimi? Bu dəqiqə uşaq komandaları yarışa 1 gün qabaqcadan gəlirlər, oteldə qalırlar və qidalanmları da normal səviyyədə olur. Amma bizim zamanımızda hətta deyim var idi ki, futbolçular peraşki yeyə-yeyə oyunlara çıxırlar (gülür). Bəs o vaxt niyə futbolçular yetişirdi? Bu barədə çox danışmaq olar. Sadəcə danışmaqdan ziyadə iş görməliyik. Mənim gördüyüm iş məndən tələb olunmalıdır. Mütləq şəkildə sıfırdan yenidən başlamalıyıq”.

Veteran futbolçu hazırki milli komanda üzvləri arasında rəqabət olmadığını bildirdi:

“Bu gün millinin baş məşqçisi kifayət qədər təcrübəli şəxsdir. Yaxşı, siz deyin heyətə kimləri çağırsın? O, əziyyət çəkir. Məsələn, mən hücumçuyam və geriyə baxanda görürəm ki, məniç yerimə namizəd yoxdur. Həmin vaxt da məndə bir arxayınlaşma olur. Rəqabət sıfır səviyyəsindədir. Artıq limit dəyişdirilib. Ümid edirəm ki, bunun bir faydası olar. Bir dəfə Rəşad Sadıqov haqda demişdim ki, o, millidən getdikdən sonra həmin mövqedə böyük çətinliklər çəkəcəyik. O zaman bunu təkcə Rəşadın yaxşı müdafiəçi olduğuna görə deməmişdim. O, həm də lider idi. Komandanı toplaya bilirdi. İndi kim var? Əgər nəyisə istəyiriksə, sizli-bizli əl-ələ verib kökündən başlamlalıyıq”.

Mirkamal Kazım

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 01 Aprel 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri