Icma.az
close
up
RU
Menu

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

Marsda “kartof çipsi” dalğaları tapıldı

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Bakıda 28 istiqamətdə sıxlıq var

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Turistlər nə deyir, Naftalan nə gözləyir?

Turistlər nə deyir, Naftalan nə gözləyir?

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədovun bu vəzifəyə təyin olunmasından iki ay keçir. Yeni icra başçısı hələlik şəhəri öyrənir, idarə və müəssisələrin fəaliyyəti ilə tanış olur, şəhid ailələri ilə görüşür, ağsaqqalların məsləhət və təkliflərinə qulaq asır, sakinlərin qayğıları ilə maraqlanır. Bütün bunlar təbiidir, elə belə də olmalıdır. Rəhbərlik etdiyin şəhərin insanlarını, imkanlarını və problemlərini yaxşı tanımadan ciddi iş görmək çətindir.

Bu günlərdə Məmmədiyə Məmmədov şəhərdə fəaliyyət göstərən “Çinar Health Hotel”də olub, yerli və xarici turistlərlə görüşüb. Onların Naftalan, burada yaradılmış müalicə və istirahət şəraiti, göstərilən xidmətlər barədə fikirlərini öyrənib. Turistlər onlara göstərilən xidmətdən, diqqət və qayğıdan razılıqlarını bildiriblər.

Naftalan elə şəhərdir ki, onun haqqında ən yaxşı sözü də, ən obyektiv iradı da bura müalicəyə gələn adamlardan eşitmək olar. Öz ölkəsinə qayıdan hər bir əcnəbi turist həm də Naftalanın təbliğatçısıdır.

Son illər Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Naftalanın siması xeyli dəyişib. Müasir hotellər, müalicə-sağlamlıq mərkəzləri istifadəyə verilib, şəhərin infrastrukturu yenilənib. Ötən il Naftalana 44 mindən çox turist gəlib. Onların 18 minə yaxını əcnəbi olub. Lakin şəhərin imkanları bundan daha böyükdür.

Naftalanın inkişafını yalnız yeni hotellərin tikilməsi ilə ölçmək olmaz. Adam müalicə prosedurunu başa vurub hoteldən çıxandan sonra hara getsin, nə görsün, vaxtını necə keçirsin? Şəhərdə mədəni-kütləvi tədbirlərin, əyləncə və istirahət məkanlarının artırılmasına, axşam həyatının canlandırılmasına ehtiyac var. Turistlər üçün ətraf rayonların tarixi və təbii abidələrinə müntəzəm ekskursiyaların təşkili də faydalı olardı.

Xidmət sahəsində çalışanların peşəkarlığı, xarici dil bilikləri, qiymətlərin münasib olması da diqqətdən kənarda qalmamalıdır. Naftalan yalnız maddi imkanı yüksək olan insanların deyil, orta gəlirli ailələrin də üz tuta biləcəyi müalicə və istirahət şəhəri olmalıdır.

Şəhərin yerli sakinlərinin də öz qayğıları var. Məşğulluq, xüsusilə gənclərin işlə təmin olunması, köhnə yaşayış binalarının vəziyyətinin öyrənilməsi, məhəllədaxili yolların abadlaşdırılması, kommunal xidmətlərin keyfiyyəti diqqət tələb edən məsələlərdir. Turizmdən əldə olunan gəlirin şəhər əhalisinin güzəranında daha çox hiss olunması vacibdir.

Naftalan təkcə şəhər mərkəzindən və hotellərdən ibarət deyil. Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndlərinin də özünəməxsus qayğıları var. Suvarma suyunun təminatı, kənd yolları, küçələrin işıqlandırılması, kənd təsərrüfatının inkişafı daim diqqətdə saxlanılmalıdır.

Yeri gəlmişkən, Məmmədiyə Məmmədovun Qaşaltı Qaraqoyunlu sakinləri ilə ilk görüşlərindən sonra on ildən artıq yararsız vəziyyətdə olmuş küçə işıqlandırmasının bərpa edilməsi yaxşı başlanğıcdır. Belə işlərin davamı olmalıdır. Çünki insanı görüşün keçirilməsindən daha çox onun nəticəsi maraqlandırır.

Yeni icra başçısının qarşısında Naftalanı təkcə Azərbaycanda deyil, dünyada daha çox tanınan kurort şəhərinə çevirmək, eyni zamanda burada yaşayan insanların həyatını yaxşılaşdırmaq kimi mühüm vəzifələr durur.

Məmmədiyə Məmmədov gəncdir, qarşısında geniş fəaliyyət meydanı var. İndi dinləmək, öyrənmək, tanımaq vaxtıdır. Amma bu mərhələ də çox uzanmamalıdır. Sabah naftalanlılar yeni başçının neçə görüş keçirməsindən deyil, şəhər üçün nələr etməsindən danışmalıdırlar.

Təyinatın nə dərəcədə uğurlu olduğunu da həmin işlər göstərəcək.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Noyabr 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see755

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see596

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see311

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see307

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see299

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see298

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see298

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see276

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see261

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see259

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see257

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see252

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see251

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see250

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see247

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see233

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see229

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see223

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see221

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri