Icma.az
close
up
RU
Nadir şah güclü, əzəmətli, məğlubedilməz sərkərdə və qüdrətli dövlət başçısı idi

Nadir şah güclü, əzəmətli, məğlubedilməz sərkərdə və qüdrətli dövlət başçısı idi

Oxumeni.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nadir şah güclü, əzəmətli, məğlubedilməz sərkərdə və qüdrətli dövlət başçısı idi

Oxuməni.az Azərbaycanlılar səhifəsinə istinadən tariximizdə şərəfli bir iz buraxmış Nadir şah haqqında məşhurların dedklərini təqdim edir:

"Bəsrə (Kəngər) Körfəzindən Bağdada, ordan da Hələb darvazalarına qədər Nadir Şahın adı gələndə hamı tir-tir əsirdi".

Fransız səfir Şevalyer Qerqan. Mənbə: Histoire de Perse depuis le commencement de ce siecle , Paris 1750.

"Nadir Şah Avşar güclü döyüşçü, böyük qüdrət sahibi idi. Onun güclü ordusu vəhşət yaradan talançıları, pis niyyətli yadelli qoşunları çox qorxudurdu. Nadir Şah öz ölkəsinə ləyaqətlə hökmdarlıq edirdi və vətəninin düşmənlərinə qənim kəsilmişdi".

Napoleon Bonapart

Napoleon Fətəli Şah Qacara yazdığı məktubda Nadiri tərifləmiş, özünü ikinci Nadir adlandırmışdı.

"Nadir Şah çox güclü bir sərkərdə, qarşısıalınmaz fateh və hökmdar olduğuna görə Hindistanı fəth etmək barədə çoxdan düşünürdü. Nadir Pəncabı ələ keçirəndən sonra Makedoniyalı İsgəndərin, Mahmud Qəznəlinin və Əmir Teymurun ardıcılı olacaq , beləliklə də "Dünya fatehi" titulunu alacaqdı. Nadir Şah Əfşar Çingizxan və Əmir Teymurla eyni səviyyədə bir şəxsiyyət, dövlət başçısı idi, hətta onların talelərində bir sıra oxşarlıqlar da mövcuddur".

Britaniyalı yazıçı, Yaxın Şərq üzrə tədqiqatçı Laurens Lokkartın "Nadir Şah" kitabından parça.

"Nadir Şahın görkəmli bir şəxsiyyət sayılmasına heç bir şübhə yoxdur. Nadirin əsas qəhrəmanlığı onda idi ki, o, güclü düşmənlərin didib-parçaladığı Səfəvilər İmperiyasını təkcə işğaldan azad etmədi, eyni zamanda öz ölkəsini ən ağır vəziyyətdən çıxararaq qurucusu olduğu imperiyanı Asiyanın ən nüfuzlu və güclü dövləti səviyyəsinə qaldırdı".

Britaniyalı yazıçı, Yaxın Şərq üzrə tədqiqatçı Laurens Lokkartın "Nadir Şah" kitabından parça.

"Nadir Şahdan qan iyi gəlir. Qoşunlarımızı təcili olaraq Azərbaycan ərazisindən çıxarmaq lazımdır. Əgər Nadir müharibəyə başlasa Peterburqa qədər gəlib çıxa bilər".

Rus səfir Kaluşkinin təcili olaraq Çara göndərdiyi məktubdan parça.

“Nadir şahın boyu 6 futdan hündür idi, əzəmətli xarakterə sahib olan Şahın bədəni mütənasib və çox güclüdür. Onun qeyri-adi dərəcədə yüksək səsi var ki, səsiylə o yüz metrə yaxın məsafədə duran adamlarına əmr verə bilir.Nadir Şah eyni zamanda çox sərt xarakterli və sərt intizamlıdır.İştirak etdiyi bütün döyüşlərdə və yürüşlərdə adətən qoşunlarının başında olmasına baxmayaraq, Şah bir dəfə də olsun yara və çapıq almayıb, buna baxmayaraq mindiyi bir neçə at öldürülüb, güllələr bədənini cızıb”.

İngilis səyyahı, tacir Jonas Hanwey “The Revolutions of Persia: Containing the History of the Celebrated Usurper Nadir Kouli, from his birth in 'Till His Death in 1747; To Which Are Added, Some Particulars of the Unfortunate Reign of His Successor Adil Shah” Volume 2, 622 p.

"Nadir Şah Avşar yer üzünün sultanlar sultanı, krallar kralı, uğur hökmdarıdır".

Baburlar İmperiyasının XIII hökmdarı Məhəmməd Şah.

Azərbaycanlı böyük sərkərdə, fateh, Avşarlar İmperiyasının qurucusu və hökmdarı Nadir Şah Hindistanı fəth edərkən ona təqdim olunmuş 3 böyük brilyantdan biri olan Kuh-i-Nur ingilislər Hindistanı idarə etməyə başlayandan sonra İngiltərə kraliçasının tacındadır və hal-hazırda London Kral Muzeyində saxlanılır.

Allah rəhmət eləsin böyük fatehimizə.

Oxuməni.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 16 Dekabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see515

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see213

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see199

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see155

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see145

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see144

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri