Icma.az
close
up
RU
İran 3 ölkəni hədələdi: Türkiyə, Səudiyyə Ərəbistanı və ...

İran 3 ölkəni hədələdi: Türkiyə, Səudiyyə Ərəbistanı və ...

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranda 28 dekabrda yaşayış xərclərinin yüksək olmasına qarşı başlayan və tez bir zamanda hökumət əleyhinə nümayişlərə və zorakılığa çevrilən etirazlar artmaqdadır.

Etirazçıları tez-tez dəstəkləyən ABŞ Prezidenti Tramp İranı müdaxilə ilə hədələyib.

“Cebheinfo.az” xəbər verir ki, İranın yüksək vəzifəli rəsmisi Britaniyanın “Reuters”agentliyinə İranın ABŞ  hücum edərsə, region ölkələrindəki ABŞ bazalarını hədəf alacağı barədə xəbərdar edib. Rəsmi şəxs deyib: 

"Tehran ABŞ İranı hədəf alsa, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə qədər region ölkələrini, bu ölkələrdəki ABŞ bazalarına hücum edəcəyi bildirib və bu ölkələrdən Vaşinqtonun İrana hücum etməsinin qarşısını almalarını istəyib". 

İranın yüksək vəzifəli rəsmisi bildirib ki, ABŞ Prezidenti Donald Trampın İrana müdaxilə ilə bağlı təhdidlərindən sonra İranın xarici işlər naziri Abbas Arakçi ilə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkov arasında birbaşa əlaqə dayandırılıb. 

O, ABŞ-ın təhdidlərinin diplomatik səylərə xələl gətirdiyini və illərdir davam edən nüvə mübahisəsinə diplomatik həll yolu tapmaq məqsədi ilə iki rəsmi arasında planlaşdırılan danışıqların ləğv edildiyini vurğulayıb. 

İran Məhkəməsinin rəhbəri Qulamhüseyn Möhsün Ejei Tehranda etirazçıların saxlanıldığı həbsxanaya baş çəkib. Ejei bildirib ki, etirazlar zamanı baş verən ölümcül zorakılıqla əlaqədar həbs olunanlara qarşı tez bir zamanda hərəkət etməyi planlaşdırırlar. Ejei deyib: 

"Əgər kimsə kiminsə başını kəsib və kimisə yandırıbsa, onda biz tez bir zamanda hərəkət etməliyik. Hər hansı bir gecikmə təsiri azaldacaq. Əgər gec olarsa iki ay, üç ay sonra gecikərsə, eyni təsir göstərməyəcək". 

Tehranda prokurorlar ölümcül zorakılıqda iştirak etdiklərinə görə həbs edilən "iğtişaşçılar və təxribatçılar" üçün ölüm cəzası tələb edəcəklərini və onları "dövlətə qarşı müharibə aparmaqda" ittiham edəcəklərini bildiriblər. 

ABŞ Dövlət Departamentinin fars dilində olan “X” hesabından verilən açıqlamada 26 yaşlı Erfan Soltaninin edam cəzasına məhkum edildiyi bildirilib. Bəyanatda əlavə edilib ki, "Erfan edam cəzasına məhkum edilən ilk etirazçıdır, amma sonuncu olmayacaq" və etirazlar zamanı 10 mindən çox iranlının həbs olunduğu qeyd edilib. 

ABŞ-da yerləşən İranda İnsan Hüquqları Fəalları QHT-nin (HRA) son açıqlamasına görə, etirazlarda 2571 nəfər, o cümlədən 2403 etirazçı və 142 təhlükəsizlik işçisi ölüb. Ən azı 1134 nəfər ağır yaralanıb. 31 əyalətdə 187 şəhərə yayılan etirazlar ən azı 18434 nəfərin həbsi ilə nəticələnib.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Yanvar 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri