Icma.az
close
up
RU
Planetin xilas edilməsi uğrunda əzəmətli seçim

Planetin xilas edilməsi uğrunda əzəmətli seçim

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Sülh Şurası bəşəri əmin-amanlıq qərargahına çevrilir

Dövrümüzün beynəlxalq mənzərəsinə dərindən nəzər saldıqda qlobal siyasət səhnəsində inqilabi əhəmiyyətli transformasiyaların baş verdiyi görünür. Siyasi nizam köklü keçid mərhələsindədir, həmçinin mövcud qlobal idarəetmə mexanizmləri yeni reallıqlara adekvat cavab verməkdə çətinlik çəkir. Ənənəvi diplomatik təşkilatlar, böyük təsisatlar dünyanın mütəmadi şəkildə üzləşdiyi təhlükəsizlik problemlərini, o cümlədən kəskin humanitar böhranları həll etməkdə artıq çarəsizdir.

Qəti qərarların verilməsini davamlı olaraq ləngidən bürokratik əngəllər bəşəriyyətin taleyinə bilavasitə təsir göstərən faciəvi qanlı münaqişələr qarşısında köhnə qurumların mütləq fəaliyyətsizliyini aşkara çıxarır. Məlum çatışmazlıqlar planetimizdə onilliklərdir səngiməyən ağır müharibə ocaqlarında, genişmiqyaslı silahlı toqquşmalar zamanı qlobal sülhün qorunub saxlanılmasında açıq formada təzahür edir.

Hazırda dünyada altmışdan artıq təhlükəli münaqişə nöqtəsinin aktiv qalması, Yaxın Şərqdə, xüsusən Qəzza zolağında yaşanan dəhşətli səhnələr, Rusiya–Ukrayna cəbhəsində 4 il davam edən döyüşlər əski mexanizmlərin rəsmən iflasa uğradığını sübuta yetirir. Cərəyan edən geosiyasi hadisələr qətiyyətlə təsdiqlədi ki, BMT mühüm məsələlərdə heç cür yetərli siyasi iradə nümayiş etdirə bilmir, qəbul olunan təcili qətnamələrin real tətbiqində gərəkli təsir imkanlarından tamamilə məhrum vəziyyətdə qalıb. Bütün dünyanın taleyini təyin etməli olan təşkilatın mühüm xarakterli təhlükəsizlik çağırışlarına operativ reaksiya göstərməməsi fərqli alternativ alətlərin, modern platformaların, habelə praqmatik çoxtərəfli formatların yaradılmasını qaçılmaz amilə çevirir. Məhz yaranmış tarixi zərurətdən çıxış edərək ABŞ rəhbərliyi, xüsusən də Trump administrasiyası tərəfindən böhranları tənzimləyəcək effektiv mexanizm qismində Sülh Şurası təşəbbüsü gündəmə gətirildi.

ABŞ-ın yürütdüyü radikal dəyişikliklər xətti beynəlxalq ictimaiyyətin onilliklər boyu vərdiş etdiyi qanunauyğunluqları parçalayır. Rəsmi Vaşinqton qlobal məsuliyyəti təkbaşına mənimsəməyən ənənəvi mərkəzlərdən tamamilə uzaqlaşmağa, habelə qlobal miqyaslı təsirsiz orqanların nəhəng maliyyələşdirilməsini dayandırmağa başlayıb. Trampın büdcədən köhnəlmiş idarəetmə aparatlarına ayrılan pulların qapadılması beynəlxalq ictimaiyyətə verilən ciddi xəbərdarlıqdır. BMT Nizamnaməsində müqəddəs mətnlər kimi təsbit olunmuş sülhün qorunması, amansız münaqişələrin müstəsna halda dinc yolla həll edilməsi, dövlətlərin suveren bərabərliyi prinsiplərinin praktik səviyyədə sistemli şəkildə pozulması quruma bəslənən inamı bərpaolunmaz şəkildə məhvə sürükləyir. Mövcud vəziyyət aydın göstərir ki, kənar müdaxilələrə xeyli cəld reaksiya verən, konkret hərbi-diplomatik gücə sahib təsisatlar qurulmalıdır. Ağ Ev bütün dünyanın üzləşdiyi apokaliptik ssenarilərdən qurtulmağın yeganə yolunu operativ hərəkət imkanı olan mərkəzlərin yaradılmasında görür. Məhz yeni yaranan Sülh Şurası modeli dünyanı bürüyən xaosun mərhələli tənzimlənməsində tam fərqli, inqilabi, modern yanaşma fəlsəfəsini nümayiş etdirir. Köhnə qaydalarla, kağız üzərindəki mənasız bəyannamələrlə çağdaş qlobal fırtınaları idarə etməyin mümkünsüzlüyü bəşəriyyətin acı reallığıdır. Artıq vaxtı keçmiş mexanizmlərlə dünya düzənini ayaqda saxlamaq xəyaldır.

***

Konseptual nəzəri çərçivədən əməli fəaliyyət müstəvisinə keçid Misirin qədim tarixi coğrafiyasında, konkret olaraq Şarm əl-Şeyx şəhərində təşkil edilən ali beynəlxalq sammitdə reallaşdı. Qeyd olunan görüş planetimizin diplomatik irsində qlobal təhlükəsizliyin qorunmasına dair ən möhtəşəm addımlardan sayılaraq yeni nizamın başlanğıc siqnalı olaraq arxivlərə yazıldı. Sammitə Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qonaq qismində şəxsən dəvət olunması ölkəmizin regionda daşıdığı sülh memarı statusunu qlobal aləmə transformasiya etdiyini göstərir. Erməni işğalına son qoyulan, ərazi bütövlüyü təmin edilən dövrdən sonrakı inkişaf illərində rəsmi Bakının sərgilədiyi konstruktiv, habelə praqmatik dövlətçilik strategiyası Qərbin qərar qəbuledici elit təbəqəsi tərəfindən olduqca yüksək rəğbətlə qarşılanır.

Sammitin beynəlxalq təsiri dərhal praktiki cəbhələrdə özəl meyvələrini verməyə başladı. Sülhpərvər iradə sayəsində ilkin real nəticə kimi Qəzza ərazisindəki dəhşətli hərbi toqquşmalar tamamilə dayandırıldı. Kütləvi qan tökülməsinin, dinc əhalinin fəlakətinin qarşısı qətiyyətli tədbirlərlə önləndi. Minlərlə insanın iztirab çəkdiyi, ənənəvi institutların onilliklər boyu həll edə bilmədiyi düyün çox qısa zaman kəsiyində təməlli surətdə çözüldü. Humanitar baxımdan bəşəriyyəti işıqlı gələcəyə inandıran xüsusi diplomatik səylər məntiqi yekunla tamamlandı, əsir və girovların qarşılıqlı azad edilməsi prosesi yüksək peşəkarlıqla icra edildi. Keçirilən uğurlu test mərhələsindən sonra dərhal Vaşinqton irəli sürdüyü nəhəng Sülh Şurası konsepsiyasının daimi təsisatlandırması istiqamətində yorulmaz fəaliyyətə başladı. Sadalanan misilsiz qlobal sülh fəaliyyətlərinə rəğmən yaranan alternativ qüvvə mərkəzi heç də qüsursuz qəbul edilmir, beynəlxalq ictimaiyyətin fərqli qütblərində böyük ajiotaj yaradır. Konsepsiya qlobal məkanda müsbət dalğalar doğurmaqla bərabər, müxtəlif dövlətlər, ənənəvi siyasi bloklar tərəfindən ehtiyatla qavranılır. Prosesin detallarına endikdə görmək mümkündür ki, “qoca qitə”, həmçinin sürətlə inkişaf edən Çin tərəfindən yaranan orqana qarşı ciddi təşviş mənzərəsi mövcuddur. Həmin hegemon ölkələr Sülh Şurasının əvəzolunmaz səlahiyyətlərlə təchiz edilməsinin onların diplomatik statuslarına zərbə vuracağından qayğılanırlar. Xüsusən Çin rəhbərliyi hazırda fəaliyyəti iflic olan Nyu-York ofislərindəki daimi veto imtiyazından qoparılacağından narahatlıq keçirir. Çünki alternativ qurumun strukturlarında rəsmi Pekinin veto səlahiyyəti yoxdur, proseslər təmiz praqmatik güc ölçüləri ilə idarə olunur. Eyni məntiqlə yanaşdıqda, Avropa dövlətləri baş tutan dəyişikliyin trans-Atlantik əlaqələrdə avropalıları qərarsız hala salacağından ehtiyat edirlər. Qitə siyasətçilərinin qorxusunun təməlində Amerikanın yeni idarəetmə maşınının bütövlükdə beynəlxalq balansı amansızcasına ləğv etməsi təhlükəsi dayanır. Qlobal diplomatiyanın çoxəsrlik ənənələrə sahib dövlətləri mövcud ssenarilərdən kənarda qalmağın verdiyi psixoloji basqı altındadırlar.

***

Reallıqların acı dərsi, baş verən hadisələrin ritmi fərqli seçim şansı buraxmır, irəli sürülən ikinci fərziyyənin çox yaxın vaxtlarda mütləq həqiqətə çevriləcəyini göstərir. Təşkilatçılar hədəflərin yalnız lokal Qəzza sülhü ilə sonlanmayacağını yüksək səslə bəyan edirlər. Mərkəzi aparatın planetin istənilən qanlı toqquşmalarına qəflətən müdaxilə etmək niyyətini qətiyyətlə nümayiş etdirməsi ənənəvi beynəlxalq əlaqələrin sonunun gəldiyini aydınlaşdırır. Vaşinqton qlobal məsuliyyəti bütövlükdə üzərinə götürərək beynəlxalq təhlükəsizliyin tamamilə yenilənmiş çərçivəsini qurur. Qarşıdakı illərin diplomatik inkişaf qrafiki göstərir ki, həlledici rıçaqlar Vaşinqtonun dəstəklədiyi yeni koalisiyanın ixtiyarına keçəcək, ənənəvi BMT sistemi isə köklü böhrandan xilas ola bilməyərək, sadəcə, tarix səhifələrinə köçəcək. Baş verəcək proseslərdən sonra planetimizin təhlükəsizlik xəritəsində əzəmətli dönüşlərin yaşanacağı mütləq ssenaridir.

Proseslər sürətləndikdən, sistem formalaşdıqdan dərhal sonra şahidlik edəcəyimiz ən bariz mənzərələrdən biri dünyanın qütblərə ayrılması, beynəlxalq qurumların fərqli qruplara parçalana bilməsidir. Sülh Şurası tamhüquqlu səlahiyyət əldə etdikdə BMT binalarının fəaliyyəti donacaq, iclas zalları səssizliyə bürünəcək, xərclər kəskin azaldılacaq. Qlobal büdcələrin məhz müasir sülhməramlı layihələrə ayrılması köhnə beynəlxalq ofislərin ixtisarına, bürokratlar ordusunun tərxis edilməsinə gətirib çıxaracaq. Şərq bloku, daha dəqiq desək, rəsmi Pekin tabeliyindəki Asiya–Sakit Okean hövzəsi dövlətləri asılı vəziyyətə düşməmək məqsədilə həm iqtisadi, həm siyasi tərəfdaşlıqları fərqli ittifaqlarda cəmləşdirməyə çalışacaqlar. Çin hökuməti Şanxay mərkəzli təşkilatların səlahiyyətlərini qlobal güc olaraq artırmağı, həmçinin alternativ sülh doktrinası formalaşdırmağı sınaqdan keçirəcək. Çox güman ki, nəticədə, bəşəriyyət iki real rəqabətədavamlı asayiş maşınının mübarizəsinə tamaşa edəcək.

Yusif ŞƏRİFZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Fevral 2026 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see354

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see315

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see278

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see276

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see270

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see257

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see255

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see251

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see238

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see236

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see228

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see225

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see223

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see222

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see215

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see214

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see211

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see211

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see203

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri