Icma.az
close
up
RU
Naftlanın Qasımbəyli kəndinin su təchizatı yenidən qurulub

Naftlanın Qasımbəyli kəndinin su təchizatı yenidən qurulub

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 10 oktyabr, AZƏRTAC

Naftalan şəhərinin Qasımbəyli kəndində su təchizatı yenidən qurulub. Kənd əhalisi tam olaraq içməli su ilə təmin edilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən ( ADSEA) AZƏRTAC-a bildirilib ki, bu münasibətlə Qasımbəyli kəndində tədbir təşkil olunub. Tədbirdə Agentliyin sədrinin müavini İlham Bayramov, Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və kənd sakinləri iştirak ediblər. Çıxışlar zamanı bildirilib ki, Qasımbəyli kəndində əhalinin mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə Naftalan şəhərinin mövcud su təchizatı sisteminin imkanlarından istifadə edilməklə, kənddaxili şəbəkə sistemi inşa olunub. Bu məqsədlə 40-100 millimetr diametrli, 8,7 kilometr su xətti çəkilib və 140 abonentə evə birləşməsi verilib. Əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədilə hər bir abonent su sayğacları ilə təchiz edilib.

Qasımbəyli kəndinin əhalisi 438 nəfərdir, günlük suya olan 100 kubmetr tələbatı yeni yaradılmış su təchizatı şəbəkəsi ilə tam təmin etmək mümkün olacaq.

Qeyd edək ki, Naftalan şəhərinin mövcud su təchizatı Qaraçay çayında inşa edilmiş infiltrasiya tipli su mənbəyindən Goranboy şəhərinə nəql edilən magistral su kəmərinə birləşmə verilməklə təmin edilməkdədir. Şəhər daxilində 3 meydançada su anbarı kompleksi, 2 nasos stansiyası, 43.6 kilometr su şəbəkəsi, 39,4 kilometr kanalizasiya şəbəkəsi, məhsuldarlığı 3000 kubmetr olan tullantı sutəmizləyici qurğular kompleksi istismar edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri