Icma.az
close
up
RU
98 əzəmətli binanın sahibi

98 əzəmətli binanın sahibi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Milyonçu Ağa Musa Nağıyev xalqımıza belə bir zənginlik bəxş edib


Bakının tarixinə qızıl hərflərlə yazılmış I Türkoloji Qurultay 1 əsr əvvəl şəhərin möhtəşəm “İsmailiyyə” binasında keçirilmişdi. Bu günlərdə tarixi hadisənin 100 illik yubileyi də bu ünvanda qeyd edildi. Beləliklə, bu misilsiz tarixi hadisə və onu xalqımıza bəxş etmiş insanı yad edək.

1849-cu ildə Biləcəridə kasıb bir ailədə dünyaya göz açan Ağa Musa Nağıyev fəhmi, zəkası və çalışqanlığı ilə Azərbaycanın ilk milyonçularından olmuşdu. Paytaxtın tozlu küçələrini əsrlərə meydan oxuyan 98 əzəmətli imarətlə bəzəyərək adını Azərbaycan tarixinə böyük əməlpərvər kimi yazdırıb.

Hələ 11 yaşında ikən çiyinlərindəki bir pudluq hambal palanının ağırlığına qatlaşan Musa üçün həyat erkən başlayan böyük imtahan idi.

Tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov bildirdi ki, zəhmətlə yığdığı pullarla aldığı kiçik torpaq sahəsi Nağıyevin həyatında dönüş nöqtəsi idi:

– 1872-ci ilin fevralında çar hökuməti neftli torpaqlara tətbiq edilən iltizam sistemini ləğv edən fərman verdi. Bu qərardan sonra neftli torpaqlar satışa çıxarıldı. Ağa Musa da bir qədər pul toplayaraq torpaq almışdı. O zaman ağlına da gəlməzdi ki, kiçik torpaq sahəsində qazdırdığı quyudan su əvəzinə neft fontan vuracaq və bu neft bir müddət sonra onu Bakının ən iri maqnatlarından birinə çevirəcək.

XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakının arxitekturasına möhür vuran incilər arasında “İsmailiyyə” binasının xüsusi yeri var. Bu bina xalqımızın taleyinə şahidlik edən daşlaşmış yaddaş, eyni zamanda, bir atanın ömür boyu çəkəcəyi kədərin abidəsidir.

Ağa Musanın oğlu İsmayıl dövrün amansız xəstəliyi olan vərəmə tutulmuşdu. O, İsveçrədə müalicə alsa da, gənc yaşda vəfat etmişdi. İsmayılın ölümündən sonra Hacı Zeynalabdin Tağıyev dostunun bu dərin kədərini xalq üçün xeyirli bir işə çevirməklə nakam İsmayılın xatirəsini əbədiləşdirmək qərarına gəlir. O, dövrün nüfuzlu axundları ilə məsləhətləşərək Ağa Musanı oğlunun adına “Cəmiyyəti-xeyriyyə” binası olacaq “İsmailiyyə”ni tikdirməyə razı salır. 1908-ci ilin dekabrında “Qapan dibi” və “Şeytanbazar” adlanan, rus administrasiyasının məscid tikilməsinə icazə vermədiyi ərazidə “İsmailiyyə”nin təməli qoyulur. Bina Venesiyanın qotik üslublu saraylarına bənzər tikilir. Binanın pəncərələri sivri və yuxarıya doğru ucalan tağlarla əhatə olunur.

“İsmailiyyə”nin fasadında qızılı hərflərlə Quran ayələri, müdrik kəlamlar, müxtəlif yerlərində elmin, zəhmətin və xeyriyyəçiliyin önəmini vurğulayan yazılar həkk olunmuşdu. Binaya daxil olanda insanı geniş vestibül və möhtəşəm pilləkənlər qarşılayırdı. İkinci mərtəbədə yerləşən geniş akt zalı tavanındakı zərif bəzəkləri ilə o vaxtın ən dəbdəbəli tədbir məkanlarından biri sayılırdı.

Binada Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi, “Müsavat” partiyasının əsas mətbuat orqanı olan “Açıq söz” qəzetinin redaksiyası da yerləşirdi. Məhz bu səbəbdən “İsmailiyyə” milli oyanışın, azadlıq fəryadının səsinə çevrilmişdi. Təəssüf ki, 1918-ci il Mart hadisələri zamanı bina ermənilər tərəfindən əvvəlcə qarət edilmiş, sonra yandırılmışdı. Yanğın zamanı binaya dəyən zərərlə yanaşı, sarayda fəaliyyət göstərən qurumların da arxivi də məhv olmuşdu.

Sovet hakimiyyəti qurulandan sonra İsmailiyyə sarayının yararsız vəziyyətdə olması səbəbindən sökülməsinə qərar verilir. Lakin yerli əhali binanın qarşısına toplaşaraq etiraz edir və bundan sonra sarayın bərpasına başlanılır. Ümumi plan layihəsi olduğu kimi qalır, lakin fasadında bəzi dəyişikliklər edilir. Vaxtilə Quran ayələri və hədislərin yerləşdiyi medalyonlar isə beşguşəli qızılı ulduzlarla əvəz olunur.

1945-ci ildə isə Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinə verilir. Bu binada Azərbaycanı dünyaya tanıdan, elmimizi zirvələrə qaldıran nəhəng şəxsiyyətlər çalışıb. Akademiyanın ilk prezidenti görkəmli cərrahımız Mirəsədulla Mirqasımovdan tutmuş, neft dünyasının bilicisi Musa Əliyevə qədər hər kəsin burada izi var. Bu divarların şahid olduğu böyük bir sirr İkinci Dünya müharibəsinin taleyini dəyişən məşhur “Molotov kokteyli”nin əsl ixtiraçısı Yusif Məmmədəliyevlə bağlıdır. Molotov nə kimyaçı idi, nə də ixtiraçı. Sadəcə, silah Stalinə təqdim olunanda, o da Çörçilə göstərmək üçün Molotova verir. İngilis baş naziri də adını qoyur “Molotov kokteyli”. Əslində isə ona “Məmmədəliyev kokteyli” desək, haqqını vermiş olarıq.

Milyonçu və xeyriyyəçi Ağa Musa Nağıyevin nəvəsi, tarix elmləri üzrə fəlsəfə doktoru Dilarə Nağıyeva isə vurğuladı ki, babasında tikinti sahəsinə həvəsi babası oyatmışdı. Milyonçunun atası deyirmiş ki, Allah ev tikənin ömrünü uzun edər:

– Babam varlandıqca Sabunçu, Ramana və Suraxanıda yeni neft yataqları alır, istehsalı genişləndirir. Başqa neft sənayeçilərindən fərqli olaraq Ağa Musa Nağıyev Qaraşəhərdə (indiki Ağ şəhər) kiçik “Neft emalı” zavodu tikdirir, sonra onu genişləndirir. Bununla bərabər, Ağa Musa hər il müxtəlif ali təhsil ocaqlarında oxuyan tələbələrin təhsilinə 8 min rubl ayırır. Onun tikdirdiyi Realnı məktəbin binasında bu gün Dövlət İqtisad Universiteti fəaliyyət göstərir.

1898-ci ildə Bakıda kimsəsiz uşaqlar üçün “Yetimlər evi”nin tikintisinə başlanır. İlin sonunda məlum olur ki, bu məqsədlə toplanmış vəsait azlıq edir. Ağa Musa Nağıyev və Şəmsi Əsədullayev ilk olaraq böyük məbləğdə ianə verirlər.

Bir gün Ağa Musa Nağıyev xeyriyyə məclislərinin birində siniyə ianə olaraq kiçik bir məbləğ qoyur. Pulun azlığını görən həmkarlarının baxışları Ağa Musanın nəzərindən yayımır. Nəsə qaydasında deyil, – deyə o, nəzakətlə soruşur. Eşidəndə ki, bir az əvvəl oğlu İsmayıl böyük məbləğdə pul ianə verib, deyir – “Bu təəccüblü deyil, verər də, axı o milyonçu Ağa Musanın oğludur, mən isə kiməm ki, saman satan Hacı Nağının oğlu”.

Çoxları bilmir ki, oğlunun vəfatından sonra o, 4 xəstəxana tikdirmişdi. O, tikdirəcəyi ilk xəstəxananın həyətyanı sahəsində vərəm mikroblarını məhv edə biləcək Şam ağacları əkdirmişdi. 10 ilə hazır olan və çox qısa müddət xeyriyyəçinin adını daşıyan xəstəxana 1920-1992-ci ilədək Rusiyada ilk səhiyyə naziri olmuş Semaşkonun adını daşımışdı.

Köhnə Bakı sakinləri danışırlar ki, bütün sərvətini itirən gənc bir oğlan Nağıyevin yanına gəlir və borc pul istəyir. Ağa Musa onu diqqətlə dinləyir, sonra bir rubl pulu gəncə uzadıb deyir: “Bu toxumdur. Gözləsən, ağac yetişəcək, gözləməsən, elə sadəcə bir rublu yeyəcəksən”.

Milyonçunun onu ələ saldığını düşünən oğlan pulu götürmədən çıxıb getmək istəyir, lakin aclıq və ehtiyac onu məcbur edir ki, rublu götürsün.

Ordan çıxır və bazara gedir. Kefsiz halda bazarı gəzəndə gözünə qədimi bir şamdan sataşır, qiymətinin 1 rubl olduğunu öyrənir. Razılaşıb 80 qəpiyə onu alır, yerdə qalan bir abbasını isə onun təmizlənməsinə xərcləyir. Təmizlənmiş şamdanı 3 manata başqa biri alır. Sonra gənc bir neçə ay bazara gəlib köhnə əşyaları alır, onları təmizləyir və başqalarına sataraq pul qazanmağa başlayır. Bir neçə ildən sonra isə özünə dükan açır, şəhərin imkanlı adamlarından biri olur. Bu hadisədən sonra hər kəs Ağa Musadan borc almağa gəlir ki, onun əli “yüngül”dür.

Mən onun nəslinin nümayəndəsi kimi istəyirəm ki, Ağa Musa Nağıyevin də Bakıda heykəli ucaldılsın. Bu, ömrünü zəhmətlə keçirən böyük xeyriyyəçiyə vəfa borcumuzdur.

Fidan ƏLİYEVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Mart 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see360

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see318

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see313

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see302

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see280

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see259

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see239

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see238

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see217

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see194

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see188

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see179

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see172

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see172

Bakıda 30 küçədə təmir işləri BİTDİ

18 Avqust 2026 19:15see170

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see170

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see162

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see153

2027 ci ildə həyatını dəyişəcək və qəfil varlanacaq bürclər

19 Avqust 2026 00:02see152

Əlbəttə, pley off mərhələsi xüsusi həyəcan doğurur Valdas Dambrauskas

19 Avqust 2026 01:26see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri