Icma.az
close
up
RU
“Akademiyamızda çox istedadlı uşaqlar var” Nadir Nəbiyev

“Akademiyamızda çox istedadlı uşaqlar var” Nadir Nəbiyev

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev

Medianın İnkişafı Agentliyinin layihəsi

Uzun fasilədən sonra Azərbaycan Premyer Liqasına qayıdan "Şəfa" klubu uşaq futboluna da diqqəti gücləndirib. Hazırda klubun akademiyasında 200-ə yaxın uşaq futbolun sirlərini öyrənir. Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmizdə budəfəki  həmsöhbətimiz "Şəfa" klubunun akademiya rəhbəri Nadir Nəbiyev oldu.

- “Şəfa"da uşaq futbolunun durumu necədir? Hazırda bununla bağlı hansı işlər görülür?

- Uşaq futbolu bizim üçün sadəcə bir bölmə deyil, klubun bünövrəsidir. "Şəfa" yenidən fəaliyyətə başlayandan dərhal sonra əsas diqqəti aşağı yaş qruplarına yönəltdik. Hazırda akademiyamızda yeni sistemli iş qurulur. “Şəfa”nın tərkibində buna qədər uşaq futbolu olub, lakin akademiyamız yeni qurulur. Məqsədimiz təkcə uşaqlara futbol oynamağı öyrətmək deyil, həm də onların intizamlı, sağlam və peşəkar idmançı kimi yetişməsinə şərait yaratmaqdır. Bunun üçün təcrübəli məşqçi korpusu cəlb etmişik və məşq prosesini müasir standartlara uyğun qururuq. Rəhbərliyimiz də milli komandalara yeni adlar, Azərbaycan futboluna yeni istedadlar qazandırılması üçün lazım olan hər bir dəstəyi göstərir. 

- "Şəfa" yenidən qurulub. Belə klub üçün uşaq futbolunun hansı çətinlikləri var?

- Ən böyük çətinlik infrastrukturu və sistemi sıfırdan qurmaqdır. İllərlə fəaliyyət göstərən akademiyaların hazır bazası və formalaşmış sistemi olur. Biz isə hər şeyi təzədən qururuq. Infrastruktur məsələləri, uşaqların adaptasiyası, komandaların komplektləşdirilməsi zaman alır. Amma həvəsimiz və aydın planımız var, bu çətinlikləri addım-addım geridə qoyuruq.

- Akademiyaya futbolçu seçimi necə aparılır?

- Seçimləri açıq baxışlar və xüsusi seleksiya vasitəsilə aparırıq. Məşqçilərimiz uşaqların ilk növbədə top texnikasına, meydandakı sürətinə və futbol düşüncəsinə baxırlar. Lakin bu yaşda ən vacib məqam uşağın futbola olan sevgisi və həvəsidir. Fiziki göstəriciləri zamanla inkişaf etdirmək olur, amma daxildə istək olmasa, peşəkar futbolçu yetişdirmək çətindir.

- "Şəfa" adı bir neçə ildir böyük futbolda səslənmr. Bu mənada akademiyanıza maraq hansı səviyyədədir?

- Doğrudur, uzun fasilə olub, amma "Şəfa" Azərbaycan futbolu üçün tarixi addır. Futbol ictimaiyyəti bu adı unutmayıb. Yenidən fəaliyyətə başladığımız ilk gündən maraq gördük.

- Hazırda aşağı yaş qrupları üzrə komandalar harda məşq edir? Şəraitiniz necədir?

- Məşqlərimizi müvəqqəti olaraq icarəyə götürdüyümüz meydançalarda təşkil edirik. Hədəfimiz gələcəkdə tam özümüzə məxsus bazada fəaliyyət göstərməkdir. Hazırda bu istiqamətdə işlər görülür. Zamanla bu barədə ictimaiyyətə məlumat veriləcək.

- Aşağı yaş qruplarında ümumi olaraq nə qədər uşaq var?

- Müxtəlif yaş qrupları üzrə komandalarımızda ümumilikdə təqribən 200 uşaq futbolun sirlərinə yiyələnir. 

- Akademiyada gələcəyə ümidverici uşaqlar yetişirmi?

- Bəli, getdikcə gözəl potensialı olan uşaqlar üzə çıxır. Aralarında həqiqətən çox istedadlı, gələcəkdə peşəkar futbolçu ola biləcək uşaqlar var. Amma uşaq futbolunda təkcə istedad bəs eləmir. Əsas məsələ istedadı doğru işləyib düzgün istiqamətə yönəltməkdir.

- Qarşıda hans ıplanlarınız var? Digər akademiyalarla əməkdaşlıqlar olacaqmı?

- Planlarımız var. Onları mərhələli şəkildə icra etməyə çalışırıq. Klub rəhbərliyi qadın futbolunu da diqqət yetirir. Yaxın gələcək bu sahənin inkişafı üçün də ciddi addımlar atacağıq. Əməkdaşlıq məsələsinə gəlincə, biz inkişafa açığıq. Bu məsələ bizim üçün vacibdir. Gələcəkdə belə planlarımız var.

Ramiq Ağaməmmədov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://qol.az
archiveBu xəbər 11 Sentyabr 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri