Naftalan yaşlı turistlər üçün uyğunlaşdırılacaq
Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, Naftalanın sağlamlıq və müalicə turizmi üzrə inkişaf etdirilməsi üçün ayrıca strategiya hazırlanacaq.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2027–2030-cu illəri əhatə edən strategiyanın icrasını əlaqələndirmək məqsədilə Naftalan Regional Turizm Şurasının yaradılması planlaşdırılır. Şura şəhərin turizm inkişafı üzrə Tədbirlər Planının icrasına nəzarət edəcək.
Proqram dövründə Naftalanda ən azı 5 yeni turizm məhsulu və ya təcrübəsi yaradılacaq. Yeni məhsulların müalicə, sağlamlıq, istirahət, mədəniyyət və regional səyahət imkanlarını birləşdirməsi nəzərdə tutulur.
Şəhər infrastrukturu “yaşlılar üçün turizm” prinsiplərinə uyğunlaşdırılacaq. Piyada yolları, nəqliyyat, ictimai məkanlar və turizm obyektlərində yaşlı şəxslərin rahat hərəkəti üçün zəruri imkanların yaradılması planlaşdırılır.
Naftalan neftinin müalicəvi xüsusiyyətlərinin beynəlxalq səviyyədə tanıdılması və elmi araşdırmaların genişləndirilməsi də şəhərin qlobal sağlamlıq turizmi bazarındakı mövqeyini gücləndirməyə yönəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 21 Avqust 2026 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















