Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Naftalan aeroportu açılacaqmı?

Naftalan aeroportu açılacaqmı?

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Naftalan Hava Limanı 1975-ci ildə inşa olunmağa başlanıb və 1977-ci ildə istifadəyə verilib. Lakin 1997-ci ildən fəaliyyətini dayandırıb. Son illərdə təmir və yenidən qurulması planları gündəmə gəlib, lakin hələ konkret açılış tarixi müəyyən edilməyib. Hazırda Naftalan Hava Limanının yenidən istifadəyə verilməsi ilə bağlı konkret bir tarix yoxdur. Lakin Naftalanın turizm potensialı və müalicəvi xüsusiyyətləri nəzərə alındıqda, hava limanının yenidən fəaliyyətə başlaması bölgənin iqtisadiyyatı və turizmi üçün əhəmiyyətli bir addım ola bilər.

Bəs Naftalan hava limanı yenidən fəaliyyət göstərə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan turizm eksperti Əziz Şiriyev bildirdi ki, ölkəmizdə hava limanlarının olması ümumiyyətlə çox sevindirici haldır:

"Çünki hal-hazırda quru sərhədləri bağlıdır və turistlər yalnız hava yolları vasitəsilə ölkəmizə daxil ola bilirlər. Amma hava limanı bilirsiniz ki, yüksək xərclər tələb edən bir məkandır. Ona görə də strateji yerlər seçilməlidir ki, həmin bölgənin turizm potensialını işıqlandıran bir hava limanı olsun və ya əhalinin həm ölkəyə gələn, həm də ölkədən gedən insanlar üçün əhəmiyyətli bir yer olsun.

Məsələn, bilirsiniz ki, yeddi turizm marşrutu var. Bunlardan dördü əsasdır, üçü əlavə. Dörd əsas marşrut Cənub, Şimal, Şimal-Qərb və Qərb xətləridir ki, bu marşrutlarda hava limanlarının olması gözəl olar və əksəriyyətində də var. Məsələn, Gəncədə, Balakəndə, Qəbələdə hava limanının olması turizm üçün əhəmiyyətlidir. Qəbələdə turistik bölgə olaraq regional turizm idarələri fəaliyyət göstərir. Gəncədə hava limanı təkcə Gəncə əhalisi üçün və ya Gəncəyə gələn turistlər üçün deyil, yaxın ərazilər üçün də əhəmiyyətlidir. Məsələn, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafa, Göygöl, Samux, Şəmkir rayonları da bu zonaya daxildir. Naftalana da Gəncə hava limanından getmək çox rahatdır, çox yaxındır. Goranboy və Naftalandan hətta Qarabağa keçid mümkündür. Oradan Qaşaltı kəndindən Talış, Suqovuşan, Ağdərə, Kəlbəcər, sol tərəflə Əsgəran, Xankəndi, Xocalı, Şuşa, Laçın, Laçının aşağı yolu ilə Qubadlı, Zəngilan, Cəbrayıl istiqamətinə gedib geri qayıtmaq olar. Yəni geniş imkanlar mövcuddur və bunları dəyərləndirmək lazımdır".

Ekspertin sözlərinə görə, hava limanı çox xərc apardığından onu planlaşdırarkən gələn turistlərlə və bu istiqamətdən xaricə gedən vətəndaşlarla xərclərin ödənilib-ödənilməyəcəyi nəzərə alınmalıdır:

"Yalnız xaricdən gələn turistlər üçün işləyəcək təyyarələr və ya yerli əhalinin gedişi nəzərə alınmalıdır. Məsələn, bu gün Gəncədən kifayət qədər insanlar Rusiya və Türkiyə istiqamətinə gedirlər. Bu ərazi bütün vətəndaşlar üçün əhəmiyyətlidir. Məncə, Naftalanda olan otellər Gəncə hava limanından ödənişsiz transfer təmin etsələr, turistlər rahat şəkildə otellərə çata bilər. Amma xərclər ödənirsə və ora gələn turistlərin sayı buna əsaslanırsa, Naftalanda hava limanının olması çox gözəl olar".

Qeyd edək ki, AZAL-ın mətbuat xidmətindən Naftalan aeroportunun açılıb-açılmayacağı barədə sualımıza cavab verməkdən yayındılar.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see750

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see710

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see710

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see522

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see522

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see507

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see491

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see421

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see372

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see363

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see363

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see356

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see351

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see345

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see343

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see338

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see337

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see333

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see324

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see314
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri