Nadir sənət növünü yaşadan rəssam: Fransada qiyməti iki min avro olan əsəri mən 100 manata satıram
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Çini üzərində miniatür işləmə sənəti ölkəmizdə yaşadılan nadir sənət növlərindəndir. Azərbaycanda bu işlə azsaylı sənətkarlar məşğul olurlar.
Onlardan biri də ömrünün 50 ilini bu sənətə həsr edən gəncəli Rasim Hüseynovdur.
Onun bir-birindən ecazkar yüzlərlə əl işi yerli və xarici sənətsevərlərin kolleksiyasını bəzəyir. Rasim Hüseynov 1981-82-ci illərdə Azərbaycan miniatür sənətinə böyük maraq göstərib və unudulmuş sənətə yeni nəfəs verərək onu SSRİ-də ilk dəfə olaraq çini üzərində işləyib.
"Xarici ölkələrdə əl işləri çox baha satılır. Fransada qiyməti iki min avro olan əsəri mən 100 manata satıram. Əl işlərimin qiyməti 50-1 000 manatdır. Çəkdiyim əziyyətə, sərf etdiyim vaxta görə qiymət dəyişir", - o söyləyib.
Miniatürçü rəssam bu sənəti ölümsüzləşdirmək istədiyini bildirib:
"Gəncədə heç bir rəssamın emalatxanası yoxdur. Emalatxanam olsa idi, uşaqlara bu sənəti öyrədərdim. Qızıma, oğluma öyrətsəm də, bu, kifayət etmir".
Daha ətraflı Baku TV-nin materialında:
Nadir sənət növünü yaşadan rəssam: "Fransada qiyməti iki min avro olan əsəri mən 100 manata satıram"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 04 Yanvar 2025 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















